12:58 / 23-11-2024
Azərbaycanda zəlzələ oldu
Bütün xəbərlər
"Sumqayıt"ın kapitanı: "Penalti epizoduna kimi çoxlu qol şanslarımız oldu"
Tarix: 04-05-2018 20:30 | Bölmə: Gündəm


"Ağır oyun oldu. Gəncə səfərləri həmişə çətin olur. Çalışırdıq ki, buradan üç xalla dönək. Amma alınmadı. Yaxşı ki, bir xal qazana bildik. Heç nə edə bilmərik. Bu oyunu unutmalıyıq. Növbəti matçda "Qəbələ" ilə qarşılaşacağıq. Həmin oyuna yaxşı hazırlaşmalıyıq. Düşünürəm ki, həmin oyunda daha yaxşı nəticə əldə edə bilərik".
Bunu "Report"a açıqlamasında "Sumqayıt" klubunun kapitanı Vurğun Hüseynov Azərbaycan Premyer Liqasının XXVI turunda səfərdə "Kəpəz"lə 1:1 hesablı heç-heçə etdikləri oyundan sonra deyib. 
30 yaşlı müdafiəçi yaranan qol imkanlarından yararlana bilmədiklərini söyləyib: "Penalti epizoduna kimi çoxlu qol şanslarımız oldu. Amma istifadə edə bilmədik. Penaltini da mən etdim. Futbolda belə hallar olur. Penaltiyə səbəb oldum. Amma onun təsirinə düşsəydim, uduza da bilərdik. Bərabərlik qolunu vurduq və bir xal qazana bildik".
Hüseynov daha sonra bu görüşə məğlub olmaq üçün gəlmədiklərini sözlərinə əlavə edib: "Gəncə səfərinə xal qazanmaq üçün gəlmişdik. Əfsuslar olsun ki, bir xalla kifayətləndik. Futboldur. Bəzən belə hallar olur".
O, son olaraq çempionatda keçirəcəkləri iki oyun haqqında danışıb: "Qarşıda iki oyunumuz qalıb. Həmin matçlar finala bərabər olacaq. Çalışacağıq ki, doğma meydanda qələbə qazanaq". 



Baxış sayı: 777


Bölməyə aid digər xəbərlər