22:50 / 18-05-2024
Qızı boğmağa cəhd edib
Bütün xəbərlər
Qabil Məmmədov yenidən Naxçıvan Ali Məhkəməsinin hakimi təyin ediləcək
Tarix: 21-12-2017 11:42 | Bölmə: Gündəm

Qabil Məmmədov yenidən Naxçıvan Ali Məhkəməsinin hakimi təyin ediləcək

                           Azərbaycan Prezidentinin təqdimatına Milli Məclisin növbəti plenar iclasında məsələyə baxılacaq  

Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin hakimi Qabil Məmmədovun səlahiyyət müddəti artırılacaq.
“Report” xəbər verir ki, Azərbaycan Prezidentinin təqdimatına əsasən Milli Məclisin növbəti plenar iclasında onun səlahiyyət müddətinin artırılması məsələsinə baxılacaq. Qabil Neymət oğlu Məmmədovun yenidən Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin hakimi təyin ediləcəyi gözlənilir. Qərar qəbul olunacağı halda 2018-ci il yanvarın 22-də qüvvəyə minəcək.
Qeyd edək ki Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin hakimi Qabil Neymət oğlu Məmmədovun səlahiyyət müddəti 2018-ci il yanvarın 22-də bitir.


Baxış sayı: 1 244


Bölməyə aid digər xəbərlər