12:58 / 23-11-2024
Azərbaycanda zəlzələ oldu
Bütün xəbərlər
Azərbaycanın qadın güləşçisi Avropa çempionatında bürünc medal qazanıb
Tarix: 04-05-2018 21:00 | Bölmə: Gündəm

                                          azerbaycanin qadin gulescisi avropa cempionatinda burunc medal qazanib

 
Rusiyanın Kaspiysk şəhərində güləş üzrə böyüklər arasında Avropa çempionatı davam edir.
 Apasport.az saytının məlumatına görə, bu gün həmçinin 53, 57, 62 və 65 kq çəki dərəcələrində mübarizə aparan qadın güləşçilər mükafat uğrunda yarışır.
 Yarımfinalda rəqibinə yenilən Alena Kolesnikin (57 kq) “bürünc” şansı davam edib. O, Avropa üçüncüsü olmaq üçün döşək üzərinə çıxıb. Belaruslu Zalina Sidakova üzərində 36 saniyəyə təmiz qələbə qazanan Kolesnik istəyinə nail olub.
 Finala qədərki yolda 3 rəqibini məğlub edən Elis Manolova (65 kq) həlledici görüşə çıxacaq. Milliləşdirilmiş legioner finalda Finlandiyanı təmsil edən Petra Ollidən güclü olmağa çalışacaq.




Baxış sayı: 739


Bölməyə aid digər xəbərlər