14:26 / 23-11-2024
Şeyx Portuqaliyaya gedir
12:58 / 23-11-2024
Azərbaycanda zəlzələ oldu
Bütün xəbərlər
Siyavuş Novruzov: Bələdiyyələrin seçkilərə qədər sayı azaldılmalı və gəlir mexanizmləri işlənib hazırlanmalıdır
Tarix: 12-02-2019 20:11 | Bölmə: Gündəm

                     

Bu gün ölkəmizdə bələdiyyələrin fəaliyyəti ilə bağlı kifayət qədər işlər görülür, nəzarət mexanizmi mövcuddur. Qanundan kənara çıxan bələdiyyələrlə bağlı ölçü götürülür. İldən-ilə bu proses daha da təkmilləşir.
Trend-in məlumatına görə, bunu Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov parlamentin bu gün keçirilən plenar iclasında bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsinin dinlənilməsi zamanı deyib.
O bildirib ki, Azərbaycanda artıq 15 ildən çoxdur bələdiyyələr fəaliyyət göstərir: "Bələdiyyələrin özündə yeni baxış sistemi formalaşmalıdır. Bəziləri həddindən artıq səlahiyyət istəyir, bəziləri səlahiyyətləri yerinə yetirmir, başqa məqsədlər uğrunda iş aparır. Bələdiyyələr kifayət qədər təkmilləşmiş strukturdur və onlar öz təminatı ilə bağlı addımlar atmalıdırlar”.
S.Novruzov qeyd edib ki, bu gün bələdiyyə məktəbləri, bağçaları, iaşə obyektləri, klub və kinoteatrlar yoxdur: “Elə bələdiyyələr var ki, elektron kitabxana tikə, kompüter mərkəzləri aça bilərdi. Növbəti bələdiyyə seçkilərinə qədər bir neçə məsələ - onların saylarının azaldılması və gəlir mexanizmləri işlənib hazırlanmalıdır”.



Baxış sayı: 568


Bölməyə aid digər xəbərlər