22:26 / 24-11-2024
Bu da xatirə - Fotosu
Bütün xəbərlər
“İndidən hadisələri qabaqlamaq çox tezdir” - İbrahim Məmmədov
Tarix: 28-04-2020 22:12 | Bölmə: Gündəm


Aprelin 27-dən Azərbaycan ərazisində tətbiq olunan xüsusi karantin rejimi ilə əlaqədar məhdudiyyətlərin bir qismi yumşaldılıb. Artıq karantin rejiminin yumşaldılmasının ikinci günündəyik və hamını növbəti mərhələyə keçid maraqlandırır.
Qeyd edək ki, karantin rejiminin yumşaldıldığının ilk günü-27 apreldə Azərbaycanda koronavirusa 33 yeni yoluxma faktı qeydə alınıb,1 nəfər ölüb.
Məsələ ilə bağlı Modern.az-a açıqlama verən Nazirlər Kabinetinin (NK) mətbuat katibi İbrahim Məmmədov bildirib ki, hələlik ilk günün təhlili barədə danışmaq tezdir:
“Ümumi dinamikanın təhlili üçün yaxın 2-3 günün də nəticələrinə baxmaq lazımdır”.
Hökumət rəsmisi deyib ki, hər şey xəstəliyə yoluxma ilə sağalma dinamikası arasındakı fərqdən asılı olacaq:
"İndidən hadisələri qabaqlamaq çox tezdir. Ümid edək ki, müsbət dinamika davam edəcək”.



Baxış sayı: 565


Bölməyə aid digər xəbərlər
23-11-2024, 14:26 Şeyx Portuqaliyaya gedir