Bütün xəbərlər
Dünən bu rayonlarımız şəhid verdi - Fotolar
Tarix: 12-04-2023 04:43 | Bölmə: Gündəm

                    dunen-bu-rayonlarimiz-sehid-verdi


Xəbər verdiyimiz kimi, dünən erməni təxribatı nəticəsində üç hərbçimiz şəhid olub. 
Sabaha-inamla.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, 1998-ci il təvəllüdlü, Tağıyev Səbuhi Gündüz oğlu Şahbuz rayonunun Badamlı qəsəbəsindəndir.



Digər şəhid olan hərbçimiz 1994-cü il təvəllüdlü, Ağstafa rayonunun Xətai kənd sakini Həsənov Elşad Qabil oğludur. O, bir neçə ay öncə ailə həyatı qurub.



Növbəti şəhid olan hərbçimiz Abşeron rayonunun Saray qəsəbəsinin sakini Zalov Vidadi Nizami oğludur. O, Azərbaycan Dövlət İqtisad Universitetinin tələbəsi olub.



Xatırladaq ki, şəhidlərin üçü də gizir olub.


Baxış sayı: 209


Bölməyə aid digər xəbərlər
7-02-2024, 19:00 Səsvermə başa çatdı