12:58 / 23-11-2024
Azərbaycanda zəlzələ oldu
Bütün xəbərlər
Nazir beş min manatı sahibinə qaytaran məktəblini mükafatlandırdı
Tarix: 01-05-2018 20:40 | Bölmə: Gündəm

 Tapdığı beş min manatlıq pul kisəsini sahibinə qaytaran məktəbli təltif olunub.
Oxu.Az xəbər verir ki, bu barədə məlumatı Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov öz “Facebook” səhifəsində yayıb. 
O bildirib ki, Tovuz rayonu Əyyublu kənd tam orta məktəbinin VIII sinif şagirdi İdris Abbasov bu örnək davranışına görə təhsil naziri Ceyhun Bayramov tərəfindən Təhsil Nazirliyinin “Təşəkkürnamə”si ilə təltif edib.
Qeyd edək ki, İdris Abbasov kənddə yerləşən inşaat materialları mağazasının yanından keçərkən pul qabında beş min manat tapıb və sahibinə qaytarıb.
Məktəblinin daha bir nəcib hərəkəti isə onun təklif olunan mükafatdan imtina etməsi olub.







Baxış sayı: 827


Bölməyə aid digər xəbərlər