Bütün xəbərlər
Bu il “Azərikimya”da satış üçün 462 min ton məhsul istehsal ediləcək
Tarix: 05-02-2019 14:02 | Bölmə: Gündəm

                             

2019-cu ildə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azərikimya” İstehsalat Birliyində 462 min ton əmtəə məhsulunun istehsalı nəzərdə tutulub.
“Report” xəbər verir ki, bu barədə SOCAR-ın sosial şəbəkədəki səhifəsində bildirilib.
Qeyd edilib ki, “Azərikimya” İB-nin 2019-cu il ixrac coğrafiyasında propilen satışı nəzərdə tutulmayıb.  Ötən ilin sentyabrından propilen “SOCAR Polymer”ə polipropilenin istehsalı üçün verilir. Cari ildən etilen ixracı da azalacaq. Bu məhsul da “SOCAR Polymer”ə yüksək təzyiqli polietilen istehsalı üçün göndəriləcək. 



Baxış sayı: 674


Bölməyə aid digər xəbərlər