22:26 / 24-11-2024
Bu da xatirə - Fotosu
Bütün xəbərlər
“Səfir dedi ki, bəs Ermənistanın bu vandalizmi nədən xəbər verir?”
Tarix: 06-02-2021 22:08 | Bölmə: Gündəm

                    “Səfir dedi ki, bəs Ermənistanın bu vandalizmi nədən xəbər verir?”


“Burada olan səfirlərin bir qismi dünyanın müxtəlif yerlərində münaqişəli ərazilərdə xidmət ediblər”.
“Qafqazinfo”nun məlumatına görə, bu sözləri Prezidentin köməkçisi Hikmət Hacıyev diplomatik nümayəndəliklər və beynəlxalq təşkilat rəhbərləri ilə birlikdə işğaldan azad olunmuş rayonlara səfəri zamanı deyib. 
Prezidentin köməkçisi qeyd edib ki, ancaq heç kəs bu dərəcədə dağıntını təsəvvür edə bilmir:
“Dağıntının nə məqsədlə törədildiyini də başa düşə bilmirlər. Ermənilər buranı işğal etmişdilər, hər hansı formada bundan istifadə edə bilərdilər. Ancaq onlar torpaqdan istifadə etməyi də bacarmayıblar. Onların yeganə amalı dağıtmaq, məhv etmək və vandalizm olub.
Diplomatlardan, ölkəmizdəki səfirlərdən biri dedi ki, Ermənistan özünü sivil, mədəni, qədim tarixi olan dövlət adlandırır. Bəs bu əməllər nədən xəbər verir? Bu vandalizmi təsvir etmək mümkün deyil.
Bir epizodu qeyd edim. Cəbrayılın mərkəzində qəbiristanlıq var. Təkcə buradakı deyil, digər şəhərlərimizdəki qəbirlər də vandalizmə məruz qalıb. Qəbirlərlə mübarizə aparmaq, onları talan etməyə nə ad verəsən?”
“Bizim səfərimizdə dünyaca məşhur fotoqraf Reza Deqati də iştirak edir. O da öz təcrübəsini bölüşdü ki, ən gərgin münaqişə zonalarında da qəbirlərin dağıdılmasını görməyib. Sanki ölülərdən də bir qisas alınıb.
Ona görə beynəlxalq ictimaiyyət ermənilərin illər ərzində törətdiyi vəhşiliyi görməlidir”, - H.Hacıyev vurğulayıb.



Baxış sayı: 358


Bölməyə aid digər xəbərlər
23-11-2024, 14:26 Şeyx Portuqaliyaya gedir