22:26 / 24-11-2024
Bu da xatirə - Fotosu
Bütün xəbərlər
“Bunları nəzərə alıb sərtləşməyə getmədik”
Tarix: 19-03-2021 19:24 | Bölmə: Gündəm

                 “Bunları nəzərə alıb sərtləşməyə getmədik”



“Martın 20-dən 29-dək ictimai nəqliyyat işləməyəcək”.
“Qafqazinfo”nun verdiyi xəbərə görə, bunu brifinqdə Prezidentin köməkçisi Şahmar Mövsümov deyib. 
O bildirib ki, yoluxmaların sayı artır: “Narahatlıq var, vəziyyət çox ciddidir. Amma eyni zamanda dövlət başçısı İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın tapşırıqları əsasında Azərbaycanda səhiyyə sistemi gücləndirilib. 
Xəstəxanaların 10 min çarpayı gücü var, 1500 xəstə xəstəxanada müalicə olunur. Bunu nəzərə alaraq, xüsusi sərtləşdirilmiş rejimə keçid barədə qərar verilmədi. Amma yoluxma sayının artacağı və səhiyyənin yüklənməsi baş verərsə, karantin rejimi sərtləşdirilə bilər”. 



Baxış sayı: 447


Bölməyə aid digər xəbərlər
23-11-2024, 14:26 Şeyx Portuqaliyaya gedir