Bütün xəbərlər
Baş redaktor: "Hacı Şahinə dedim ki, gəl yadigar şəkil çəkdirək!.."-VİDEO+FOTOLAR
Tarix: 03-03-2023 21:31 | Bölmə: Gündəm
Baş redaktor Namiq MƏMMƏDLİ

Hacı Şahin Həsənlinin ölümü tək məni yox minlərlə sevənlərini sarsıtdı,üzdü. 48 yaşlı Hacının ölümünü heç kim gözləmirdi.Uzun illər idi onu tanıyırdım. Çox səmimi, savadlı,səviyyəli,xeyirxah, ilahiyyatçı,din adamı, əsl insan idi.O, islam dininin qayda-qanunlarını insanlara izah etməyi,sevdirməyi bacarırdı.
Son vaxtlar şəhid tədbirlərində görüşürdük. Bu yaxınlarda Sumqayıtda- "Büllur" mərasim evində şəhid kapitan Anar Heydərovun anım gününə gəlmişdi.Çıxışını çəkdim.

                         

Tədbirdən çıxanda görüşdük,hal-əhval tutduq. Dedim, Hacı gəl bir yadigar şəkil çəkdirək. Birikdə şəkil çəkdirdik.Sonra özüm onun bir neçə şəklini çəkdim. Bakıya qayıdırdı. Biləndə ki, məndə Bakıya gedirəm onunla getməyimi xahiş etdi.Bakıya onun maşınında gedəsi oldum. Yolda telefonuna zəng gəldi. Danışığından hiss etdim ki, balaca oğludur. Bir neçə dəqiqə söhbət etdi.Onun övladı ilə səmimi danışığına çox heyran oldum. Müsahibə üçün də danışdıq.
Qəfil ölüm hər şeyi alt-üst etdi. İndi Hacı ilə çəkdirdiyim o yadigar şəkil, çəkdiyim onun şəkilləri və viedo çəklişdəki çıxışı qalır.
O,bir ulduz kimi birdən parladı, birdən də axıb getdi.Tək mənim yox sevgisini qazandığı minlərlə insanların qəlbində həmişə yaşayacaq!

Namiq MƏMMƏDLİ,
Sabaha-inamla.az xəbər portalının baş redaktoru
FOTOLAR NAMİQ MƏMMƏDLİNİNDİR











Baxış sayı: 609


Bölməyə aid digər xəbərlər
7-02-2024, 19:00 Səsvermə başa çatdı