14:26 / 23-11-2024
Şeyx Portuqaliyaya gedir
12:58 / 23-11-2024
Azərbaycanda zəlzələ oldu
Bütün xəbərlər
Musa Quliyev: 2019-cu il həyatımıza sosial müdafiə və sosial rifah ili kimi daxil olub
Tarix: 03-03-2019 18:42 | Bölmə: Gündəm

2019-cu il həyatımıza sosial müdafiə və sosial rifah ili kimi daxil olub. Bunu Trend-ə Milli Məclisin deputatı Musa Quliyev deyib.
M.Quliyev bildirib ki, Prezident İlham Əliyev də 2019-cu ilin ölkəmizdə sosial müdafiə sahəsində xüsusi əhəmiyyətli bir il olacağını bildirb:
"Sosial müdafiə tədbirləri ölkədə həmişə həyata keçirilib, hər il əməkhaqları, pensiyalar artırılıb. 2003-cü ildən 2018-ci ilə qədər olan dövrü götürsək, əməkhaqları təxminən 8-12 dəfə, pensiyalar isə 12-14 dəfə artıb. Niyə bu il böyük artımlar oldu? Bunun başlıca səbəbi odur ki, 2016-cı ildə Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi təsdiq olundu. Yol Xəritəsinin məqsədi 2016-2025-ci illər ərzində və 2025-ci ildən sonra Azərbaycanı sosial rifahın təmin olunduğu dövlətə çevirməkdir. Cənab Prezident də bildirdi ki, bu artımlar davam edəcək".
O vurğulayıb ki, hər il artımlar bu şəkildə davam etsə, Azərbaycan artıq 2025-ci ilə öz məqsədinə çatacaq:
"Bu bir daha göstərir ki, Azərbaycan dövlətinin mahiyyəti sosial müdafiə, sosial rifah və vətəndaşa yönəlik siyasət istiqamətində qurulub: "Cənab Prezident xalqın lideri kimi xalqın arzularını, istəklərini, problemlərini görərək buna uyğun addımlar atır".



Baxış sayı: 629


Bölməyə aid digər xəbərlər