14:26 / 23-11-2024
Şeyx Portuqaliyaya gedir
12:58 / 23-11-2024
Azərbaycanda zəlzələ oldu
Bütün xəbərlər
Vətəndaşa işgəncə verməkdə təqsirləndirilən polis polkovnikinin məhkəməsi başladı
Tarix: 05-03-2019 18:50 | Bölmə: Gündəm

                    

Bakı Ağır Cinayətlər Məhkəməsində işgəncə verməkdə təqsirləndirilən Əliqulu Ağaliyevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Trend-in məlumatına görə, hakim İradə Həsənzadənin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı ittiham aktını elan edib.
Ə.Ağaliyev özünü təqsirli bilməyib. Təqsirləndirilən şəxs bildirib ki, şahidlər və zərərçəkmiş şəxs dindiriləndən sonra ifadə verəcək.
Məhkəmədə elan olunub ki, zərərçəkmiş hazırda ölkə xaricindədir.
Prosesdə şahid qismində Ədliyyə Nazirliyi Penitensiar xidmətinin əməkdaşları ifadə veriblər.
Məhkəmənin növbəti iclası martın 12-nə təyin edilib.
Qeyd edək ki, Ə.Ağaliyevin barəsində Cinayət Məcəlləsinin 293.2-ci (işgəncə verməklə ifadə verməyə məcbur etmə) maddəsi ilə ittiham irəli sürülüb.
Zərərçəkmiş qismində Ə.Allahverdiyev tanınır.
Ə.Ağaliyev barəsində polis nəzarəti qətimkan tədbiri seçilib.
Hadisə baş verən zaman polis polkovniki Ə.Ağaliyev Qaradağ rayon Polis idarəsinin rəis müavini vəzifəsində işləyib.



Baxış sayı: 540


Bölməyə aid digər xəbərlər