Bütün xəbərlər
İlham Əliyev Ərdoğana başsağlığı verdi
Tarix: 06-02-2023 11:01 | Bölmə: Gündəm

                           İlham Əliyev Ərdoğana başsağlığı verdi



Prezident İlham Əliyev türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğana başsağlığı verib.
Sabaha-inamla.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, başsağlığında deyilir:
“Hörmətli cənab Prezident,
Əziz Qardaşım,
Kahramanmaraşda baş vermiş və qardaş Türkiyənin bir çox yerlərində hiss edilmiş güclü zəlzələ nəticəsində çoxsaylı insan tələfatı və dağıntılar barədə xəbər bizi olduqca kədərləndirdi.
Bu ağır məqamda hər cür yardım göstərməyə hazır olduğumuzu bildirir, faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, qardaş Türkiyə xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara şəfa diləyir, zəlzələnin nəticələrinin tezliklə aradan qaldırılmasını arzulayıram.
Allah rəhmət eləsin!”


Baxış sayı: 197


Bölməyə aid digər xəbərlər
7-02-2024, 19:00 Səsvermə başa çatdı