Bütün xəbərlər
Sumqayıtda patlayış olan bina ilə bağlı qərar qəbul edildi
Tarix: 10-12-2024 00:39 | Bölmə: Gündəm

Sumqayıtda 13-cü mikrorayon 19-cu binada dekabrın 3-də baş verən patlayışla bağlı Nazirlər Kabineti qərar qəbul edib.
Sabaha-inamla.az xəbər verir ki, bunu sözügedən binanın sakinləri ilə görüşdə Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının müavini Fərid Ələkbərov deyib.Onun sözlərinə görə, partlayış baş verən birinci blok sökülüb yenidən tikiləcək. Digər iki blokda isə aparılacaq tikinti işlərinə görə, təhlükəsizlik baxımından sakinlərin yaşamasına icazə verilməyəcək. Hər üç blokun sakinlərinə 6 ay kompensasiya veriləcək. Kompensasiyanın məbləği otaqların sayına görə, 350 manatdan-550 manata qədər olacaq.
Qeyd edək ki, qaz sızması nəticəsində partlayış olan mənzilin sahibi Ramin Əliyev və oğlu Ayxan Əliyev  dünyasını dəyişib.



Baxış sayı: 155


Bölməyə aid digər xəbərlər
23-11-2024, 14:26 Şeyx Portuqaliyaya gedir