22:26 / 24-11-2024
Bu da xatirə - Fotosu
Bütün xəbərlər
“Adam o şəkillərə baxanda dəhşətə gəlirdi” - Prezident
Tarix: 07-01-2020 18:10 | Bölmə: Gündəm

              “Adam o şəkillərə baxanda dəhşətə gəlirdi”

Prezident İlham Əliyev “Azərişığ”ın yeni rəhbəri  Vüqar Əhmədovu qəbul edərkən Mingəçevir İstilik Elektrik Stansiyasında 2 il əvvəl baş verən partlayışdan danışıb.
“Qafqazinfo” xəbər verir ki, prezident bildirib ki, bu, sırf səhlənkarlıq, məsuliyyətsizlik nəticəsində baş verib:
“Ancaq bütün bu müsbət məqamlara baxmayaraq,  böyük çatışmazlıqlar da, böyük qüsurlar da olubdur. Əgər bunlar olmasaydı, 2018-ci ildə biz o qəza ilə üz-üzə qalmazdıq. Qəzadan sonra aparılan təhlil işləri göstərdi ki, bu, sırf səhlənkarlıq, məsuliyyətsizlik nəticəsində baş vermişdir. Mənə şəkillərlə, sübutlarla böyük məruzə edildi, bizim Mingəçevir İstilik Elektrik Stansiyası necə bərbad gündə idi. Adam o şəkillərə baxanda dəhşətə gəlirdi. Bu qədər səhlənkarlıq, bu qədər məsuliyyətsizlik olarmı? Ona görə “Azərenerji”nin rəhbərliyi tamamilə dəyişdirildi.
Mingəçevir İstilik Elektrik Stansiyasının 5 bloku əsaslı təmir edildi, demək olar ki, yenidən quruldu və itirilmiş güclər bərpa olundu. Biz təqribən 400 meqavatlıq itirilmiş gücləri bərpa etdik. Yəni, bizim mövcud elektrik stansiyaları məhz məsuliyyətsizlik və qeyri-peşəkar hərəkətlərə görə o gücləri itirmişdi. Biz yeni stansiya tikmədən təmir işləri nəticəsində 400 meqavat gücü bərpa etdik. Mingəçevir İstilik Elektrik Stansiyasının qalan 3 blokunda 2020-ci ildə yenidənqurma işləri aparılacaq və əlavə enerji, generasiya gücü əldə ediləcək”.



Baxış sayı: 931


Bölməyə aid digər xəbərlər
23-11-2024, 14:26 Şeyx Portuqaliyaya gedir