22:50 / 18-05-2024
Qızı boğmağa cəhd edib
Bütün xəbərlər
Azərbaycanın şəhid olan hərbi qulluqçusu sabah Şabranda dəfn olunacaq
Tarix: 14-12-2017 18:24 | Bölmə: Gündəm


                         Şəhidin nəşi bu gün ailəsinə təhvil veriləcək    

Ermənistan Silahlı Qüvvələrinin bölmələri tərəfindən atəşkəs rejiminin pozulması nəticəsində şəhid olan Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu, 1978-ci il təvəllüdlü Salahov Fizuli Süleyman oğlu sabah Şabran rayonu, Gəndov kənd qəbiristanlığında dəfn olunacaq. O, 19 il Azərbaycan Silahlı Qüvvələrində xidmət edib. 
"Report"un Şimal bürosunun verdiyi məlumata görə, 39 yaşlı hərbiçinin nəşi bu gün ailəsinə təhvil veriləcək. 
Qeyd edək ki, şəhid F.Salahov ailəli olub, iki oğlu var. 


Baxış sayı: 1 005


Bölməyə aid digər xəbərlər