Bütün xəbərlər
“Dövlət qulluqçularının peşə bayramı” münasibətilə Baş Prokurorluqda tədbir keçirilib
Tarix: 23-06-2023 23:17 | Bölmə: Gündəm

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 25 may 2006-cı il tarixli Sərəncamı ilə iyunun 23-ü Azərbaycan Respublikasında Dövlət qulluqçularının peşə bayramı günü kimi qeyd edilməsi ilə əlaqədar Azərbaycan Respublikasının Baş Prokurorluğunda Baş prokurorun rəhbərliyi ilə prokurorluğun dövlət qulluqçuları və veteran dövlət qulluqçularının iştirakı ilə tədbir keçirilib
.
Sabaha-inamla.az-a Baş Prokurorluqdan verilən məlumata görə, 
tədbirdə Baş prokuror tərəfindən peşə bayramı ilə əlaqədar müvafiq əmrlə təltif edilmiş dövlət qulluqçularına və veteranlara hədiyyələr təqdim edilmişdir. Müzəffər Ali Baş Komandan tərəfindən dövlət qulluqçularına göstərilən xüsusi diqqət və qayğıya, həmçinin Möhtərəm Prezidentin dövlət qulluqçularının fəaliyyətində müəyyən etdiyi prinsiplərə toxunulmuşdur. Dövlət qulluqçuları və veteranlar göstərilən diqqət və qayğı ilə əlaqədar Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildirib.

Sabaha-inamla.az










Baxış sayı: 237


Bölməyə aid digər xəbərlər