22:50 / 18-05-2024
Qızı boğmağa cəhd edib
Bütün xəbərlər
Sumqayıtın gənc “Şahin”ləri Finala vəsiqə qazandılar
Tarix: 24-04-2018 11:12 | Bölmə: Gündəm

Şəhər Gənclər və İdman Baş İdarəsindən Sabaha-inamla.az-a verilən məlumata görə  Xaçmaz rayonu “N” saylı hərbi hissədə “Şahin” hərbi idman oyunun Quba-Xaçmaz zonası üzrə birinciliyi keçirilib. Sumqayıt şəhər, Siyəzən, Abşeron, Xaçmaz, Quba, Şabran, Xızı və Qubadlı rayonlarının iştirak etdiyi zona yarışına dövlət himninin səsləndirilməsi ilə start verilib.
Birincilikdə Sumqayıt şəhərini təmsil edən Təbiət Eləmləri Təmayüllü Gimnaziyanın komandası ən yüksək nəticə göstərərək 1-ci yerə, Quba 2-ci yerə, Abşeron rayonu isə 3-cü yerə layiq görülüb. Qalib Şahinlərə Gənclər və İdman Nazirliyinin diplom və hədiyyələri təqdim edilib.        Qeyd edək ki, Gimnaziyanın “Şahinlər” komandası cari ilin 13 aprel tarixində Sumqayıt şəhəri “N” saylı hərbi hissədə təşkil olunun şəhər mərhələsində 12 komanda arasında ən yüksək nəticə göstərərək ölkə birinciliyinə vəsiqə qazanmışdır.


Baxış sayı: 1 036


Bölməyə aid digər xəbərlər