Bütün xəbərlər
Baş redaktor: "Tələbə adını qazananları TƏBRİK EDİRƏM!.."
Tarix: 31-08-2022 23:00 | Bölmə: Gündəm


Bu gün ali məktəbə qəbulun nəticələri elan olunub. Tələbə adını qazananların özləri , valideynləri, əzizləri sevinc içindədir. Sosial şəbəkəni izlədim, tələbə adını qazananların əksəriyyətinin valideynlərini, yaxınlarını tanıdım.Onları təbrik edirəm. Mən bir valideyn kimi bu hissləri çoxdan yaşamışam. Hər iki övladım ali məktəbi bitirib.
Onu diqqətə çatdırmaq istəyirəm ki, bu işdə müəllimlərin də böyük rolu,əziyyəti var. Mən sevinirəm və fəxr edirəm ki, mənim həyat yoldaşımın dərs dediyi şagirdlərin demək olar ki, əksəriyyəti tələbə adını qazanıb. Müəllimə üçün bu bir mükafatdır.Onun zəhmətinin bəhrəsidir.Bir sözlə zəhməti hədər getməyib.
Mən müəllimlərinizi də təbrik edirəm. Onlar həqiqətən də şam kimi öz ömürlərini şagirdlərinin yolunda əridirlər. Onlara öz minnətdarlığımı bildirirəm!


Namiq MƏMMƏDLİ,
Sabaha-inamla.az xəbər
portalının baş redaktoru


Baxış sayı: 300


Bölməyə aid digər xəbərlər
7-02-2024, 19:00 Səsvermə başa çatdı