Bütün xəbərlər
Zaxarova: Azərbaycan və Rusiya XİN rəhbərlərinin görüşü gözlənilir
Tarix: 04-04-2019 19:49 | Bölmə: Gündəm

                    

Moskvada MDB Xarici İşlər Nazirləri Şurasının iclasından əvvəl Rusiya və Azərbaycan XİN rəhbərlərinin görüşü gözlənilir.
Trend-in məlumatına görə, bunu Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova brifinq zamanı deyib.
O bildirib ki, Rusiya XİN rəhbəri bir neçə həmkarı ilə görüşəcək:
“MDB Xarici İşlər Nazirləri Şurasının iclasından əvvəl Sergey Lavrov Belarusun xarici işlər naziri Vladimir Makeylə görüşəcək. Bundan başqa, nazirin iş cədvəlində Türkmənistan və Azərbaycan XİN rəhbərləri ilə qısamüddətli görüş var”.
Qeyd edək ki, Elmar Məmmədyarovun rəhbərlik nümayəndə heyəti aprelin 5-i Moskvada MDB Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak edəcək.


Baxış sayı: 519


Bölməyə aid digər xəbərlər