22:50 / 18-05-2024
Qızı boğmağa cəhd edib
Bütün xəbərlər
Muxtar Babayev: Ermənilərin vandalizmi Azərbaycan ekologiyasına böyük ziyan vurur
Tarix: 05-03-2019 19:30 | Bölmə: Gündəm

                          

Ermənilərin vandalizmi Azərbaycan ekologiyasına böyük ziyan vurur.
Trend-in məlumatına görə, bunu Azərbaycanın ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev Bakıda “Hərbi işğal altında olan ərazilərdə iqtisadi və digər fəaliyyətlərin qeyri-qanuniliyi: üçüncü tərəflərin öhdəlikləri və münaqişənin həllinə təsirləri” mövzusunda beynəlxalq konfrans zamanı deyib.
Nazirin sözlərinə görə, beynəlxalq hüquq bu məsələyə müdaxilə etməlidir.
M.Babayev bildirib ki, işğal azərbaycanlılara təkcə mənəvi ziyan verməyib, həm də böyük iqtisadi ziyan vurub:
“Azərbaycanın meşələri, flora və faunası məhv edilir, sular çirkləndirilir. Ermənilər tərəfindən qəsdən törədilmiş yanğınlar nəticəsində Azərbaycanın 100 min hektar meşə sahəsi yanıb”.
O əlavə edib ki, ermənilər Azərbaycanın təbii ehtiyatlarını dağıtmaqda davam edir.


Baxış sayı: 596


Bölməyə aid digər xəbərlər