Bütün xəbərlər
General-mayor Arzu Daşdəmirov: "Şəhidlər Azərbaycan xalqının ürəyində, tarixində həkk olaraq qalacaqlar və yaşayacaqlar"-VİDEO+FOTOLAR
Tarix: 12-11-2021 23:17 | Bölmə: Gündəm
                       
Sumqayıtda DİN Daxili Qoşunların XTD-nin əməkdaşları olmuş şəhid Allahyarov Vüsal Şakir oğlu və İsgəndərov Emil Vaqif oğlunun anım günü olub.
    Tədbirdə şəhid ailələri, qazilər,ictimayyət nümayəndələri, ziyalılar, Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarışı İdarəsinin rəisi polis general-mayoru Daşdəmirov Arzu Arif oğlu, Sumqayıt şəhər polis idarəsinin rəisi Fəqan Azadəliyev və bir qrup polis zabitləri, əməkdaşları iştirak ediblər. Onlar şəhidlərin məzarına əklil və gül-çiçək dəstələri qoyublar.
            

   Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarışı İdarəsinin rəisi polis general-mayoru Arzu Daşdəmirov şəhidlərin məzarı başında çıxış edib. O deyib: ""Biz bu gün Daxili İşlər naziri Vilayət Eyvazovun göstərişi ilə Daxili Qoşunların Xüsusi Təyinatlı Dəstəsinin şəhidlik zirvəsinə ucalmış iki əməkdaşının anım günündə iştirak edirik. 44 günlük müharibə göstərdi ki, Azərbaycan xalqı heç vaxt öz torpağının işğalına razı olmayacaq. Ali Baş Komandanın rəhbərliyi altında Azərbaycan xalqı misilsiz qəhrəmanlıq göstərərək torpaqlarını azad etdilər. Sözsüz ki, müharibə şəhidlərsiz, itkisiz olmur. Amma
                       

bütün şəhidlərimizin valideynləri, yaxınları, əzizləri bilməlidirlər ki, şəhidlər ölmürlər. Onlar bizim yaşadığımız müddətdə,sonrakı dövrlərdə də  heç vaxt unudulmayacaq,daima Azərbaycan xalqının ürəyində, tarixində həkk olaraq qalacaqlar və yaşayacaqlar.Son dörd əsri götürsək, Azərbaycan xalqının qazandığı qələbələrin ən misilsizi, təkrar olunmazı bu qələbədi. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Onların övladlarına can sağlığı, valideynlərinə səbr versin!"
Namiq MƏMMƏDLİ

Sabaha-inamla.az




































Baxış sayı: 2 057


Bölməyə aid digər xəbərlər
7-02-2024, 19:00 Səsvermə başa çatdı