09:43 / 18-04-2025
10 yaşlı qız yoxa çıxıb
Bütün xəbərlər
İnstitut: “Quşçu” vulkanının püskürməsi gözlənilən idi (ÖZƏL)
Tarix: 13-02-2019 12:41 | Bölmə: Gündəm

                

Şamaxıda Quşçu kəndi yaxınlığında “Quşçu” vulkanının püskürməsi gözlənilən idi.
Bunu özəl olaraq Trend-ə AMEA-nın Geologiya və Geofizika İnstitutunun Palçıq vulkanizmi şöbəsinin rəhbəri, geologiya-mineralogiya elmləri doktoru, professor Adil Əliyev deyib.
Onun sözlərinə görə, fevralın 5-də Şamaxı-Ağsu bölgəsində baş verən zəlzələdən sonra Şamaxıda 3, Qobustanda 1 palçıq vulkanının aktivləşəcəyi gözlənilirdi.
Güclü zəlzələlərin vulkanların aktivləşməsinə təsir göstərdiyini söyləyən alim baş vermiş zəlzələ ilə əlaqədar Şamaxıda “Quşçu” ilə yanaşı, “Dəmirçi”, “Qızmeydan”, Qobustanda “Şıxzərli” vulkanlarında aktivləşmənin olacağını ehtimal edib.



Baxış sayı: 889


Bölməyə aid digər xəbərlər