12:16 / 22-11-2024
Qazaxıstanın baş naziri Ukraynadakı vəziyyətlə əlaqədar təhlükəsizliklə bağlı iclas keçirib
12:09 / 22-11-2024
Adamı qaçıran iki nəfər həbs edilib
10:26 / 22-11-2024
Xabarovsk diyarının qubernatoru Demeşin: "Regionda 576 həkim çatışmır"
10:13 / 22-11-2024
FT: Avropa Trampın Ukrayna ilə bağlı mövqeyinə ehtiyatlı nikbinliklə baxır
10:08 / 22-11-2024
Xəstə təcili yardımın feldşerini öldürərək qaçıb
09:59 / 22-11-2024
Kəlbəcərin yeni dirçəliş dövrü-Aybəniz Rüstəmova
09:32 / 22-11-2024
“Üzr istəməsini tələb edirik!” - Hikmət Hacıyev
23:55 / 21-11-2024
Mett Gaetz baş prokuror və ABŞ Ədliyyə Departamentinin rəhbəri vəzifələrinə namizədliyini geri götürüb
22:14 / 21-11-2024
SHOT: Qasırğa nəticəsində dörd nəfər xəsarət alıb
22:01 / 21-11-2024
Leyla Əliyeva Qlobal Liderlərin Dialoqunda iştirak etdi - Fotolar
21:29 / 21-11-2024
"Reuters": ABŞ BCM-nin Netanyahunun həbsinə order vermək qərarını rədd edir
21:02 / 21-11-2024
Zülfiyyə Kaxrumanova Rusiya Federasiyası Mərkəzi Bankının sədr müavini olub
20:59 / 21-11-2024
Məhkəmə "Krokus"da terror aktı ilə bağlı daha iki təqsirləndirilən şəxsin həbs müddətini uzadıb
20:54 / 21-11-2024
Səfir Kelin: "Rusiya Federasiyasının hələ Trampla şəxsi görüş keçirməyi planlaşdırmır"
20:49 / 21-11-2024
Rusiya Federasiyasının Konstitusiya Məhkəməsi 65 yaşına çatmayanlara görə demobilizasiyadan imtinanı təsdiqləyib
20:37 / 21-11-2024
Ulyanov: "MAQATE ekspertləri Zaporojye AES-də təxribatların qeydə alınmasında zəif işləyirlər"
20:32 / 21-11-2024
ABŞ "Qazprombank"ın xarici filiallarına qarşı sanksiyalar tətbiq edib
19:46 / 21-11-2024
Yuri Lukyançenko özünə köhnə butulkalardan ev tikib
19:37 / 21-11-2024
"Daily Mail": Britaniya Rusiya Federasiyasından ona doğru atılan nüvə raketini vurmayacaq
19:31 / 21-11-2024
Ukrayna Silahlı Qüvvələrinin keçmiş baş komandanı Zalujnı: "Üçüncü dünya müharibəsi artıq başlayıb"
19:28 / 21-11-2024
Sırski: "Ukrayna Silahlı Qüvvələrinin desant-hücum qoşunları Kursk vilayətinə ilk daxil olub"
13:33 / 21-11-2024
ÇXR nümayəndə heyətinin üzvü Vladivostokda həmkarlarından pul və pasport oğurlayaraq yoxa çıxıb
13:28 / 21-11-2024
Çin Xarici İşlər Nazirliyi: ABŞ nüvə silahının rolunu artırıb və hərbi qarşıdurmanı gücləndirib
13:22 / 21-11-2024
Moldova təhlükəsizlik qüvvələri Qaqauziya rəhbərinin müavininin evində axtarış aparır
13:15 / 21-11-2024
XİN: Rusiya Federasiyası Abxaziyada hakimiyyətlə müxalifət arasında olan razılaşmaları nəzərə alıb
13:11 / 21-11-2024
Rostec xəstəni daşıyarkən amerikalı xilasedicilərin səhvlərini qeyd edib
12:46 / 21-11-2024
Millət vəkili vətəndaşlarla növbəti dəfə görüş keçirib
12:38 / 21-11-2024
Alimlər Oneqa və Şimali Dvinanın ağzında havanın çirklənməsini qeydə alıblar
12:30 / 21-11-2024
Kartapolov: "Qərbin hücumu halında Rusiya Belarusu dəstəkləyəcək"
12:23 / 21-11-2024
Zaxarova: "NATO qüvvələrinin Ukraynada görünməsi Rusiya Federasiyasına qarşı müharibəyə girişi qeyd edəcək"
00:00 / 21-11-2024
"Yunarmiya" baş qərargahının rəhbəri gimnast Naqornı istefa verib
23:34 / 20-11-2024
Fransa və Cənubi Koreya Koreya boğazının girişində dəniz təlimləri keçirib
23:27 / 20-11-2024
Kuzbassda Voronej müəssisəsinin keçmiş top meneceri öldürülüb
23:23 / 20-11-2024
Kursk vilayətinin Sudjanski rayonunun rəhbəri vəzifəsini tərk edib
23:20 / 20-11-2024
Zelenski Ukraynanın Krımı hərbi yolla geri qaytara bilməyəcəyini etiraf edib
23:16 / 20-11-2024
Papa Fransisk gələcək dəfn mərasimini sadələşdirib
Komitə sədri:"...SƏN DƏ, DÜNYADAKI YERİN DƏ YEGANƏ VƏ BƏNZƏRSİZDİR"
Tarix: 26-08-2023 13:55 | Bölmə: Gündəm
Milli və bəşəri dəyərlərin qorunması dövlətçilik kontekstində Dövlətçilik şüurunun yaşadılması milli-mənəvi dəyərlərin qorunmasından keçir. Təsadüfi deyil ki, böyük dövlət xadimi Heydər Əliyev deyirdi: "Hər xalqın öz adət-ənənəsi var, öz milli-mənəvi və dini dəyərləri var. Biz öz milli-mənəvi dəyərlərimizlə, adət-ənənələrimizlə fəxr edirik".
Milli-mənəvi dəyərlər, adət-ənənələr milli mədəniyyətin bir növü kimi keçmişlə gələcək arasında bir körpü salır, varislik yaradır. Mənəvi tərəqqiyə yeni yollar açır. Gənc nəslin milli mədəniyyət, milli adət-ənənələr ruhunda tərbiyəsi ilə yanaşı, qloballaşma prosesində mədəniyyət sahəsində meydana çıxan görkəmli nailiyyətlər onları zənginləşdirir və gələcək bəşəri inkişafa hazırlayır. Gənclərdə azərbaycançılıq məfkurəsinin, vətəndaşlıq şüurunun formalaşdırılması, milli-mənəvi dəyərlərini milli adət-ənənələrin, dini-əxlaqi keyfiyyətlərin onlar tərəfindən mənimsənilməsi ilə bilavasitə bağlıdır. Ulu Öndər deyirdi ki, müstəqil Azərbaycan dövlətinin əsas ideyası azərbaycançılıqdır. Hər bir azərbaycanlı öz milli mənsubiyyətinə görə qürur hissi keçirməlidir və biz azərbaycançılığı - Azərbaycanın dilini, mədəniyyətini, milli-mənəvi dəyərlərini, adət-ənənələrini yaşatmalıyıq.
Azərbaycan xalqının milli-mənəvi dəyərlərinin qorunmasında Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın müstəsna xidmətləri danılmazdır. Azərbaycan Respublikasının ictimai-siyasi, mədəni həyatındakı fəaliyyətini nəzərə alaraq onun Birinci vitse-prezident təyin edilməsi xalqımızın həyatında müsbət meyillərin daha da inkişaf etməsinə səbəb oldu. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Mehriban Əliyevanın fəaliyyətinin siyasi-mədəni çalarlarını dəyərləndirməklə aşağıdakı kateqoriyalara ayırır:
1) Azərbaycan Parlamenti-qanunvericilik fəaliyyəti
2) Heydər Əliyev Fondu, UNESCO və ISESCO-beynəlxalq mədəni fəaliyyət, milli-mədəni dəyərlərin qorunması və inkişafı.
3) Milli Olimpiya Komitəsinin-idman sahəsində
4) Yeni Azərbaycan Partiyası-siyasi fəaliyyəti
Cənab Prezidentin təsbit etdiyi kateqoriyalar üzrə Mehriban xanım Əliyevanın fəaliyyətinin ayrı-ayrı çalarlarına diqqət etsək onun siyasi fəaliyyətinin ən vacib komponentini təşkil edən Birinci vitse-prezidentlik fəaliyyətinə işıq salmalı olarıq.
Təsadüfi deyil ki, cənab Prezident İlham Əliyev Mehriban Əliyevanı Birinci vitse-prezident təyin edərkən onun fəaliyyətinə müxtəlif aspektlərdən və müxtəlif baxış bucağından qiymət verdikdən sonra deyir: “Bax, bu, çoxşaxəli fəaliyyət və eyni zamanda, uğurlu fəaliyyət mənim bu qərarı qəbul etməyimdə əsas rol oynamışdır. Eyni zamanda, qeyd etməliyəm ki, Mehriban Əliyeva çox peşəkar, bilikli, təcrübəli, prinsipial, çox xeyirxah bir insandır. Təsadüfi deyil ki, Azərbaycan xalqı ona böyük rəğbət və sevgi ilə yanaşır. Sadaladığım bütün bu amilləri nəzərə alaraq, mən bu qərara gəldim və bu gün Mehribanın həyatında yeni dövr başlayır. Əminəm ki, o, bundan sonra da ölkəmizin inkişafına öz dəyərli töhfəsini verəcəkdir”.
Həmin dövrdən 6 ildən artıq vaxt keçir. Bu dövrdə Azərbaycan xalqının tarixində və taleyində çox müstəsna hadisələr baş verib. Təbii ki, bu hadisələr içərisində ən vacibi 2020-ci ildə 44 günlük Vətən müharibəsi və tarixi Zəfərimizdir.
Mehriban Əliyeva: Qoy Uca Tanrı hər bir azərbaycanlıya müqəddəs Qarabağ torpağını öpməyi nəsib etsin!
Bu yerdə Birinci vitse-prezidentin Vətən müharibəsinin ilk günlərində xalqa müraciətində ifadə etdiyi və hər birimizin ürəyini riqqətə gətirən sözlərini yada salmaq istəyirəm: “Qoy Uca Tanrı hər bir azərbaycanlıya müqəddəs Qarabağ torpağını öpməyi nəsib etsin!” Bu müqəddəs dua və arzu 44 gün ərzində öz təsdiqini tapdı. Doğma Qarabağımız Ali Baş Komandan İlham Əliyevin sarsılmaz iradəsi, Müzəffər Ordumuzun qəhrəmanlığı, xalqımızın birliyi və həmrəyliyi sayəsində azadlığına qovuşdu. Bu gün isə azad torpaqlarımızda geniş quruculuq işləri aparılır. Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu da bu işlərdə yaxından iştirak edir.
30 ildən artıq düşmən əsarətində qalan Qarabağın məşhur Topxana meşəsi də Heydər Əliyev Fondunun səyləri ilə tezliklə öz əvvəlki görkəminə qayıdır. Heydər Əliyev Fondunun layihəsi çərçivəsində vətəndaş cəmiyyəti könüllüləri tərəfindən Topxana meşəsində ağacəkmə aksiyası keçirildi. Xalqımızı möhtəşəm Qələbəyə aparan 44 günün şərəfinə ölkə üzrə 44 min ağac əkilməsi aksiyası çərçivəsində Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Cıdır düzündə ağac əkdilər. Bu aksiya ilə Heydər Əliyev Fondu həm də işğaldan azad olunan ərazilərdə ekoloji tarazlığın bərpası istiqamətində görülən tədbirlərə start verdi.
SÖZLƏ ƏMƏLİN BİRLİYİ
“Ölkəmizin və xalqımızın maraqlarını hər şeydən üstün tutacağam!” Mehriban Əliyeva Azərbaycan Respublikasının Birinci vitse-prezidenti təyin edilərkən söylədiyi bu fikirlər onun əməli fəaliyyətində öz təsdiqini tapdı. Siyasi xadim üçün bu keyfiyyət çox önəmlidir. Gəlin diqqət edək Mehriban Əliyeva sözügedən çıxışında söyləyir: “Gündəlik fəaliyyətimizdə insansevərlik, mərhəmət, qarşılıqlı hörmət, mehribançılıq unudulmamalıdır. Əksinə, məhz bu mənəvi dəyərləri uca tutaraq ən yüksək qələbələr əldə etmək, ən böyük zirvələrə qalxmaq olar. Mən sizi əmin edirəm ki, gələcək fəaliyyətimi məhz bu prinsiplər əsasında qurmağa çalışacağam. Ölkəmizin və xalqımızın maraqlarını hər şeydən üstün tutacağam, Azərbaycana layiqincə xidmət etməyə çalışacağam”.
Bu gün biz Mehriban Əliyevanın söylədiyi fikirlərinin real həyatda uğurla həyata keçirdiyinin şahidiyik. Azərbaycanın inkişafı və xalqımızın rifahı naminə milli məqsədlərə nail olmaqla bağlı üzərinə nəcib missiya, yeni öhdəliklər götürən Mehriban Əliyeva ötən müddət ərzində bu yüksək və məsul vəzifədə gördüyü işlərlə dövlət başçısı İlham Əliyevin və xalqımızın etimadını layiqincə doğrultmaqdadır. Bütün bunlar xalqa sədaqətlə xidmət etməyin bariz nümunəsidir.
Azərbaycanın Birinci vitse-prezidentinin fəaliyyətində əhalinin həssas təbəqələrinin, o cümlədən keçmiş məcburi köçkünlərin, şəhid ailələrinin, qazilərin problemlərinin həlli xüsusi yer tutur. O, Birinci vitse-prezident kimi ilk müşavirəsini qaçqın və məcburi köçkün ailələrinin həyat şəraitinin yaxşılaşdırılmasına həsr etmişdi. Həmin müşavirədən dərhal sonra müvafiq tədbirlər planı hazırlandı və real işlər başlandı. Qısa müddətdə yüz minlərlə qaçqın və məcburi köçkünün mənzil-məişət şəraiti yaxşılaşdırıldı.
MİLLİ VƏ DİNİ DƏYƏRLƏRƏ EHTİRAM NÜMUNƏSİ
Azərbaycanın Vətən müharibəsindəki Zəfərindən sonra azad olunmuş torpaqlarımızın yenidən qurulması və Qarabağın ədəbi-mədəni ənənələrinin bərpası istiqamətində Mehriban Əliyevanın təşəbbüsləri onun Vətən sevgisinin növbəti təcəssümü oldu.
Məhz Mehriban xanım Əliyevanın təşəbbüsü ilə “Xarıbülbül” festivalının Şuşada təşkil edilməsi Azərbaycanın multikultural dəyərləri ilə örnək bir ölkə olduğunu bütün dünyaya göstərdi. Molla Pənah Vaqifin dağıdılmış muzey-məqbərə kompleksinə Heydər Əliyev Fondu tərəfindən ikinci həyat verilməsi də Fondun rəhbəri Mehriban Əliyevanın mədəni irsimizə həssas münasibətinin göstəricisidir. Heydər Əliyev Fondunun dəstəyi ilə dahi Azərbaycan şairi Molla Pənah Vaqifin yenidən qurulan büstünün açılışı olub. Şuşa işğaldan azad edildikdən sonra Heydər Əliyev Fondu tərəfindən ilk dəfə şairin doğma şəhərində Vaqif Poeziya Günləri yenidən təşkil olunub. Poeziya günləri çərçivəsində Heydər Əliyev Fondu tərəfindən “Qarabağ Azərbaycan mədəniyyətinin incisidir” və “Yenidən doğma diyarda: Qarabağın sənət inciləri” sərgiləri də reallaşdırılıb.
Şuşa şəhəri işğal altında olduğu müddətdə ermənilər tərəfindən dağıdılmış Aşağı Gövhər ağa, Yuxarı Gövhər ağa və Saatlı məscidləri ilkin layihəyə uyğun olaraq bərpa olunub. Hər üç məscid ölkə əhəmiyyətli tarixi-mədəniyyət abidələri siyahısındadır.
MULTİKULTURAL DƏYƏRLƏRİN TƏRƏNNÜMÇÜSÜ
Mehriban Əliyeva işğaldan azad olunan torpaqlarımızdakı müxtəlif dinlərə məxsus abidələrə də eyni münasibətin sərgilənəcəyini bildirib: “Biz dağıdılmış şəhərləri və kəndləri bərpa edəcəyik. Biz orada məktəblər tikəcəyik. Biz yalnız müsəlmanlara deyil, bütün dinlərə məxsus mədəni irsi bərpa edəcəyik”.
Vətən savaşından sonra ən mühüm hadisələrdən biri də Ali Baş Komandanın işğaldan azad olunmuş bölgələrə səfərləri oldu. Mehriban Əliyevanın Ali Baş Komandan İlham Əliyevlə birlikdə işğaldan azad olunmuş torpaqlara səfərlər etməsi Azərbaycanın Qələbəsini dünyaya bəyan edən tarixi məqamlardır. Bu səfərlərlə Birinci vitse-prezident Azərbaycan qadınlarının qəhrəmanlıq və vətənpərvərlik, millətsevərlik, ana yurda, torpağa bağlılığını öz şəxsində dünyaya nümayiş etdirdi. Düşməndən azad olunmuş ərazilərimizdən çəkilmiş ilk görüntülərin xalqımıza çatdırılması və dağıdılmış məscidlərin ziyarət olunması Mehriban xanımın milli dəyərlərimizə yüksək həssas münasibətinin nümunəsi idi.
Vətən müharibəsindəki Zəfərdən sonra Ağdam məscidinin ziyarət olunması, Prezident İlham Əliyevin Məkkədən gətirdiyi “Qurani-Kərim”i Ağdam məscidinə bağışlaması xalqımıza xas yüksək amalların təntənəsi idi. Milyonlarla insanın ürəyində riqqətə və hörmətə səbəb olmuş bu səfəri ilə Mehriban Əliyeva xalqımızın ən ülvi arzularını Tanrı qarşısında dua etdi.
Ağdamla yanaşı, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan səfərlərindən sonra Prezident İlham Əliyevin birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva ilə birlikdə Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərinə səfərləri olduqca əhəmiyyətli idi. Dövlət başçısının 2021-ci ilin yanvarında Şuşaya etdiyi səfər isə Qarabağın əsl sahibinin kim olduğuna dair bütün dünyaya ünvanlanmış növbəti mesaj kimi qiymətləndirilməlidir. Mehriban Əliyeva deyir: “Həyatda hər bir kəsin yerini və taleyini tarix müəyyən edir. Odur ki, nə böyük, nə də kiçik rollar olmur. Öz həyat kitabını yazmağa ancaq sənin şəxsi, dərk edilmiş məsuliyyətin imkan verir. Bu kitabda hər bir kəs özünü şəxsi həyatının və dünyanın qurub yaradıcısı, yaxud dağıdıcısı kimi təcəssüm etdirir. Kimsənsə, elə də olmalısan - bax, budur bizim həyatımız. Ona görə də özgələrin rollarını və obrazlarını gərək öz üzərinə götürməyəsən. Çünki sən də, dünyada yerin də yeganə və bənzərsizdir”.
Bütün bunlar onu deməyə əsas verir ki, Mehriban Əliyevanın xalqımızın xoşbəxt, firavan yaşamasına, ölkəmizin davamlı inkişafına, dövlətçiliyimizin, milli dəyərlərimizin qorunması və möhkəmləndirilməsinə həsr olunmuş ömür kitabı gələcəyimizə işıq saçır, yolumuzu nurlu sabahlara aparır.
Mehriban Əliyeva: Uşaqlar Azərbaycanın sabahıdır, gəlin, onların problemlərinə biganə qalmayaq
Əvvəldə qeyd etdiyim kimi, Mehriban Əliyevanın fəaliyyətində sosial məsələlər prioritetdir və bunların sırasında uşaqlara qayğı xüsusi yer tutur. Məsələn, Mehriban Əliyevanın təşəbbüsü ilə hazırlanan və Heydər Əliyev Fondunun reallaşdırdığı “Uşaq evləri və internat məktəblərinin inkişafı” proqramı çərçivəsində ölkə ərazisində 40-dan çox uşaq müəssisəsi əsaslı şəkildə yenidən qurulub, müasir avadanlıqla təchiz olunub, əlavə yardımçı binalar inşa edilib və kommunal şərait yaxşılaşdırılıb. Həmçinin bu proqram çərçivəsində uşaq evlərində tərbiyə almış, yaşı 18-dən yuxarı olan qızlar üçün yaşayış binaları inşa olunub.
“Mənim arzum odur ki, Azərbaycanda hər bir uşaq xoşbəxt olsun. Ona görə də biz uşaqlarımızı, balalarımızı məhəbbətlə, hörmətlə, mərhəmətlə, diqqətlə böyütməliyik” deyən Mehriban Əliyeva ölkənin gələcəyi olan hər bir uşağa öz övladı kimi yanaşır. Azərbaycanın Birinci vitse-prezidentinin təşəbbüsü ilə hər il Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ərəfəsində uşaq evlərinin, internat məktəblərinin sakinləri və xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün şənliklərin təşkili unudulmaz və xoş ənənəyə çevrilib. Hər dəfə balacalar onların ən böyük himayədarı Mehriban Əliyevanın ətrafına toplaşırlar. Azərbaycanın Birinci vitse-prezidenti uşaqları bağrına basır, onların sevinc və fərəhini bölüşür, səmimi söhbətlər edir.
Heydər Əliyev Fondunun əksər layihələri, istər təhsil sahəsində, istər səhiyyə sahəsində məhz uşaqlara yönəlib. Mehriban Əliyeva bu layihələrə xüsusi can yandırır, ürəklə yanaşır.
Azərbaycanın Birinci vitse-prezidenti çıxışlarında bu fikri dəfələrlə vurğulayıb: “Uşaqlar Azərbaycanın sabahıdır, gəlin, onların problemlərinə biganə qalmayaq”.
Beləliklə, cəmiyyətdə nəcibliyin, mərhəmət və xeyirxahlığın ali ünvanına çevrilməklə, ümumxalq mənafeləri baxımından bir sıra strateji layihələri qısa müddətdə uğurla gerçəkləşdirən Heydər Əliyev Fondu 19 illik çoxşaxəli fəaliyyətində uşaqlara qayğı və diqqətə xüsusi önəm verir.
Hər bir cəmiyyətdə mərhəmət, insanpərvərlik, qayğı kimi hisslər əsas yer tutmalıdır
Mehriban Əliyeva bildirir: “Hər bir cəmiyyətdə mərhəmət, insanpərvərlik, qayğı kimi hisslər əsas yer tutmalıdır. O cəmiyyətdə ki həm dövlət qurumları, həm vətəndaş cəmiyyəti məhz bu prinsiplər əsasında həm öz həyatını, həm öz fəaliyyətini qurur, demək olar, o cəmiyyət inkişaf etmiş, uğurlu cəmiyyətdir. Mərhəmət təkcə çətinliyə düşən insanlara yardım əlini uzatmaq deyil. Mərhəmət bəzən çətin və məsuliyyətli qərar qəbul etməyi tələb edir. Bir dəfə səhv etmiş insanların bağışlanmaq hüququ var. Bu gün biz yenidən cəmiyyətdə öz yerlərini tutmaları, layiqli həyat yaşamaları üçün onlara şans verməliyik”.
Xatırladaq ki, Ulu Öndər Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtdıqdan sonra Azərbaycanda həyata keçirdiyi humanizm siyasətinin vacib istiqamətlərindən biri cinayət törətmiş, lakin cinayətini etiraf etmiş və peşman olmuş şəxslərə qarşı humanizm, onların əfv edilməsi, bağışlanması olub. Məhz bu siyasətin davamı nəticəsində 1995-2023-cü illər ərzində əvvəlcə Ulu Öndər Heydər Əliyev, sonra isə Prezident İlham Əliyev tərəfindən ümumilikdə 69 əfv Sərəncamı imzalanıb. Bu dövr ərzində parlamentdə 12 amnistiya qərarı qəbul olunub. Həmin amnistiya qərarlarından 4-ü Mehriban Əliyevanın təşəbbüsü ilə qəbul edilib. Həyata keçirilmiş amnistiya və əfv aktları ilə on minlərlə insan islah olunaraq cəmiyyətə inteqrasiya olunub.
Mehriban xanım qalib ölkənin qalib sərkərdəsi, Ali Baş Komandan, Azərbaycan Prezidenti cənab İlham Əliyevin əqidə-məslək yoldaşı kimi bütün döyüşlərdə yanında oldu. Mehriban xanım 44 günlük Vətən müharibəsi günlərində xalqımızın bütün təbəqələri ilə birlikdə qələbəyə sevincini, hər həlak olan şəhidə kədərini bildirdi, qazilərə mərhəmətini əsirgəmirdi. “Sizin Mehriban” imzası ilə sosial şəbəkələrdə xalqı Qələbəyə səsləyirdi. Şuşa azad olunan gün cənab Prezidentlə Ulu Öndər Heydər Əliyevin məzarını, Şəhidlər xiyabanını ziyarət etdi. Sonra isə Şuşada möhtəşəm “Xarıbülbül” festivalına rəhbərlik etdi. İlk dəfə 30 ildən sonra “Qarabağ şikəstəsini” Cıdır düzündə dinlədi.
Zəfər müharibəsi dönəmində Azərbaycan xalqının möhtəşəm həmrəyliyinin dünyaya nümayiş olunması Mehriban Xanım Əliyevanın həssas ana qayğısı ilə döyüşən əsgərlərimizi ziyarət etməsi onlara mənəvi güc verdi. 11 noyabr 2020-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva 1 saylı Kliniki Tibbi Mərkəzdə müalicə olunan hərbçilərlə görüşdülər. Bu görüş zamanı cənab Prezident İlham Əliyev hərbçilərimizə söylədi: “İkinci Qarabağ müharibəsi tarixdə Azərbaycanın şanlı qələbəsi kimi qalacaq. Bu qələbənin qazanılmasında bütün xalqımız birlik, həmrəylik göstərmişdir. Atılan addımlar bütün bir məqsədi güdürdü ki, qısa müddət ərzində az itkilərlə düşmənə elə sarsıdıcı zərbə vuraq ki, düşmən məcbur olub torpaqlarımızdan çıxsın. Döyüş meydanında qazanılmış qələbələr siyasi müstəvidə də qələbənin qazanılmasını şərtləndirdi. Əgər döyüş meydanında biz bu qələbəni qazanmasaydıq, inanmıram ki, işğalçı qalan torpaqlardan çıxacaqdı. Necə ki, torpaqlarımızı 30 ilə yaxın müxtəlif yollarla işğal altında saxlamağa can atan düşmən bu işğalı əbədi etmək istəyirdi, biz danışıqlar yolu ilə də heç bir nəticə əldə edə bilməzdik. Biz bu müharibəni şəhidlərimizin canı-qanı bahasına, hərbçilərimizin rəşadəti hesabına, dövlətimizin siyasəti hesabına qazanmışıq. Mən xahiş edirəm ki, Vətən müharibəsində şəhid olmuş bizim bütün bacı-qardaşlarımızın xatirəsini yad edək, bir dəqiqə sükutla yad edək.
Allah bütün şəhidlərimizə rəhmət eləsin! Allah sizə şəfa versin! Allah bütün yaralı əsgər və zabitlərimizə şəfa versin!”
Görüşdə iştirak edən Mehriban Əliyevanın böyük həssaslıqla hərbçilərimizin tək-tək səhhəti ilə maraqlanması, rəhbərlik etdiyi Heydər Əliyev Fondunun gücünü səfərbər edərək onların problemlərinin qısa müddətə həll edilməsi üçün bütün tədbirləri görməsi xüsusi qeyd ediləcək məqamlardandır.
ÖZƏL GÜNDƏ ŞƏHİD AİLƏLƏRİ İLƏ BİRLİKDƏ
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva 2021-ci il avqustun 26-da Abşeron rayonunda şəhid ailələrinə, müharibə əlillərinə və Vətən müharibəsi qəhrəmanlarına mənzillərin və avtomobillərin təqdim olunması mərasimində iştirak etdilər.
Bu dəfə şəhid ailələrinə, müharibə əlillərinə və Vətən Müharibəsi Qəhrəmanlarına 300 mənzil, həmçinin müharibə əlillərinə 50 avtomobil təqdim olundu.
Bildirildi ki, birinci kompleksdə 1890, ikinci kompleksdə isə 1152 mənzil var. Hər 2 kompleks bütün zəruri sosial-texniki infrastrukturla təchiz edilib.
Qeyd edək ki, Müzəffər Ali Baş Komandan İlham Əliyev Vətən müharibəsində şəhidlik zirvəsinə ucalanların ailə üzvlərinə, bu haqq savaşımızda şanlı Zəfər qazanan qüdrətli Azərbaycan Ordusunun hərbçilərinə, qazilərinə daim xüsusi diqqət və qayğı göstərir. Bu qəbildən olan vətəndaşlarımızın sosial müdafiəsinin möhkəmləndirilməsi, o cümlədən mənzil, fərdi ev və avtomobillərlə təmin edilməsi istiqamətində həyata keçirilən kompleks tədbirlər bunun bariz nümunəsidir. Xüsusilə qeyd olunmalıdır ki, hazırda dünyada pandemiyanın davam etməsi və iqtisadi-maliyyə çətinliklərinin olmasına baxmayaraq Azərbaycanda bu işlər uğurla davam edir. Prezident İlham Əliyevin “Vətən Müharibəsi Qəhrəmanları və onların ailə üzvlərinin sosial-məişət şəraitinin yaxşılaşdırılması haqqında” imzaladığı Sərəncam bu prosesin ardıcıl xarakter aldığını göstərir və bu kateqoriyadan olan vətəndaşların mənzil problemlərinin həllində müstəsna rol oynayır.
Müharibə əlillərinin sosial şəraitinin daha da yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlərdən biri də onların avtomobillə təmin olunmasıdır. İndiyədək 7 mindən çox müharibə əlili avtomobillə təmin olunub və bu proses davam edir.
Dövlətimizin başçısına və birinci xanıma şəhid ailələri və müharibə əlillərinin sosial təminatı, postmüharibə dövründə sosial dəstək, məşğulluq, mənzil, fərdi ev və avtomobil, həmçinin müasir reabilitasiya vasitələri ilə təminatı istiqamətində görülən işlər barədə də məlumat verildi. Bildirildi ki, Heydər Əliyev Fondu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mühüm sosial tərəfdaşlarından biridir. Bu tərəfdaşlıq çərçivəsində indiyədək bir çox sosialyönümlü layihələr uğurla icra olunub.
Diqqətə çatdırıldı ki, 1997-2021-ci illərdə şəhid ailələrinin üzvlərinə 10 min 500 mənzil və fərdi ev təqdim olunub. Prezident İlham Əliyevin 2021-ci ilin yanvarında imzaladığı Sərəncamla bu sahədə yeni proqramlar təsdiq edilib. 2021-2025-ci illərdə şəhid ailələrinə 11 min mənzil və fərdi ev veriləcək. Postmüharibə dövründə 5 100, bu il 600, ümumilikdə ötən dövrdə 13 900 mənzil və fərdi ev şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə təqdim olunub.
Eyni zamanda, müharibədən sonra 9 mindən çox insana sosial ödənişlər verilibdir. Yaralı və sağlamlığını itirmiş hərbçilər ən müasir protezlərlə təmin edilir. Onlar üçün belə imkan yaradılıb və son nəsil protezlər alınıb. Prezident İlham Əliyevin tapşırığına əsasən, 2020-ci ilin dekabr ayından müharibə əlillərinin yüksək texnologiyalı müasir protezlərlə təminatına başlanılıb. Həmin dövrdən 270 müharibə əlili yüksək texnologiyalı 285 ədəd müasir 4-cü nəsil protezlə təmin edilib. Onlardan 82 nəfəri I Qarabağ müharibəsi və Vətən müharibəsinə qədərki dövrdə hərbi səbəblərlə əlaqədar əlilliyi olan şəxslərdir. Həmin müharibə əlilləri 87 ədəd müasir protezlə təmin olunublar. Protezlə təmin olunan 188 nəfər isə 44 günlük Vətən müharibəsinin qazisidir. Onlara yüksək texnologiyalı müasir 4-cü nəsil protez verilib. Ümumilikdə Vətən müharibəsi qazilərinin protezlə təminatı prosesi yekunlaşmaq üzrədir.
Həmçinin, müharibə dövründə öz əmlakını itirmiş insanlar üçün də minlərlə yeni ev tikilməkdədir. Çünki mənfur düşmən döyüş meydanında məğlubiyyətə uğrayarkən bunun əvəzini mülki vətəndaşlardan çıxmaq istəyirdi. Bizim bir çox şəhərlərimiz daim atəş altında idi, artilleriya ilə, qadağan edilmiş bombalarla, ağ fosforlu bombalarla, ballistik raketlərlə bombalanırdı. Yüzdən çox mülki şəxs, onların arasında qadınlar, uşaqlar bu namərd atəş nəticəsində həlak olmuş və minlərlə insan öz əmlakını itirmişdir. Ona görə bu gün bu işlər də görülür, minlərlə ev inşa edilir, onların böyük hissəsi artıq inşa edilib.
MƏDƏNİ İRSİN MÜHAFİZƏSİ
Mehriban xanım Əliyevanın əsas fəaliyyət istiqamətlərindən biri də məhz mədəni irsin mühafizəsidir. Zəngin mədəni irsi olan Azərbaycan xalqının maddi və qeyri-maddi mədəni irsinin mühafizəsi və gələcək nəslə çatdırılması Mehriban Əliyevanın fəaliyyətinin ən vacib komponentini təşkil edir. 44 günlük Vətən müharibəsindən sonra işğaldan azad edilmiş ərazilərimizdə mədəni irsin bərpa edilməsi Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun əsas prioritet sahəsinə çevrilmişdir. Lakin təkcə sözügedən ərazilərdə deyil, ölkənin digər regionlarında da bu istiqamətdə həssaslıqla mədəni irsin qorunmasına yönəlik tədbirlər davam etməkdədir. Şəki Xan məscidi kompleksinin Heydər Əliyev Fondu tərəfindən bərpa olunması da bu qəbildən olan hadisələrdəndir. 2 dekabr 2022-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva Heydər Əliyev Fondu tərəfindən Şəki Xan məscidi kompleksində aparılmış bərpa işləri ilə tanış olublar. Məlumat üçün qeyd edək ki, bərpa işləri 2021-ci ilin may ayından etibarən həyata keçirilməklə bərabər həmçinin Heydər Əliyev Fondu bərpa işləri ilə yanaşı, qazıntılar zamanı aşkar olunan və Şəki xanı nəslinə aid olduğu ehtimal edilən skelet nümunələri üzrə tədqiqatların aparılmasına da dəstək göstərib.
İşğaldan azad olunmuş ərazilərdəki maddi-mədəniyyət abidələrinin intensiv surətdə bərpa edilməsi Mehriban Əliyevanın daimi diqqət mərkəzində olmuşdur. Təsadüfi deyil ki bu ilin may ayında artıq bu qəbildən olan bir neçə mədəniyyət abidəsi bərpa edilərək Azərbaycan xalqının mədəniyyət xəzinəsinə qaytarılmışdır.
Bu ilin may ayında Azərbaycan Milli Xalça Muzeyinin Şuşa filialının fəaliyyətinin 31 ildən sonra bərpa edilməsi Azərbaycan mədəniyyətinə möhtəşəm töfhədir. Qeyd edək ki, Milli Xalça Muzeyinin Şuşa filialının XIX əsrin ikinci yarısında tikilmiş binası şəhərin Yuxarı məhəlləsində yerləşir. İşğal dövründə bina yararsız hala düşdüyündən və tarixi görkəminə müdaxilələr edildiyindən burada 2021-ci ildən etibarən Heydər Əliyev Fondu tərəfindən bərpa işlərinə başlanılmışdı. Görülmüş işlər nəticəsində binanın daxili divarları, döşəmələri, tavanları bərpa olunub. Sonradan alçipanla bağlanılan qapı, pəncərə, tavan və arakəsmə divarlar götürülərək binanın tarixi siması özünə qaytarılıb. Binanın fasadındakı çatlar bərpa olunub və daşla üzlənib. Qarabağ torpaqlarının Ermənistanın işğalına məruz qaldığı dövrdə Azərbaycan Milli Xalça Muzeyi filialda saxlanılan sənət nümunələrinin təhlükədə olduğunu nəzərə alaraq, onların təxliyəsini təşkil etmişdi. Beləliklə, Şuşa filialının kolleksiyasındakı 246 eksponatdan 183-ü Bakıya gətirilmişdi. Şəhər işğal altında olduğu dövrdə Şuşa filialı öz fəaliyyətini Azərbaycan Milli Xalça Muzeyində davam etdirirdi. Hazırda artıq görülmüş tədbirlər nəticəsində muzey öz fəaliyyətini tam bərpa etmişdir. Qeyd etməliyik ki, xalçaçılıq sənəti Azərbaycan mədəniyyətində xüsusi yer tutur.
Şuşa şəhərinin mədəni irsinin mühüm tərkib hissəsinin təşkil edən Saatlı məscidinin bərpa edilməsi dini dəyərlərimizə olan hörmətin ifadəsidir. Bu il məhz Ulu Öndərin doğum günündə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin, birinci xanım Mehriban Əliyevanın və ailə üzvlərinin Şuşada Heydər Əliyev Fondu tərəfindən aparılan bərpa işlərindən sonra Saatlı məscidinin açılışında iştirak etmələri də rəmzi xarakter daşıyır. Qeyd edək ki, Şuşadakı Saatlı məscidi 1883-cü ildə memar Kərbəlayi Səfixan Qarabağinin layihəsi əsasında inşa olunub. XIX əsrin memarlıq abidəsi olan Saatlı məscidinin inşa edildiyi yerdə əvvəl Molla Pənah Vaqifin dərs keçdiyi bir-birinə bitişik mədrəsə və məscid binaları olub. Şuşa şəhəri işğal altında olduğu müddətdə digər məscidlər kimi Saatlı məscidi də ermənilər tərəfindən dağıdılmışdı. 2021-ci ilin dekabrından məsciddə Heydər Əliyev Fondu tərəfindən bərpa işlərinə başlanılıb. “PAŞA Holding”in maliyyə dəstəyi ilə həyata keçirilən konservasiya və restavrasiya işləri Azərbaycan, İtaliya və Türkiyə şirkətlərinin konsorsiumu tərəfindən Avstriyanın “Wehdorn Architekten” şirkətinin nəzarəti ilə məscidin ilkin memarlıq üslubuna uyğun olaraq aparılıb. İşğal zamanı məscidə edilən müdaxilələr aradan qaldırılıb və divarların gücləndirilməsi işləri görülüb. Həmçinin zədələnmiş ön sütunun gücləndirilməsi işləri həyata keçirilib, məscidin döşəməsi bərpa edilib.
Ölkə əhəmiyyətli memarlıq abidəsi sayılan Şuşada Yaradıcılıq Mərkəzinin Heydər Əliyev Fondu tərəfindən aparılan bərpa işlərindən sonra açılışı da məhz Mehriban xanımın mədəni irsimizə olan həssas münasibətinin təzahürü kimi dəyərləndirilməlidir. Binada vaxtilə Ağa Qəhrəman Mirsiyab oğlunun Karvansarası yerləşib. Heydər Əliyev Fondu tərəfindən 2022-ci ildən aparılan bərpa işləri zamanı bina ilkin vəziyyətinə qaytarılıb, binanın tarixi formasına qaytarılması işləri yerinə yetirilib. Ulu Öndərin doğum günündə Yaradıcılıq Mərkəzində Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyi çərçivəsində açılan “Heydər Əliyev və Qarabağ” adlı sərginin təşkil olunması da tarixi keçmişə olan ehtiramın ifadəsidir. Qeyd edək ki, sərgidə Ulu Öndər Heydər Əliyevin Qarabağda sosial, iqtisadi, siyasi və mədəni inkişaf istiqamətindəki xidmətlərini əks etdirən nadir fotoşəkillər, sənədlər və videomateriallar nümayiş olunur. Eləcə də sərgidə Ümummilli Liderin vaxtilə Qarabağa səfərlərinə, burada keçirdiyi görüşlərə, müxtəlif tədbirlərə aid fotolar yer alıb.
MEHRİBAN XANIM HƏRBİ FORMADA
Mehriban xanım Əliyeva Vətən müharibəsi başladığı ilk gündən hərbi forma geyinərək cənab Ali Baş Komandanın yanında yer aldı. Əlbəttə, bu, rəmzi xarakter daşıyırdı. 44 günlük Vətən müharibəsindən sonra cənab Prezident İlham Əliyevlə Qarabağa dəfələrlə etdiyi səfərlər zamanı biz Mehriban Əliyevanı əksər hallarda hərbi formada görmüşük.27 sentyabr 2021-ci ildə Bakı şəhərində təşkil edilən yürüşdə ön cərgədə Müzəffər Ali Baş Komandanla birlikdə hərbi formada şəhidlərimizə ehtiram əlaməti olaraq onların fotolarını başlarının üzərində saxlamaqla “Şəhidlər ölməz, Vətən bölünməz!” şüarının sadəcə bir pafos deyil gerçək olduğunu göstərdilər.
Bütün bu fəaliyyətlərin, nəcib keyfiyyətlərin məcmusunu xarakterizə edən əsas cəhət isə əlbəttə ki, Birinci vitse-prezidentin müstəqil Azərbaycan dövlətinin yaradıcısı, Ümummilli Lider Heydər Əliyevin ideyalarının reallaşmasında cənab Prezident İlham Əliyevin ən yaxın silahdaşı olmasıdır. Azərbaycanı işıqlı gələcəyə aparılması bu tandemin birgə səyi ilə gerçəkləşəcəyinə böyük ümidlərlə Mehriban xanıma fəaliyyətində uğurlar arzu edirik!
Sadiq Qurbanov,
Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri
Baxış sayı: 669
Bölməyə aid digər xəbərlər

19-11-2024, 22:08
Samir Nuriyev görüş keçirdi - Fotolar
14-11-2024, 15:53
İlham Əliyev İslam İnkişaf Bankının prezidenti ilə görüşüb
14-11-2024, 00:33
Heydər Əliyev Fondunun nəşri təqdim olundu - Fotolar+Video
9-11-2024, 10:22
Sumqayıtda 8 noyabr Zəfər Günü qeyd olunub-VİDEO+FOTOLAR
7-11-2024, 09:43
Sumqay;tda Zəfər Günü ilə əlaqədar “Zəfər nəğməli Azərbaycan” adlı tədbir keçirildi-VİDRO+FOTOLAR
4-11-2024, 19:17
Dini Liderlərin Qlobal Sammitinin iştirakçıları Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət ediblər
31-10-2024, 08:37
Bayden iki uşağı dişləyib
28-10-2024, 19:42
“Şəhid Vətən Müharibəsi Qəhrəmanları” adlı kitabın təqdimatı olub
25-10-2024, 19:25
Ukrayna hərbçiləri təsadüfən özünün "Hawk" pilotsuz təyyarəsini vurub
17-10-2024, 10:52
Prezidentdən Füzuli ilə bağlı paylaşım - Video
15-10-2024, 04:13
Sumqayıtda "Mənim oğlum qəhrəmandır" layihəsi-VİDEO+FOTOLAR
8-10-2024, 16:17
İlham Əliyevin Rusiya Prezidenti Vladimir Putinlə görüşü olub
5-10-2024, 12:06
Sumqayıtda Müəllimlər Günü qeyd olundu-VİDEO+FOTOLAR
3-10-2024, 22:38
İlham Əliyev Cəbrayıl rayonunun Horovlu kəndində fərdi evlərin və sosial obyektlərin tikintisi ilə tanış olub
28-09-2024, 22:48
Beynəlxalq Prokurorlar Assosiasiyasının İcraiyyə Komitəsinin 58-ci iclası keçirilib
27-09-2024, 23:47
Baş Prokurorluğun rəhbər heyəti Zəfər Parkında olub
27-09-2024, 17:56
Sumqayıtda 27 sentyabr – Anım Günü ilə bağlı tədbir keçirilib
27-09-2024, 11:16
İlham Əliyev Zəfər parkında olub
25-09-2024, 22:26
Adil Əliyevin doğum gününü TƏBRİK EDİRİK!
25-09-2024, 11:26
İlham Əliyevə çoxməqsədli JF-17C təyyarələri təqdim olunub
24-09-2024, 23:34
İlham Əliyev “ADEX-2024” və “Securex Caspian” sərgiləri ilə tanış olub
24-09-2024, 11:07
Qarabağ Universitetində yaşanan qürurlu gün-Kamal Paşazadə
23-09-2024, 20:17
İlham Əliyev yeddinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin ilk iclasında iştirak edib
20-09-2024, 09:31
İlham Əliyev Şuşada Bayraq Meydanının açılışında iştirak edib
19-09-2024, 21:03
İlham Əliyev Ağdam şəhərində İmarət Kompleksinin bərpadan sonra açılışında iştirak edib
18-09-2024, 20:02
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Milli Qəhrəman Mübariz İbrahimovun ailəsini ziyarət edib
16-09-2024, 20:35
ABŞ Dövlət katibi Antoni Blinken Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib
15-09-2024, 10:52
XİN-dən Bakının azad edilməsi ilə bağlı - Paylaşım
14-09-2024, 15:22
Prezident İlham Əliyev Fatma Səttarovanın vəfatı ilə əlaqədar onun ailəsinə və yaxınlarına başsağlığı verib
14-09-2024, 11:48
İlham Əliyev “Xaqani” bağında və ətraf ərazilərdə aparılmış abadlıq-yenidənqurma işlərindən sonra yaradılan şəraitlə tanış olub
13-09-2024, 01:44
Heydər Əliyev Fondunun Vatikanda Müqəddəs Yubiley İlinə töhfəsi- VİDEO
10-09-2024, 19:17
Lamiyə və Orxana “Şöhrət” ordeni verildi
6-09-2024, 12:11
İlham Əliyev Beynəlxalq Çernobbio Forumunda “Yeni geosiyasi şəraitdə Azərbaycanın rolu” adlı sessiyada çıxış edib
6-09-2024, 11:40
İlham Əliyev Milan şəhərinə gəlib
4-09-2024, 21:06
Baş prokuror Rusiyada işgüzar səfərdədir
2-09-2024, 22:25
İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Kəlbəcərdəki Xudavəng monastır kompleksində olublar
2-09-2024, 13:20
Onları parlamentdə ilk dəfə görəcəyik
1-09-2024, 15:24
Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev 34 saylı seçki məntəqəsində səs verib
30-08-2024, 21:06
DİN Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi genişmiqyaslı əməliyyat keçirib - VİDEO
30-08-2024, 13:30
Könül Nurullayeva Nizami rayon sakinləri ilə görüşüb