14:26 / 23-11-2024
Şeyx Portuqaliyaya gedir
12:58 / 23-11-2024
Azərbaycanda zəlzələ oldu
Bütün xəbərlər
Azərbaycana gələcək ukraynalı sahibkar qadınlarla görüş keçirilib
Tarix: 08-02-2019 07:53 | Bölmə: Gündəm

                                 

Azərbaycanda kifayət qədər qadın sahibkar var və onlarla birgə layihələrin keçirilməsi üçün ölkədə münbit şərait mövcuddur.
Trend-in məlumatına görə, bu fikri ukraynalı sahibkar qadınlarla görüşdə Azərbaycanın Ukraynadakı səfiri Azər Xudiyev deyib.
Səfir qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda xarici investorların fəaliyyəti üçün münbit şərait yaradılıb: “Azərbaycanda digər sahələrdə olduğu kimi biznes sahəsində də gender bərabərliyi mövcuddur. Bu baxımdan ukraynalı sahibkar qadınlar Azərbaycana rahat investisiya yatıra bilərlər”.
Ukraynalı sahibkar qadınlar isə artıq iki dəfə Azərbaycanda “SHE” beynəlxalq qadın konqresinin keçirildiyini vurğulayaraq belə bir növbəti tədbirin martın 6-da Bakıda təşkil olunacağını deyiblər. Bu konqresdə Azərbaycan və Ukrayna ilə yanaşı, digər ölkələrin sahibkar qadınlarının iştirakı da gözlənilir. Konqresdə sahibkar qadınların həyata keçirdiyi uğurlu layihələr müzakirə olunacaq.



Baxış sayı: 593


Bölməyə aid digər xəbərlər