22:50 / 18-05-2024
Qızı boğmağa cəhd edib
Bütün xəbərlər
Bakıda 4 orta məktəbdə dərslər dayandırılıb
Tarix: 25-04-2018 10:56 | Bölmə: Gündəm

Bakıda 4 orta məktəbdə dərslər dayandırılıb.
Trend-in məlumatına görə, bunu Təhsil Nazirliyinin sektor müdiri Cəsarət Valehov deyib.
O qeyd edib ki, 2018 Formula 1 Azərbaycan Qran Prisi yarışı ilə əlaqədar olaraq bir sıra istiqamətlərdə hərəkət məhdudlaşdırılıb:
"Həmin yarışların hərəkət sxeminə aid olan və Bakı şəhərinin mərkəzi ərazisində yerləşən T.İsmayılov adına 6 nömrəli məktəb-lisey, 132-134 nömrəli təhsil kompleksi və 23 nömrəli tam orta məktəbin ibtidai sinifləri üzrə 1-5 may 2018-ci il tarixli yaz tətilinin 24-30 aprel 2018-ci il tarixinə keçirilməsi, 5-11-ci sinif şagirdlərinin buraxılmış dərs günlərinin növbəti həftələrdə şənbə günləri ilə əvəz olunması qərara alınıb".


Baxış sayı: 708


Bölməyə aid digər xəbərlər