Bütün xəbərlər
"Onlar günümü xoşbəxt etdilər"- Pele Braziliyanın qələbəsi haqqında
Tarix: 06-12-2022 11:42 | Bölmə: Gündəm


Üçqat dünya çempionu, əfsanəvi braziliyalı futbolçu Pele dünya çempionatının 1/8 finalında həmyerlilərinin Cənubi Koreya yığması üzərində qələbəsindən danışıb.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki,Dohanın “Stadion 974” meydanında baş tutan görüş latın amerikalıların 4:1 hesablı qələbəsi ilə başa çatıb.
RİA Novosti “Globo Esporte” nəşrinə istinadən Pelenin sözlərindən sitat gətirib: “Onlar mənim günümü xoşbəxt etdilər”.
Oyundan sonra braziliyalı futbolçular meydanda Peleyə dəstək pankartı qaldırıblar. Bundan əlavə, tribunalarda 82 yaşlı braziliyalının tezliklə sağalmasını arzulayan çoxlu plakatlar da olub.
Xatırladaq ki, xərçənglə mübarizə aparan Pele noyabrın 30-da xəstəxanaya yerləşdirilmişdi. Ona ürək çatışmazlığı və çaşqınlıq da daxil olmaqla ümumi bədən ödemi diaqnozu qoyulub.
Braziliya millisi dekabrın 9-da 1/8 finalda Yaponiyanı penaltilər seriyasında məğlub edən Xorvatiya ilə oynayacağı mundialın 1/4 finalına yüksəlib.


Baxış sayı: 229


Bölməyə aid digər xəbərlər
7-02-2024, 19:00 Səsvermə başa çatdı