“Xaricdən məşqçilər olmayıb, bu qələbəni halal zəhmətinizlə qazanmısınız” - İlham Əliyev
Tarix: 14-06-2022 20:58 | Bölmə: Gündəm

                     “Xaricdən məşqçilər olmayıb, bu qələbəni halal zəhmətinizlə qazanmısınız”



“Dövlət tərəfindən bütün şərait yaradılıb və idmanın inkişafı ilə bağlı heç bir maneə yoxdur, əksinə dövlət dəstəyi daim göstərilir”.
“Qafqazinfo” xəbər verir ki, bu sözləri iyunun 14-də Prezident İlham Əliyev Slovakiyada keçirilmiş minifutbol üzrə Avropa çempionatının qalibi olan milli komandamızın üzvlərini qəbul edən zaman deyib.
Dövlət başçısı komandanın bu qələbəsinin çox böyük qiymətə layiq olduğunu bildirib: “Ancaq minifutbol idman növünə gəldikdə, bizim üçün bu, nisbətən yeni idman növü olduğuna görə bu sahədəki nailiyyətləri siz özünüz qazanmısınız. Mən deyə bilmərəm ki, minifutbolçular üçün hansısa xüsusi şərait yaradılmışdır, yaxud da ki, xaricdən tanınmış mütəxəssislər, məşqçilər, legionerlər dəvət edilmişdir, yox, bunların heç biri olmayıb.
Ona görə sizin qələbəniz çox böyük qiymətə layiqdir. Bu qələbəni siz özünüz qazanmısınız, əlbəttə ki, federasiya və idman mütəxəssisləri, məşqçilər və oyunçular, idmançılar, - komanda deyəndə mən bunu nəzərdə tuturam, - siz bu qələbəni halal zəhmətinizlə qazanmısınız”.


                    



Baxış sayı: 94


Bölməyə aid digər xəbərlər