Bütün xəbərlər
Misir-Azərbaycan Dostluq Cəmiyyətində xatirə guşəsi yaradılıb
Tarix: 27-12-2024 08:45 | Bölmə: Gündəm

Misirdə fəaliyyət göstərən Misir-Azərbaycan Dostluq Cəmiyyətində “Azərbaycan Hava Yolları” aviaşirkətinin Bakı-Qroznı reysini yerinə yetirən sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində həyatını itirən insanların xatirəsinə anılıb. 

Bu barədə Sabaha-inamla.az-a Misir-Azərbaycan Dostluq Cəmiyyətindən bildiriblər.
Misirdə yaşayan soydaşlarımız, Cəmiyyətdə təhsil alan misirli və xarici ölkələrdən olan tələbələr cəmiyyətə gələrək anım guşəsinə güllər düzüb, qəza nəticəsində həlak olanların xatirəsini hörmətlə anıb, yaralananlara şəfa arzulayıblar. Anım günü həlak olanların ruhlarına Qurani-Kərim oxunub.
Misir-Azərbaycan Dostluq Cəmiyyətinin sədri tədqiqatçı-alim Seymur Nəsirov çıxış edərək bildirib ki, Misir ictimaiyyətinin nümayəndələri və Misirdə təhsil alan xarici tələbələr də zəng edərək və cəmiyyətə gələrək öz başsağlıqlarını bildiriblər.

Sabaha-inamla.az





Baxış sayı: 561


Bölməyə aid digər xəbərlər