17:08 / 04-05-2026
Ermənistan Makronun sözlərini ikiüzlü və yalan adlandırır
17:04 / 04-05-2026
İş adamından pul tələb edən dörd kişi həbs olundu
17:01 / 04-05-2026
ABŞ ordusu Hörmüz boğazında İİKK-nın qayıqlarına hücum edə biləcək
16:58 / 04-05-2026
Tanışını yandıran 9,5 il həbs cəzasına məhkum edilib
16:51 / 04-05-2026
Dağıstanın keçmiş rəhbəri yeni vəzifəyə göndərilməməsini xahiş edib
16:48 / 04-05-2026
Paşinyan Ermənistanın NATO ilə əməkdaşlığından danışdı
16:44 / 04-05-2026
Kanada Ukraynaya silah almaq üçün əlavə 200 milyon dollar xərcləyəcək
16:35 / 04-05-2026
İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 8-ci Zirvə toplantısında videobağlantı formatında çıxış edib-VİDEO
16:16 / 04-05-2026
“Space”in yeni rəhbəri kimdir? - Dosye
23:15 / 03-05-2026
Tofiq Paşayevə ağır itki
22:58 / 03-05-2026
Mehriban Əliyeva və Alina Kabaeva Avropa kubokunu izlədilər - Fotolar
22:43 / 03-05-2026
Anar Ələkbərov bulvarda təqaüdçülərlə şahmat oynadı - Fotolar
22:39 / 03-05-2026
Makron Yerevan sammitinə həyat yoldaşı olmadan gəlib
22:33 / 03-05-2026
İran ABŞ-dan 14 bəndlik sülh təklifinə cavab alıb
22:25 / 03-05-2026
Zelenski Yerevanda Keyr Starmer ilə görüşüb
22:21 / 03-05-2026
"Paşinyanın daha bir səhvi": Millət vəkili Çepa Ermənistanda keçirilən AB-Ukrayna sammiti ilə bağlı
22:14 / 03-05-2026
Türkiyənin şərqində avtobus qəzasında dörd nəfər ölüb
20:59 / 03-05-2026
"Afrika aslanı" təlimi zamanı iki ABŞ əsgəri itkin düşüb
20:54 / 03-05-2026
"The Guardian" Hegseth-in ən böyük qorxusu haqqında məlumat yayıb
20:49 / 03-05-2026
Politoloq Trampın Çin səfərindən nə gözləməli olduğunu açıqladı
20:46 / 03-05-2026
İran liderinin müşaviri blokadaya cavab olaraq ABŞ gəmilərini məhv etməklə hədələdi
20:40 / 03-05-2026
Larisa Dolinanın 2026-cı ilin sonuna qədər konsertlərinin sayı açıqlandı
20:35 / 03-05-2026
Keçmiş "Mançester Yunayted" meneceri Aleks Ferqyuson ev oyunundan əvvəl xəstəxanaya yerləşdirilib
20:29 / 03-05-2026
Dudakov ABŞ-ın Rusiyaya qarşı AB təxribatlarında niyə iştirak etməyəcəyini izah etdi
20:26 / 03-05-2026
Trampın Merz ilə münaqişəsi ABŞ-ın Almaniyadakı qüvvələrinin azaldılmasına səbəb oldu
20:23 / 03-05-2026
Əfqanıstan mediasında qadınların sayı bir ildə 29% azalıb
20:19 / 03-05-2026
Əlində bazuka daşıyan bir qadın görülüb
20:16 / 03-05-2026
Polşa ABŞ-dan silah tədarükünün gecikdiyini açıqladı
20:12 / 03-05-2026
Su gətirməkdən imtina etdiyinə görə bir uşağı güllələyərək öldürüb
20:08 / 03-05-2026
Artem Dzyuba Krasnodarla oyunda zədələndi
20:05 / 03-05-2026
Hörmüz boğazında toplu yük daşıyan gəmi atəşə tutuldu
20:02 / 03-05-2026
Kişini döyən yeniyetmələrə qarşı iş açıblar
19:59 / 03-05-2026
Bəbirlər Torpağı Milli Parkının direktoru Primoryedə vəhşi pişiklərin yayılması barədə danışdı
18:44 / 03-05-2026
Gənc alim Ruslan Tağıyevin musiqi mədəniyyətinə böyük töhfəsi: “Bayatı-Şiraz dəstgahı" kitabı ictimayyətə təqdim olundu-FOTOLAR+VİDEO
21:44 / 01-05-2026
Vüqar Rəhimzadə: "Azərbaycan-Çexiya münasibətləri möhkəm təməllərə və ortaq maraqlara əsaslanır"
21:39 / 01-05-2026
Vüqar Rəhimzadə: "Okamponun ifşası və ya Avropa strukturlarında kök salan korrupsiya..."
21:35 / 01-05-2026
Vüqar Rəhimzadə: "Qalib dövlətin və xalqın gücü: idmanda yeni zirvələr"
21:30 / 01-05-2026
Deputat Könül Nurullayeva vətəndaşlarla görüş keçirib
“Əminəm ki, siz tezliklə məktəb həsrətimizi sona çatdıracaqsınız”
Tarix: 26-04-2020 22:41 | Bölmə: Gündəm
Atdığı qətiyyətli addımlara, xalqımızın sağlamlığının qorunması və eyni zamanda, rifahının yaxşılaşdırılması üçün verdiyi mühüm qərarlara görə respublikamızın bütün guşələrindən dövlət başçısı İlham Əliyevə çoxsaylı minnətdarlıq məktubları gəlməkdə davam edir.
"Qafqazinfo" Prezidentin saytına istinadla daha bir neçə məktubu təqdim edir.
Füzuli rayonundan məcburi köçkün Ülkər Fərzəliyeva yazır: “Hörmətli Prezidentimiz cənab İlham Əliyev, mən, ilk növbədə, Sizə salamlarımı çatdırıram. COVID-19 pandemiyasının qarşısının alınması məqsədilə gördüyünüz işlərə və qabaqlayıcı tədbirlərinizə görə Sizə təşəkkürümü bildirirəm. Koronavirus böyük bəladır, ancaq əminik ki, Azərbaycan xalqı bu virusdan az zərərlə qurtulacaq. Çünki bizim Sizin kimi Prezidentimiz var. Sizi bu xalqa bəxş edən ata və ananıza Allah rəhmət eləsin. Həkimlərimizin və polis əməkdaşlarının koronavirusa qarşı mübarizədə gördükləri işləri yüksək qiymətləndirdiyinizə görə də Sizə təşəkkürümü bildirirəm. Onlar insanların koronavirus xəstəliyinə tutulmamaları üçün bütün güclərini səfərbər ediblər. Bunların hamısı Sizin hər bir sahədə çalışan insanlara göstərdiyiniz qayğının, gördüyünüz qabaqlayıcı tədbirlərin nəticəsidir. Atalar sözü var: "EI gücü sel gücüdür". Biz hamımız birləşərək COVID-19 pandemiyasına qalib gəlməkdəyik. Allah Sizə və ailənizə cansağlığı versin. Çox sağ olun”.
Biləsuvar rayonundan şagird İsmayıl Əlili yazır: “Möhtərəm cənab Prezident, mən Biləsuvar rayon 4 saylı orta məktəbin 8-ci sinif şagirdiyəm. Sizə dərin minnətdarlığımı bildirmək istəyirəm. Respublikamızda koronavirus pandemiyasına qarşı gördüyünüz tədbirlər müsbət nəticələrini göstərməkdədir. Məktəblilər evdə qalsalar da, dərsdən qalmırlar. Təhsilimizi onlayn formada davam etdiririk. Bu, bizim üçün bir təcrübə oldu. Ancaq məktəb üçün çox darıxmışam. Məktəbə qayıdacağım günü səbirsizliklə gözləyir və bunun həvəsi ilə yaşayıram. Əminəm ki, Siz tezliklə bu həsrətimizi sona çatdıracaqsınız. Koronavirus təhlükəsi birdəfəlik aradan qalxacaq və biz şagirdlər əvvəlki günlərə qayıdacağıq. Orta məktəb şagirdi olaraq, bir daha Sizə dərin minnətdarlığımı bildirirəm. Söz verirəm ki, məktəbə qayıtdıqdan sonra dərslərimə məsuliyyətimi daha da artıracağam. Sizi çox istəyirəm, mənim əziz Prezidentim!”.
Bərdə Rayon Ağsaqqallar Şurasının sədri Yaşar Zamanovun məktubunda deyilir: “Hörmətli cənab Prezident, koronavirus infeksiyasının ölkəmizdə geniş yayılmasının qarşısının alınması üçün Sizin rəhbərliyinizlə Azərbaycan hökuməti tərəfindən həyata keçirilən operativ və qabaqlayıcı tədbirlər nəticəsində bu xəstəliyin ölkəmizdə geniş yayılmasının qarşısının alınmasında uğurlu nəticələrə nail olunmuşdur ki, bu da dünyanın ən inkişaf etmiş ölkələri üçün nümunədir. Bu xəstəliyin yayılması ilə əlaqədar bütün ölkələrin, o cümlədən dövlətimizin də maliyyə itkilərinə məruz qalmasına baxmayaraq, hər zaman olduğu kimi, bu ağır günlərdə də Sizin Azərbaycan vətəndaşına, Azərbaycan sahibkarlarına göstərdiyiniz diqqət və qayğı bir daha təsdiqlədi ki, ümummilli liderimiz Heydər Əliyev dühasının layiqli davamçısı olaraq əsas məramınız yalnız Azərbaycan dövlətinin və onun vətəndaşının mənafeyinin qorunmasıdır. Bütün bunlara görə Bərdə Rayon Ağsaqqallar Şurasının üzvləri, həmçinin bütün bərdəlilər adından Sizə təşəkkürümüzü bildirir və gələcək fəaliyyətinizdə uğurlar arzulayırıq. Möhtərəm Prezidentimiz, Sizə inamımız böyük və sonsuzdur”.
Balakən rayonundan səhiyyə işçisi Günel Xəlilova: “Möhtərəm cənab Prezident, COVID-19 pandemiyasına qarşı aparılan bu ümumxalq mübarizəsində xalqımızın sağlamlığını ən vacib amil hesab etməyiniz biz səhiyyə işçilərini sevindirir. Bu çətin və böhranlı günlərdə Azərbaycan xalqının həmrəyliyi bizi çox qürurlandırır. Dövlətimizin həyata keçirdiyi tədbirlər sayəsində insanlarımızın sağlamlığının qorunması üçün hər cür lazımi şərait yaradılır. Balakən Rayon Mərkəzi Xəstəxanası artıq 1 aydır ki, zona üzrə pandemiya xəstəxanası kimi fəaliyyət göstərir. Hazırda COVID-19 infeksiyasına yoluxmuş xəstələrin müayinə və müalicəsi bizim xəstəxanamızda da davam etdirilir. Sevindirici haldır ki, sağalaraq evə yazılan xəstələrimiz də az deyil. Burada istər tibb personalı, istərsə də xəstələr üçün hər cür şərait yaradılıb və lazımi avadanlıqlarla təchiz olunub. Cənab Prezident, Sizin bu çətin və ağır vəziyyətdə Azərbaycanın səhiyyə işçilərinə göstərdiyiniz dəstək və qayğı sayəsində biz tibb işçiləri əzmlə, yorulmadan çalışırıq və bu çətin sınaqdan uğurla çıxacağımıza inanırıq. Ölkəmizdə koronavirus pandemiyasına qarşı mübarizənin çox yüksək səviyyədə təşkil edilməsinə görə kollektivimiz və bütün balakənlilər adından Sizə dərin təşəkkürümüzü bildiririk. Biz birlikdə güclüyük!”.
Yardımlı rayonunun 94 yaşlı sakini Balaxan Mayılov dövlətimizin başçısına minnətdarlığını bu sözlərlə ifadə edir: “Möhtərəm Prezident, mənim 94 yaşım var. Ömrümün ahıl çağlarını yaşayıram. Ağlım kəsəndən zəhmət çəkmişəm, çoxlu rəhbərlər görmüşəm. Tam səmimiyyətlə deyirəm ki, mərhum atanız və Siz xalqın qəlbində əbədi yer tutmuş insanlarsınız. Bu çətin dövrdə, xəstəliyin tüğyan etdiyi bir vaxtda gördüyünüz işlər, həyata keçirdiyiniz tədbirlər bir daha sübut edir ki, Siz təkcə müdrik və uzaqgörən bir rəhbər, lider deyil, həm də qəlbi hər bir vətəndaşın ürəyi ilə döyünən həssas bir insansınız. Siz bu günlərdə xalqımızın rifahı üçün atdığınız addımlarla özünü müxalifət adlandıranların məkrli niyyətlərini puç etdiniz. Allah Sizi və xalqımızı qorusun!”.
Masallı rayonunun Qasımlı kəndindən Şəmsəddin Şükürov: “Əziz Prezident, Sizin sayənizdə Azərbaycan koronavirusun az yayıldığı və əhaliyə sosial dəstəyin yüksək səviyyədə olduğu ölkələrdən biridir. Pandemiya ilə mübarizədə bütün güclü dövlətlərdən əvvəl gördüyünüz qabaqcıl tədbirlər tez bir zamanda faydasını verdi. Bütün bunlar biz vətəndaşların sağlamlığı üçün planlaşdırılıb. Axı, həyatda insandan, insan həyatından qiymətli heç nə yoxdur. Siz uşaqdan böyüyə kimi hamını düşünürsünüz. Tələbələri, iş adamlarını Vətənə qaytardınız, hər bir şəxsə fərdi yanaşma tətbiq edildi. Sizin humanist və qayğıkeş insanlıq meyarlarınız dünyadakı bütün azərbaycanlıların qürur mənbəyidir. Uğurlarınıza, qələbənizə sevinirik və Ümummilli Liderin təbirincə desək, indi hamımız bir nəfər kimi fəxr edirik ki, biz azərbaycanlıyıq. Bu gün Sizin sayənizdə üçrəngli bayrağımız ən uca zirvələrdə dalğalanır. Hörmətli cənab Prezident, Sizin bütün çıxışlarınız, xüsusilə Münxen Təhlükəsizlik Konfransındakı tarixi, heyrətamiz çıxışınız məni də valeh etdi. Bütün bunlara görə Sizə minnətdarlığımı ifadə edirəm. Mən öz vətəndaşlıq duyğularımı Sizə bildirərək demək istəyirəm ki, Siz Azərbaycanın Milli Qəhrəmanı adına layiqsiniz. Bu xalqın Prezidenti yalnız Siz ola bilərsiniz və öz işlərinizlə, çoxşaxəli fəaliyyətinizlə bunu sübut edirsiniz. Biz Sizə inanırıq, cənab Prezident! Məsuliyyətli və şərəfli fəaliyyətinizdə Sizə uğurlar arzulayıram. Həmişə Allahın nəzərində olasınız!”.
Laçın rayonundan məcburi köçkün Haqverdi İsgəndərov: “Hörmətli cənab Prezident, Sizin hər bir işiniz xalq tərəfindən bəyənilir və dəstəklənir. Eyni zamanda, dünya liderləri arasındakı nüfuzunuz getdikcə daha da artmaqdadır. Sizin xalqımıza göstərdiyiniz diqqət və qayğının, uğurlu daxili və xarici siyasətinizin nəticəsidir ki, biz məcburi köçkünlər tezliklə doğma Laçınımıza qayıtmaq eşqi ilə yaşayırıq. Hazırda dünyada yayılmış COVID-19 pandemiyasının ölkəmizdə qarşısının alınması üçün təcili və təxirəsalınmaz işlər görürsünüz. Hətta imkansız və işsiz insanlara maddi yardımları artırır, onların sosial vəziyyətini diqqət mərkəzində saxlayırsınız. Buna görə Laçın rayonundan məcburi köçkünlər adından və ailəmizin adından müstəqil Azərbaycanımızın daha da inkişafı istiqamətində hər bir işinizdə Sizə nailiyyətlər arzu edirəm”.
Qusar rayonunun sakini Səbinə Hüseynova: “Möhtərəm cənab Prezident, bu gün Azərbaycan xalqı çətin bir sınaq qarşısındadır. Xalqımız bütün dünyanı cənginə almış pandemiya ilə mübarizə aparır. Sizin özünütəcrid çağırışlarınıza əməl edərək, xəstəliyin yayılmasının qarşısının alınması üçün hər birimiz daha intizamlı olmağa, qoyulan qaydalara əməl etməyə çalışırıq. Çünki bu xəstəliyin dünya ölkələrində səbəb olduğu itkiləri görürük. Pandemiyanın yayılmağa başladığı ilk günlərdən bu məsələyə göstərdiyiniz xüsusi diqqət, çevik münasibət, səhiyyə sisteminin, həmçinin bütün dövlət qurumlarının səfərbər olunması və digər qabaqlayıcı tədbirlər xalqımızı ağır itkilərlə üzləşməkdən xilas etdi. Pandemiyaya qarşı mübarizə, eləcə də adət etdiyi həyat tərzini dəyişərək təcrid şəraitində yaşayan xalqımıza sosial xidmətlərin, maddi dəstəyin göstərilməsi ilə bağlı sərəncamların imzalandığını, sosial paketlərin icra edildiyini görürük. Qusar rayonunda yaşayan aztəminatlı ailələrə, imkansız və işsiz vətəndaşlara, yaşlı nəslin nümayəndələrinə müxtəlif yardımlar göstərilir. Bu, bizi çox sevindirir. Sizin daim insanlarımızın yanında olmağınız, çətin gündə öz diqqət və qayğınızı əsirgəməməyiniz xalqını sevən hər bir vətəndaşa, eləcə də biz gənclərə gözəl bir nümunədir. Biz qusarlı gənclər də Sizdən nümunə götürməyə, pandemiyaya qarşı mübarizəyə öz töhfəmizi verməyə çalışırıq.
İnanırıq ki, Sizin ətrafınızda sıx birlik nümayiş etdirməklə biz bu sınaqdan da uğurla çıxacağıq. Cənab Prezident, xalqımızın bu çətin günlərində nümayiş etdirdiyiniz əzmkarlığa, qətiyyətə və qayğıkeşliyə görə Sizə minnətdarlığımızı bildiririk”.
Məcburi köçkün Rüfət Salmanzadə yazır: “Hörmətli cənab Prezident, dünya birliyinin mürəkkəb siyasi və iqtisadi proseslərlə üzləşdiyi bir vaxtda Azərbaycan Sizin rəhbərliyinizlə iqtisadi və mədəni inkişafı, müstəqilliyinin və beynəlxalq nüfuzunun güclənməsi əsasları üzərində möhkəm dayanmış sabitlik adasıdır. Dünyanı bürüyən koronavirus bəlası insan cəmiyyətlərini və fərdləri sınaqdan çıxarır. İnsanlıq ciddi imtahan qarşısındadır. Cənab Prezident, Sizin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın dünyanı cənginə alan infeksiyasının ölkəmizdə yayılmasının qarşısının alınması və əhalinin sağlamlığının qorunması məqsədilə atdığınız addımlar, həyata keçirdiyiniz siyasət, etdiyiniz müraciətlər, gördüyünüz qabaqlayıcı tədbirlər, əhalinin sağlamlığının qorunması üçün aparılan işlər biz gənclər tərəfindən yüksək qiymətləndirilir. Uğurlu siyasətiniz nəticəsində Azərbaycan regionun ən inkişaf etmiş ölkəsinə çevrilib və dünyada öz sözünü deyən dövlət kimi qəbul olunur. Siz pandemiya ilə mübarizədə bütün ölkələrdən tez addım atdınız, məktəbləri, sərhədləri vaxtında bağladınız və bununla da virusun Azərbaycanda yayılmasının qarşısını aldınız. Görülən bu işlər təkcə əhali tərəfindən deyil, həm də beynəlxalq təşkilatlar tərəfindən yüksək dəyərləndirilir. Bu çətin günlərdə dövlətimiz, xalqımız üçün göstərdiyiniz fədakarlıq, yorulmaz səyləriniz bir gənc olaraq məni qürurlandırır. Azərbaycan böyüklüyündə bir ailənin qayğısını çəkdiyiniz üçün Sizə minnətdarlığımı bildirirəm. Hörmətli cənab Prezident, Sizə möhkəm cansağlığı, ailə xoşbəxtliyi və ali dövləti vəzifənizdə uğurlar arzu edirəm. Ən dərin ehtiramımı qəbul etməyinizi xahiş edirəm. Qoy, Uca Allah Sizə bütün işlərinizdə uğurlar, rifah və möhkəm cansağlığı nəsib etsin!”.
Bakı şəhərindən sahibkar Vüqar Əsədov: “Hörmətli cənab Prezident, koronavirus pandemiyasının dünyada yaratdığı makroiqtisadi problemlər və bu problemlərin dünya ölkələrinin iqtisadiyyatında və digər sahələrdə səbəb olduğu mənfi təsirlər hamıya məlumdur. Lakin bu çətin durumda Sizin xalqın önündə gedərək daim onunla birlikdə olmağınız, ölkəmizdə maddi yardıma ehtiyacı olan hər bir vətəndaşı nəzərə almaqla iri şirkətlərin də bu mənfi təsirlərdən ziyansız ötüşməsi istiqamətində atılan addımlar bizdə dövlətimizin və xalqımızın bu çətin vəziyyətdən üzüağ çıxacağına inamı daha da artırıb. Sizin "Koronavirus (COVID-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan Respublikasının iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında" 2020-ci il 19 mart tarixli Sərəncamınız və həmin Sərəncamın icrası ilə bağlı Tədbirlər Planının təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 4 aprel tarixli Qərarı ölkəmizin bütün iş adamlarının və sahibkarlarının rəğbətinə səbəb oldu. Koronavirus pandemiyasından zərər çəkmiş sahibkarlara, o cümlədən "Prometal" MMC-yə göstərilən maddi və mənəvi dəstəyə görə kollektivimiz adından Sizə dərin təşəkkürümüzü və minnətdarlığımızı bildiririk”.
Bakının Yasamal rayonunun sakini Əjdər Cəfərov: “Hörmətli cənab Prezident, ölkəmizdə COVID-19 pandemiyasının yayılmasının qarşısının alınması üçün göstərdiyiniz çevikliyə, hər bir azərbaycanlını öz doğmanız və yaxınınız kimi gördüyünüzə, hər an bizimlə olduğunuza görə Sizə minnətdaram. Sizin Fərmanınızla Koronavirusla Mübarizəyə Dəstək Fondunun yaradılması, ən müasir avadanlıqlarla təchiz edilmiş "Yeni klinika" tibb müəssisəsinin, Sumqayıt Kimya Sənaye Parkında tibbi maska istehsalı müəssisəsinin açılması, xüsusi karantin rejimi çərçivəsində atılan qabaqlayıcı addımlar, istər sahibkarlara, istərsə də işsizlərə və mövcud vəziyyətdən zərər çəkən digər şəxslərə dövlət dəstəyinin, maddi yardımın göstərilməsi bir daha sübut etdi ki, Siz hər zaman Azərbaycan xalqının sağlamlığını və təhlükəsizliyini düşünür, məhz bunun üçün yorulmadan çalışırsınız. İnanıram ki, Sizin doğru qərarlarınız, uzaqgörən siyasətiniz və dövlət qurumlarının birgə fəaliyyəti sayəsində Azərbaycan xalqı tezliklə bu xəstəlikdən ən az itki ilə qurtulacaq. Bütün bunlara görə Sizə dərin təşəkkürümü bildirirəm, cənab Prezident!”.
Masallı rayonundan fermer Cəsarət Əzizov yazır: “Hörmətli cənab Prezident, mən 30 hektar sahədə çiyələk becərilməsi ilə məşğul oluram. Ölkədə karantin rejimi elan olunanda işçilərimin işə gələ bilməyəcəklərinə görə məhsulun sahədə qalıb çürüyəcəyini və nəticədə mənə külli miqdarda ziyan dəyəcəyini düşünürdüm. Bu da məni çox narahat edirdi. Lakin Sizin tapşırığınız əsasında fermerlərin və digər zəhmətkeşlərin müəyyən olunmuş qaydalara əməl etməklə fəaliyyətinə icazə verilməsi məni çox sevindirdi. İndi min bir əziyyətlə yetişdirdiyimiz məhsulu yığaraq rahat şəkildə bazara çıxara bilirik. Sahədə mənimlə birlikdə çalışan işçilər də ailələrinə gündəlik olaraq qazanc apara bilirlər. Cənab Prezident, buna görə həm ailəm adından, həm də kollektivimizin adından Sizə dərin minnətdarlığımızı bildirirəm”.
Baxış sayı: 657
Bölməyə aid digər xəbərlər

Bu gün, 16:35
İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 8-ci Zirvə toplantısında videobağlantı formatında çıxış edib-VİDEO
1-05-2026, 13:53
Azərbaycan güləşinin növbəti zəfəri
27-04-2026, 20:45
Vüqar Rəhimzadə: “Sülh və Barışıq üçün Gernika mükafatı” Azərbaycanın sülh modelinin beynəlxalq səviyyədə qəbulu və təsdiqidir"
27-04-2026, 13:45
Leyla Əliyeva İsmayıllı səfərindən fotolar paylaşdı
23-04-2026, 18:20
Vüqar Rəhimzadə: "İmzalanan sənədlər Azərbaycan-Latviya əlaqələrinin gələcək inkişafının aydın mənzərəsini yaradır"
23-04-2026, 18:09
Vüqar Rəhimzadə: "Mənəvi-əxlaqi dəyərlərdən uzaq olan ünsürlərin qarayaxmaları onların daxili xislətini ortaya qoyur
22-04-2026, 15:39
Latviya Prezidentinin rəsmi qarşılanma mərasimi olub
16-04-2026, 19:11
Atletika idmanın əsası, sağlam həyat tərzinin təməli və gənc nəslin fiziki və mənəvi inkişafına töhfə verir
14-04-2026, 16:55
Vüqar Rəhimzadə: "Zərifə xanım Əliyeva elm fədaisi, xeyirxah insan kimi xatirələrdə əbədi yaşayacaq"
14-04-2026, 16:41
Zərifə xanımın rəhbərliyi ilə yeni alim və həkim nəsli formalaşıb-Könül Nurullayeva
8-04-2026, 21:07
İlham Əliyev Milli Aviasiya Akademiyasında Beynəlxalq Təlim Mərkəzinin açılışında iştirak edib
6-04-2026, 23:45
İlham Əliyevin Tbilisidə rəsmi qarşılanma mərasimi olub
5-04-2026, 19:14
“Regionlarda peşə təhsili: imkanlar və perspektivlər” mövzusunda Təhsil Forumu keçirilib
19-03-2026, 17:24
Vüqar Rəhimzadə: "Prezidentin Novruz tonqalını Qarabağda alovlandırması bu məkandan dünyaya sülh, birlik, həmrəylik çağırışıdır"
19-03-2026, 17:20
Vüqar Rəhimzadə: "Yeni dünya nizamının formalaşmasında Azərbaycanın rolu daha da artır"
12-03-2026, 13:12
Azərbaycan Avropanın enerji və logistika təhlükəsizliyinə töhfə verir-Könül Nurullayeva
10-03-2026, 00:19
Qadınlar şəhid tibb bacısı Mehriban Qarayevanın məzarını ziyarət ediblər-VİDEO+FOTOLAR
6-03-2026, 11:31
Prezident ölkəmizə qarşı təxribatçı mövqedə olan qüvvələrə xəbərdarlıq etdi-Könül Nurullayeva
6-03-2026, 00:42
Ərdoğan Naxçıvana hücumdan danışdı - Video
5-03-2026, 13:10
Vurulan Naxçıvan aeroportunun içindən - Video - Fotolar
4-03-2026, 18:15
İlham Əliyev İranın ölkəmizdəki səfirliyində olub, başsağlığı verib
3-03-2026, 23:38
Vüqar Rəhimzadə: "Azərbaycanın enerji siyasəti qlobal miqyasda sabitliyə töhfə verən strateji modeldir"
3-03-2026, 15:08
İlham Əliyev Avropa Komissiyasının enerji və mənzil siyasəti üzrə komissarını qəbul edib
1-03-2026, 13:25
İsrail Müdafiə Qüvvələri: Xamenei öz evində öldürülüb
27-02-2026, 19:47
Prokurorluq əməkdaşları Xocalı soyqırımı abidəsini ziyarət edib
27-02-2026, 01:04
Sumqayıtda Xocalı faciəsinin 34-cü ildönümündə dini quurmların və dini konfessiyaların nümayəndələri iştitak ediblər-VİDEO+FOTOLAR
26-02-2026, 23:32
İlham Əliyev Xocavənd şəhər və Xocavənd kənd sakinləri ilə görüşüb
23-02-2026, 19:54
Milli Məclisin deputatı Vüqar Rəhimzadənin Culfada seçiciləri ilə növbəti görüşü olub - FOTO
23-02-2026, 19:10
Müşfiq Abbasov həbs olundu
18-02-2026, 21:35
Daha 17 itkin şəhidimiz dəfn ediləcək - İkisi qadındır - Siyahı
18-02-2026, 21:27
İlham Əliyev Vaşinqtonda Amerika İsrail İctimai Əlaqələr Komitəsinin icraçı direktoru və digər rəhbər heyəti ilə görüşüb
18-02-2026, 20:32
Prokurorluq əməkdaşlarına və media qurumlarına mükafatlar təqdim olunub
15-02-2026, 20:04
İlham Əliyevin Belqradda rəsmi qarşılanma mərasimi olub
9-02-2026, 21:35
Naxçıvanın Baş naziri kolektivə təqdim olundu - Fotolar
9-02-2026, 00:08
Prezidentin qızı və gəlini uşaqlarla belə əyləndilər - Fotolar
6-02-2026, 23:03
Komitə sədri Sumqayıt Cümə Məscidini ziyarət etdi-VİDEO+FOTOLAR
3-02-2026, 12:37
İlham Əliyevin Əbu-Dabidə Müsəlman Ağsaqqalları Şurasının baş katibi ilə görüşü olub
1-02-2026, 20:58
ABŞ-də saxlanılan azərbaycanlı alim sərbəst buraxıldı