14:26 / 23-11-2024
Şeyx Portuqaliyaya gedir
12:58 / 23-11-2024
Azərbaycanda zəlzələ oldu
Bütün xəbərlər
Azərbaycan Prezidenti: Televiziya kanallarında bədii şuraların yaradılması çoxdan gündəmdə olan məsələdir, ancaq əfsuslar olsun ki, öz həllini tapmır
Tarix: 03-03-2019 00:40 | Bölmə: Gündəm

Televiziya kanallarında bədii şuraların yaradılması çoxdan gündəmdə olan məsələdir, ancaq əfsuslar olsun ki, öz həllini tapmır.
Trend-in məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev mədəniyyət və incəsənət xadimlərinin bir qrupu ilə görüşündə yekun çıxışı zamanı deyib.
Dövlət başçısı qeyd edib: “Mən hesab edirəm ki, Azərbaycan Dövlət Televiziyası – AzTV bu sahədə birinci olmalıdır. Digər telekanallara da tövsiyə olunur ki, bədii şuralar yaradılsın. Ancaq Firəngiz xanım tamamilə haqlıdır deyəndə ki, baxır o bədii şuralarda kim təmsil olunacaq. Ona görə yəqin ki, burada yaradıcı insanların təklifləri nəzərə alınmalıdır. Mədəniyyət Nazirliyi, Prezident Administrasiyası, ittifaqlar təkliflər versinlər. Çünki televiziyalarda gedən proqramlarla bağlı müxtəlif fikirlər, müxtəlif yanaşmalar var, bəzilərinin xoşuna gəlir, bəzilərinin xoşuna gəlmir".
İlham Əliyev bildirib ki, bir çox hallarda özəl telekanallar reklam uğrunda mübarizə aparırlar: "Ona görə daha baxımlı verilişləri təqdim etməyə çalışırlar və bəzi hallarda orada səviyyə də bir qədər aşağı düşür. Biz bu məsələyə kompleks şəkildə yanaşmalıyıq. Ancaq mütləq bu sahədə vahid bir yanaşma olmalıdır".



Baxış sayı: 534


Bölməyə aid digər xəbərlər