Bütün xəbərlər
Ərdoğan Liderlər Zirvə toplantısında iştirak etmək üçün İndoneziyaya gedib
Tarix: 14-11-2022 13:09 | Bölmə: Gündəm


Prezident Rəcəb Tayyib Ərdoğan 17-ci G20 Liderlər Zirvə toplantısında iştirak etmək üçün İndoneziyanın Bali adasına gedib.

Sabaha-inamla.az türk mətbuatına istinadən xəbər verir ki,Ərdoğanı Bali hava limanında qarşılama mərasimi olub.
Prezident Ərdoğanı Bali Ngurah Rai Beynəlxalq Hava Limanında İndoneziyanın Səhiyyə naziri Budi Günadi Sadikin, Bali valisi Vayan Koster, səfir Əhməd Cəmil Miroğlu və digər maraqlı şəxslər qarşılayıblar.


Baxış sayı: 202


Bölməyə aid digər xəbərlər
7-02-2024, 19:00 Səsvermə başa çatdı