Bütün xəbərlər
Dövlətçiliyimizə və vətənimizə ləyaqətlə və sədaqətlə xidmət edən layiqli və nümuməvi övladlar böyüdən Nazlı nənə-TƏBRİK EDİRİK!
Tarix: 05-01-2023 01:12 | Bölmə: Gündəm



Sosial şəbəkədə hüquq üzrə ekspert İsmayıl Zalov Nazlı nənəni həm Dövlətçiliyimizə və vətənimizə ləyaqətlə və sədaqətlə xidmət edən layiqli və nümuməvi övladlar yetişdirdiyi üçün‚ həm də 91 yaşının tamam olması münasibətilə təbrik edib.
Sabaha-inamla.az həmin təbriki diqqətə çatdırır:
"Gözəl Dərələyəz diyarımızın ağbircək ansı Nazlı nənə! Doğum gününüz mübarək!
Əllərinizdən öpürəm!
Ana gözəl varlıqdır. Bizi dünyaya bəxş edən müqəddəs mələk timsalındadır analarımız. İslam peyğəmbəri də analar haqqında gözəl deyib ki‚ Cənnət anaların ayaqları altındadır. Hər bir ana mötəbər varlıqdır və həyatda ən dəyərli məhvum anadır. Anaların duası hər bir övlad üçün bir zirehdir‚ ana duası bizim xeyir duamızdır. Bu gün belə bir dəyərli‚ xeyirxah‚ hümanist insanpərvər bir ana olan Nazlı nənənin 91 yaşı tamam olur. Nazlı nənə 1932-ci ildə Dərələyəz mahalında dünyaya göz açıb. Sadəliyi‚ insanpərvərliyi‚ hümanistliyi ilə hər zaman seçilən Nazlı nənə həm də çox dəyərli övladlar yetişdirib. Nazlı nənənin bütün övladları bu gün Dövlətçiliyimizin qorunması‚ ölkəmizin milli maraqlarının təmin olunması yolunda əzmlə çalışan insanlardır. Övladları ilə yanaşı nəvələri də nümunəvi gənclərdir. Məhz bunun üçün ən böyük təşəkkür məhz Nazlı nənənin haqqıdır. Elə övladlarının nümunəvi addımlarında‚ vətənə xidmətlərində‚ Dövlətçiliyə sədaqət nümunəsi olmalarında ən böyük haqqı və zəhməti olan bir insan olaraq Nazlı nənə ən yüksək təbriklərə layiqdir. Bu gün onu həm Dövlətçiliyimizə və vətənimizə ləyaqətlə və sədaqətlə xidmət edən layiqli və nümuməvi övladlar yetişdirdiyi üçün‚ həm də 91 yaşının tamam olması münasibətilə təbrik edirik və dəyərli nənəyə daha uzun ömür‚ can sağlığı arzu edirik. İnşaAllah 100 yaşını qeyd eləsin. Amin".



Baxış sayı: 463


Bölməyə aid digər xəbərlər