Bütün xəbərlər
“Sülhməramlılar Cənubi Qafqazdakı vəziyyəti sabitləşdirdi” - KTMT Baş katibi
Tarix: 02-02-2021 14:29 | Bölmə: Gündəm

                  “Sülhməramlılar Cənubi Qafqazdakı vəziyyəti sabitləşdirdi”


“Rus sülhməramlıların yerləşdirilməsi Cənubi Qafqaz bölgəsindəki vəziyyəti sabitləşdirib”.
“Qafqazinfo” xəbər verir ki, bunu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Baş katibi Stanislav Zas onlayn brifinq zamanı deyib.
“Bildiyiniz kimi, Rusiya Federasiyasının vasitəçiliyi ilə qan tökülməsini dayandırmaq mümkün oldu. Və daha da böyük bir faciənin qarşısı alındı. Atəşkəs və rus sülhməramlılarının Qarabağda yerləşdirilməsi münaqişə zonasında və ümumiyyətlə Cənubi Qafqazda vəziyyəti sabitləşdirdi”,- deyə Zas qeyd edib.
Onun sözlərinə görə, əldə olunmuş razılaşmalar Dağlıq Qarabağ ətrafındakı böhranın uzunmüddətli və genişmiqyaslı həlli üçün lazımi şərait yaradır.


Baxış sayı: 375


Bölməyə aid digər xəbərlər
7-02-2024, 19:00 Səsvermə başa çatdı