23:58 / 15-10-2026
Yeniyetmələr bir kişini şəhərətrafı qatardan çıxarıb döyüblər
20:25 / 15-10-2026
Lavrov: "Rusiya Ukrayna ilə bağlı danışıqları heç vaxt rədd etməyib"
20:20 / 15-10-2026
İstanbulda 84 ilin ən güclü yağışı nəticəsində üç nəfər ölüb
20:16 / 15-10-2026
Rusiya karateçilərinin Polşada keçirilən Gənclər arasında Dünya Çempionatında iştirakına qadağa qoyulub.
20:05 / 15-10-2026
Zelenski Avropa Şurasının iclası üçün Brüsselə gəlib
19:58 / 15-10-2026
Merz ABŞ-ın dondurulmuş Rusiya aktivləri ilə bağlı təklifinə reaksiya verdi
19:54 / 15-10-2026
Tanışını öldürməkdə ittiham olunub
19:51 / 15-10-2026
Peskov Rusiya idmançılarını dünyanın ən güclüləri adlandırdı
19:47 / 15-10-2026
18 milyon rubl rüşvət aldığına görə həbs edilib
19:42 / 15-10-2026
Tramp Nidal Həsənin edamını canlı yayımlamayacağını açıqladı
19:39 / 15-10-2026
CNN: Ukraynada "Patriot" raketləri tükənib
19:23 / 15-10-2026
İnsan qalıqları olan torbalar tapılıb
19:20 / 15-10-2026
Mərkəzi Bank ayıları Sibirdə turizmə mane olan amillərdən biri adlandırılıb
19:17 / 15-10-2026
Polis məmurunu təhdid etməkdə və bir qadını vurmaqda təqsirli bilinib
19:13 / 15-10-2026
Larisa Dolinanın Moskva Konserti ləğv edildi
19:05 / 15-10-2026
Husilərin Ər-Riyad hava limanına hücumları nəticəsində 17 nəfər həlak olub
19:00 / 15-10-2026
Zelenski Ukraynada LGBT Hüquqlarının Qorunması Strategiyasını təsdiqlədi
21:49 / 14-10-2026
Məktəblilərə hücum etdiklərinə görə yeniyetmə miqrantlar saxlanılıb
21:43 / 14-10-2026
Fotoqraf həbs edilib
21:39 / 14-10-2026
Yaponiya Xarici İşlər Nazirliyi Rusiya səfirini çağırdı
21:31 / 14-10-2026
Ayı hücum edəndə ağrımadı: Balıqçı yırtıcı ilə qarşılaşmasından danışır
21:26 / 14-10-2026
Zavodda yanğın baş verib
21:17 / 14-10-2026
Yaponiya Xarici İşlər Nazirliyi Çin nümayəndə heyətinin İturup adasına səfərindən sonra etirazını bildirib
21:10 / 14-10-2026
Sinqapur bayrağı altında üzən konteyner gəmisi Hörmüz boğazında batdı
21:06 / 14-10-2026
Lavrov Putin və Si Cinpin arasında Şençjendə keçirilən APEC sammitində görüş keçiriləcəyini açıqladı
21:02 / 14-10-2026
Türkiyənin Antalya şəhərində mikroavtobus qəzaya uğrayıb
20:59 / 14-10-2026
Qətldə şübhəli bilinən şəxs saxlanılıb
20:56 / 14-10-2026
Pentaqon 2026-cı ilə qədər yüz minlərlə kamikaze hücum dronunu yerləşdirməyi planlaşdırır
20:52 / 14-10-2026
Deputatlar Məclisinin rəhbəri dələduzluqda ittiham olunaraq həbs edilib
20:49 / 14-10-2026
FIS Dünya Kubokunda Rusiya xizəkçiləri üçün kvota yerlərinin sayını açıqladı
20:46 / 14-10-2026
İtkin düşmüş 3 yaşlı oğlan qarğıdalı tarlasında tapılıb
20:43 / 14-10-2026
Le Pen Ukraynanın AB-yə qoşulmasını birləşmək üçün "hara-kiri" adlandırdı
20:38 / 14-10-2026
FTB direktorunun Rusiyaya gəldiyi bildirilir
Gənclərimizin bütün fəaliyyəti daha güclü Azərbaycan naminə yönəlib-Könül Nurullayeva
Tarix: 02-02-2025 16:45 | Bölmə: Gündəm

Gənclər dövlətin və cəmiyyətin inkişaf təməlidir. Dövlətçiliyin, müstəqilliyin daha da möhkəmləndirilməsi, gələcəyin etibarlı təminatı intellektual kadrların yetişdirilməsindən, onların aparıcı qüvvəyə çevrilməsindən birbaşa asılıdır. Bu gün Azərbaycan gənci ictimai həyatın bütün sferalarında aktiv fəaliyyətilə seçilir.
Ölkəmizdə həyata keçirilən uğurlu gənclər siyasəti nəticəsində gənc nəsil aparıcı qüvvəyə çevrilib. Gənclərin potensialından səmərəli istifadə olunması müasir, müstəqil Azərbaycanın intensiv inkişafını təmin edən fundamental faktorlardan biridir.
Gənclərlə düzgün iş strategiyasının müəyyənləşdirilməsi və bu strategiyadan irəli gələn vəzifələrin dəqiqliklə yerinə yetirilməsi nəticəsində Azərbaycan gəncləri bir çox sahələrdə böyük nailiyyətlər qazanmaqdadır. Müasir Azərbaycan gənci həm də vətənə və dövlətə bağlılığı ilə seçilir.
1996-cı il fevralın 2-də keçirilən Azərbaycan Gənclərinin I Forumunda Ulu Öndər Heydər Əliyev gənclər qarşısında tarixi bir vəzifə qoymuşdur: “Hər bir Azərbaycan gənci hər şeydən çox, hər şeydən artıq müstəqil Azərbaycanın bu günü, gələcəyi haqqında düşünməlidir”. Gənclərimizin vətənpərvərlik ruhunda yetişməsi, ərazi bütövlüyümüz, suverenliyimiz uğrunda tərəddüd etmədən canlarından keçməsi hər birimiz üçün nümunədir, eyni zamanda bütövlükdə cəmiyyətimizin və dövlətimizin uğurudur.
Təbii ki, dövlət səviyyəsində milli-mənəvi dəyərlərin qorunub saxlanması müasir gəncliyin vətənpərvər ruhda formalaşmasına zəmin yaradıb. Gənclər siyasətində milli və dövlətçilik maraqlarının prioritet olması, ərazi bütövlüyü məsələsində Ali Baş Komandandan götürülən nümunələr 44 günlük müharibədə həlledici rol oynadı. Vətən müharibəsində əsas missiyanı məhz Ali Baş Komandan İlham Əliyevin prezidentliyi dövründə yetişən gənclər yerinə yetirdi. Uğurlu dövlət idarəçiliyi sayəsində Azərbaycan cəmiyyətində yaşından, etnik və dini mənsubiyyətindən asılı olmayaraq hər kəs vahid amal uğrunda, dəmir yumruq kimi birləşdi. Prezident İlham Əliyevin də hakimiyyəti dövründə yetişən gənclər vətənpərvərlik və fədakarlıq göstərərək canlarından keçdilər, şəhid oldular, qazi oldular və tarixi ədaləti bərpa etdilər.
Təsadüfi deyil ki, Vətən uğrunda İkinci Qarabağ müharibəsində 90 mindən çox gənc azərbaycanlı iştirak edib.
İnformasiya savaşının da əsas iştirakçıları gənclərdir. Gənclərimizin müasir informasiya texnologiyalarından səmərəli və məqsədyönlü istifadəsi, bu sahədə müasir biliklərə yiyələnməsi yeni çağırışlar fonunda milli maraqların qorunması üçün əlavə imkanlar yaradır. Bu gün ölkəmiz haqqında yayılan dezinformasiyaların ifşa edilməsi, postmünaqişə reallıqlarının daha geniş ictimaiyyətə çatdırılması əsas vəzifədir. Döyüş meydanında savaş bitsə də informasiya cəbhəsində mübarizə davam edir. Haqlı və qalib tərəf kimi dövlətimizin mövqeyinin müdafiəsinə ehtiyac var. Xüsusilə gənclərimiz bu məsələdə öz vətəndaşlıq mövqeyini nümayiş etdirməli, nümunə olmalıdır.
Son vaxtlar bəzi üzdəniraq ideyaların cəmiyyətlərə yeridilməsi, ənənəvi dəyərlərə kölgə salmaqla cəmiyyətləri parçalamaq cəhdləri artıb. Bu iyrənc kampaniyada əsasən gənclərdən istifadə edildiyinin şahidi oluruq. Azərbaycan cəmiyyətinin monolitliyi, xüsusilə gənclərimizin milli-mənəvi dəyərlərə sadiqliyi, vətənpərvərliyi bu cür təhlükəli tendensiyaların ölkəmizdə yayılmasının qarşısını almağa kömək edir.
Təcrübə göstərir ki, yalnız intellektual, sağlam düşüncəli gəncləri təsir altına salmaq mümkün deyil. Təbii ki, burada vətənpərvərlik, milli-mənəvi dəyərlərə bağlılıq başlıca şərtdir. Gənclərimiz artıq müzəffər xalqın nümayəndələri olduqlarını nəzərə alaraq, Böyük Qələbəmizi əks etdirən şanlı tariximizi yaşatmalı və qorumalıdır. Bütün fəaliyyət daha güclü Azərbaycan naminə olmalıdır.
Gənclərimizin hərtərəfli inkişafında Heydər Əliyev Fondunun misilsiz töhfələrini də qeyd etməliyik. Məhz gənc nəslin fərdi və peşəkar inkişafı naminə Heydər Əliyev Fondu minlərlə müxtəlif təyinatlı layihələri icra edir.
Azərbaycan gəncləri bütün sahələrdə uğurlara imza atır. “Qara qızıl”ın insan kapitalına çevrilməsi strategiyasının icrası çərçivəsində gənclərin qabaqcıl xarici təhsil proqramlarına cəlb edilməsi təşkil olunur. Dövlət Proqramı çərçivəsində hər il 500 nəfərədək Azərbaycan Respublikası vətəndaşının xaricdə nüfuzlu ali təhsil müəssisələrində bakalavriat və magistratura səviyyələrində təhsil alması nəzərdə tutulub. 2025-ci ildən başlayaraq kvotanın 25 faizindən çox olmayan hissəsi bakalavriat səviyyəsini və 20 faizindən çox olmayan hissəsi doktorantura səviyyəsini əhatə edəcək.
Azərbaycan gəncləri həm də idman sahəsində böyük nailiyyətlər qzanmaqdadır. İdmançılarımızın qələbələri və ölkəmizdə keçirilmiş müxtəlif beynəlxalq yarışlar Azərbaycanı bir daha idman ölkəsi kimi təsdiqləyir. 1997-ci ildən etibarən Azərbaycan Milli Olimpiya Komitəsinin Prezidenti seçilmiş dövlət başçısı İlham Əliyev gənclərin idmana cəlb olunması məsələsinə xüsusi diqqət ayırırdı. Bölgələrdə 50-yə yaxın Olimpiya İdman Kompleksi yaradılmışdır, bu proses davam etdirilir. Bakı şəhərində ən mötəbər idman yarışları təşkil olunub. Azərbaycan özünü dünyada güclü idman dövləti kimi təsdiqləyib və bütövlükdə ölkəmizin dünya arenasında mövqeyi ildən-ilə möhkəmlənir.
Azərbaycan gəncləri həm də azad olunmuş ərazilərin bərpasına öz töhfəsini verir. Qarabağ və Şərqi Zəngəzur da daxil olmaqla ölkəmizin hər yerində intellektual, vətənpərəvər gənc nəsil yetişməkdədir. Bu isə onu deməyə əsas verir ki, Azərbaycanın bu günü kimi gələcəyi də sağlam və etibarlı əllərdədir.
Baxış sayı: 887
Bölməyə aid digər xəbərlər

13-10-2026, 09:30
Filmin sonu ayrıca bir film idi... - Video
8-10-2026, 22:56
Türkmənbaşıda Azərbaycan və Mərkəzi Asiya Dövlət başçılarının 8-ci Məşvərət görüşü keçirilib
8-10-2026, 22:50
İlham Əliyev Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündə iştirak etmək üçün “Avaza” Kompleksinə gəldi
1-10-2026, 18:04
General Əfqan Nağıyev 60-a çatdı
29-09-2026, 23:01
Sumqayıtda Anım Günü-İcra başçısı Zakir Fərəcov şəhid məzarlarını ziyarət etdi-VİDEO+FOTOLAR
27-09-2026, 19:58
27 Sentyabr – Anım Günü: Qəhrəmanlıqdan Zəfərə
25-09-2026, 23:22
«44-дневная Отечественная война положила конец 30-летнему статус-кво»-- Конул Нуруллаева
22-09-2026, 18:38
İlham Əliyevin sədrliyi ilə dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramına həsr olunmuş müşavirə keçirilib
18-09-2026, 19:32
Könül Nurullayeva İslam Həmrəyliyi İdman Assosiasiyasının 15-ci Baş Assambleyasında iştirak edib
18-09-2026, 00:08
İlham Əliyev Şamaxıda “Nəsimi Bağları” kompleksi ilə tanış olub
18-09-2026, 00:01
İlham Əliyev Şamaxıda “Meysari Grand Hotel & SPA” kompleksinin açılışında iştirak edib
15-09-2026, 17:27
İlham Əliyev Türkiyənin xarici işlər nazirini qəbul edib
15-09-2026, 17:11
“Mehriban xanıma dedim şəkil çəkdirək və şeyxə göndərin”
8-09-2026, 15:40
Əhməd İsmayılov Media və Yayım Şurasının sədri təyin edildi
2-09-2026, 17:55
"Sumqayıtın formalaşan yeni inkişaf modeli"
31-08-2026, 18:02
İlham Əliyevin Bişkekdə Qazaxıstan Prezidenti ilə görüşü olub
31-08-2026, 17:57
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Ermənistanın Baş naziri Nikol Paşinyanın görüşü ilə bağlı mətbuat üçün bəyanat
31-08-2026, 15:54
İlham Əliyev Qırğızıstana işgüzar səfərə gəlib-VİDEO
25-08-2026, 21:58
"Muğam gözəlliyin və məhəbbətin rəmzidir"
25-08-2026, 15:57
26 Avqust - Laçın şəhəri günü
24-08-2026, 17:11
İlham Əliyev Zelenskiyə təbrik məktubu ünvanlayıb
24-08-2026, 14:48
Azərbaycan Prezidenti və birinci xanım Daşkənddə Ümummilli Liderin barelyefi önünə gül dəstələri qoyublar
23-08-2026, 18:30
İlham Əliyev Daşkənddə Müstəqillik abidəsini ziyarət edib-VİDEO
23-08-2026, 18:22
Daşkənddə Prezident İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub-VİDEO
23-08-2026, 18:09
İlham Əliyev Özbəkistana dövlət səfərinə gəlib-VİDEO
14-08-2026, 17:34
Naxçıvanın iqtisadi fəallığı artır-Könül Nurullayeva
8-08-2026, 23:10
“Azərbaycan Vaşinqton üçün daha dəyərli strateji tərəfdaşa çevrilib”
31-07-2026, 10:30
İlham Əliyevin Çolpon-Ata şəhərində rəsmi qarşılanma mərasimi olub
30-07-2026, 19:57
İlham Əliyev Qırğızıstan, Özbəkistan və Tacikistan prezidentləri ilə birlikdə Çolpon-Ata şəhərində Qolf Klubun açılışında iştirak edib
22-07-2026, 08:51
Güclü media etibarlı informasiya təminatını həyata keçirən vacib institutdur-Könül Nurullayeva
21-07-2026, 18:09
İlham Əliyevin Berlində rəsmi qarşılanma mərasimi keçirilib
15-07-2026, 20:10
Şuşa Qlobal Media Forumu reallıqların beynəlxalq ictimaiyyətə çatdırılmasına imkanı yaratdı-Könül Nurullayeva
13-07-2026, 23:40
İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib
11-07-2026, 16:26
İlham Əliyev Şuşanın Kiçik Qaladərəsi kəndində görülən işlərlə tanış olub və kəndə qayıdan sakinlərlə görüşüb
10-07-2026, 20:58
İlham Əliyev bir sıra beynəlxalq qurumların rəhbər şəxslərini qəbul edib
3-07-2026, 21:27
Emin Ağalarovdan Leyla Əliyevaya ad günü təbriki - Video
2-07-2026, 00:00
İlham Əliyev və Avropa Komissiyasının Prezidenti mətbuata bəyanatlarla çıxış ediblər
29-06-2026, 19:15
Leyla və Alyona Əliyevalar festivalda - Fotolar
23-06-2026, 17:30
Türkmənistan Prezidentinə Qarabağ atı hədiyyə edilib