Bütün xəbərlər
Əcnəbi tələbələrin Naxçıvanşünaslıq Mərkəzi ilə tanışlığı həyata keçirilib
Tarix: 28-09-2022 20:52 | Bölmə: Gündəm
      
      Bu gün Naxçıvan Dövlət Universitetində təhsil alan əcnəbi tələbələrin Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Naxçıvanşünaslıq Mərkəzi ilətanışlığı həyata keçirilib.
       Mərkəzin elmi katibi Nihad Tarverdiyev mərkəz haqqında tələbələrə geniş məlumat verərək qeyd etmişdir ki, ötən dövr ərzində mərkəzin kitab və arxiv fondu Naxçıvanşünaslığa dair mühüm çap və arxiv materialları ilə zənginləşdirilmişdir. Burada müasir kitabxana texnologiyaları və metodları sahəsində bir çox yeniliklər tətbiq edilmiş, fəaliyyətinin bütün istiqamətlərinin ardıcıl olaraq təkminləşdirilməsi həyata keçirilmiş, yeni metod və texnologiyalar mənimsənilmiş, kadrların bilik və peşə bacarıqlarının yüksəldilməsi istiqamətində tədbirlər görülmüşdür. Elmi tədqiqat işlərinin aparılması üçün hər cür şəraitlə təmin olunan Naxçıvanşünaslıq Mərkəzinə müraciət edən 16 yaşdan yuxarı hər bir azərbaycanlı, hətta xarici ölkə vətəndaşları da mərkəzin imkanlarından istifadə edə bilərlər. Burada Naxçıvanın demək olar ki, bütün elm sahələrinə aid çox dəyərli, həm də müxtəlif dillərdə olan kitablar, jurnal və qəzet materialları, xəritə və atlaslar, avtoreferatlar, albom və fotomateriallar, DVD və CD formatında sənədli filmlər və s. qorunub saxlanılır.
         Qeyd olunmuşdur ki, Naxçıvanşünaslıq Mərkəzi elmi tədqiqat müəsisəsi kimi fəaliyyət göstərir. Bununla yanaşıdoğma diyarımızın təbliği və gənc nəslin qədim tariximizi, zəngin mədəniyyətimizi, görkəmli şəxsiyyətlərin həyat və fəaliyyətini daha dərindən mənimsəməsi üçün mərkəz tərəfindən açıq dərslər, kitab müzakirələri, naxçıvanşünaslığı əhatə edən müxtəlif tədbirlər və.s  təşkil olunur.
Sabaha-inamla.az
   


     


Baxış sayı: 336


Bölməyə aid digər xəbərlər
7-02-2024, 19:00 Səsvermə başa çatdı