12:58 / 23-11-2024
Azərbaycanda zəlzələ oldu
Bütün xəbərlər
Nazirlik: Azərbaycanda 12 mindən çox şəhid ailəsinin təqaüdü artırılıb
Tarix: 31-01-2019 18:51 | Bölmə: Gündəm

                         

Bu il fevralın 1-dən şəhid ailələrinə verilən prezident təqaüdünün məbləği artırılır.
Trend-in məlumatına görə, bunu əmək və əhalinin sosial müdafiəsi nazirinin müşaviri Mustafa Abbasbəyli brifinq zamanı deyib.
O bildirib ki, təqaüdün məbləği 58 manat artırılaraq 300 manata çatdırılıb.
Müşavir qeyd edib ki, ötən müddət ərzində şəhid ailələrinə və müharibə veteranlarına 6654, o cümlədən 2018-ci ildə 626 mənzil verilib ki, bu da nəzərdə tutulandan 3 dəfə çoxdur:
“2019-cu ildə bu vətəndaşlara minimum 800 mənzil veriləcək. Dövlət başçısının 30 yanvar tarixli fərmanına əsasən 12 mindən çox şəhid ailəsinin təqaüdləri artırlacaq”.
M.Abbasbəyli əlavə edib ki, 2007-ci ildən etibarən şəhid ailələrinə verilən təqaüdlərin məbləği ümumilikdə 3 dəfə artırılıb.



Baxış sayı: 657


Bölməyə aid digər xəbərlər