09:43 / 18-04-2025
10 yaşlı qız yoxa çıxıb
Bütün xəbərlər
“Dünya Azərbaycan həqiqətlərini eşitməlidir artıq!”
Tarix: 24-02-2019 13:53 | Bölmə: Gündəm
          

Fevralın 23-də Belçika Krallığının paytaxtı Brüssel şəhərindəki Lüksemburq meydanında dünyanın 20-dən çox ölkəsində fəaliyyət göstərən diaspor təşkilatlarının təşəbbüsü ilə izdihamlı Ümumavropa Qarabağ mitinqi keçirilib.
Şuşa Rayon İcra Hakimiyyətinin başçısı, Dağlıq Qarabağın Azərbaycanlı İcması İctimai Birliyinin üzvü Bayram Səfərov Modern.az-a baş tutan aksiyanın siyasi baxımdan mühüm əhəmiyyətə malik olduğunu bildirib:
“Bu mitinqi və onun təşəbbüskarlarını alqışlayıram. Amma bu davamlı xarakter almalıdır. Biz Qarabağ naminə birliyimizi bütün dünyaya göstərməliyik”.
B.Səfərov bu cür mitinqlərin rayonlarımızın işğal günlərində də davamlı keçirilməsini təklif edib:
“Qarabağı azad edənədək bu cür mitinqlər mütəmadi keçirilməlidir. Dünya Azərbaycan həqiqətlərini eşitməlidir artıq!”



Baxış sayı: 931


Bölməyə aid digər xəbərlər