23:58 / 15-10-2026
Yeniyetmələr bir kişini şəhərətrafı qatardan çıxarıb döyüblər
20:25 / 15-10-2026
Lavrov: "Rusiya Ukrayna ilə bağlı danışıqları heç vaxt rədd etməyib"
20:20 / 15-10-2026
İstanbulda 84 ilin ən güclü yağışı nəticəsində üç nəfər ölüb
20:16 / 15-10-2026
Rusiya karateçilərinin Polşada keçirilən Gənclər arasında Dünya Çempionatında iştirakına qadağa qoyulub.
20:05 / 15-10-2026
Zelenski Avropa Şurasının iclası üçün Brüsselə gəlib
19:58 / 15-10-2026
Merz ABŞ-ın dondurulmuş Rusiya aktivləri ilə bağlı təklifinə reaksiya verdi
19:54 / 15-10-2026
Tanışını öldürməkdə ittiham olunub
19:51 / 15-10-2026
Peskov Rusiya idmançılarını dünyanın ən güclüləri adlandırdı
19:47 / 15-10-2026
18 milyon rubl rüşvət aldığına görə həbs edilib
19:42 / 15-10-2026
Tramp Nidal Həsənin edamını canlı yayımlamayacağını açıqladı
19:39 / 15-10-2026
CNN: Ukraynada "Patriot" raketləri tükənib
19:23 / 15-10-2026
İnsan qalıqları olan torbalar tapılıb
19:20 / 15-10-2026
Mərkəzi Bank ayıları Sibirdə turizmə mane olan amillərdən biri adlandırılıb
19:17 / 15-10-2026
Polis məmurunu təhdid etməkdə və bir qadını vurmaqda təqsirli bilinib
19:13 / 15-10-2026
Larisa Dolinanın Moskva Konserti ləğv edildi
19:05 / 15-10-2026
Husilərin Ər-Riyad hava limanına hücumları nəticəsində 17 nəfər həlak olub
19:00 / 15-10-2026
Zelenski Ukraynada LGBT Hüquqlarının Qorunması Strategiyasını təsdiqlədi
21:49 / 14-10-2026
Məktəblilərə hücum etdiklərinə görə yeniyetmə miqrantlar saxlanılıb
21:43 / 14-10-2026
Fotoqraf həbs edilib
21:39 / 14-10-2026
Yaponiya Xarici İşlər Nazirliyi Rusiya səfirini çağırdı
21:31 / 14-10-2026
Ayı hücum edəndə ağrımadı: Balıqçı yırtıcı ilə qarşılaşmasından danışır
21:26 / 14-10-2026
Zavodda yanğın baş verib
21:17 / 14-10-2026
Yaponiya Xarici İşlər Nazirliyi Çin nümayəndə heyətinin İturup adasına səfərindən sonra etirazını bildirib
21:10 / 14-10-2026
Sinqapur bayrağı altında üzən konteyner gəmisi Hörmüz boğazında batdı
21:06 / 14-10-2026
Lavrov Putin və Si Cinpin arasında Şençjendə keçirilən APEC sammitində görüş keçiriləcəyini açıqladı
21:02 / 14-10-2026
Türkiyənin Antalya şəhərində mikroavtobus qəzaya uğrayıb
20:59 / 14-10-2026
Qətldə şübhəli bilinən şəxs saxlanılıb
20:56 / 14-10-2026
Pentaqon 2026-cı ilə qədər yüz minlərlə kamikaze hücum dronunu yerləşdirməyi planlaşdırır
20:52 / 14-10-2026
Deputatlar Məclisinin rəhbəri dələduzluqda ittiham olunaraq həbs edilib
20:49 / 14-10-2026
FIS Dünya Kubokunda Rusiya xizəkçiləri üçün kvota yerlərinin sayını açıqladı
20:46 / 14-10-2026
İtkin düşmüş 3 yaşlı oğlan qarğıdalı tarlasında tapılıb
20:43 / 14-10-2026
Le Pen Ukraynanın AB-yə qoşulmasını birləşmək üçün "hara-kiri" adlandırdı
20:38 / 14-10-2026
FTB direktorunun Rusiyaya gəldiyi bildirilir
31 dekabr-Sumqayıtlı ziyalı Xəlil Bağırovun doğum günüdür
Tarix: 30-12-2019 23:30 | Bölmə: Gündəm
Xəlil Bağırov uzun illər Sumqayıt şəhərində yaşayıb. Bu şəhərin quruculuğunda böyük rolu olub. O, həqiqətən də dəyərli, vətənpərvər ziyalı, fəxr ediləsi bir insan olub. Sabaha-inamla.Az doğum günü ərəfəsində Xəli müəllimi bir daha yada salmaq, oxuculara xatırlatmaq istədi. Allah rəhmət eləsin, ruhu şad olsun!
Ömürlüyündən : Bağırov Xəlil Cəlil oğlu 1940-cı il dekabrın 31-də Bərdə şəhərində anadan olmuşdur. 1957-ci ildə o, Bərdə şəhər 1 nömrəli orta məktəbi bitirmiş və Azərbaycan Neft-Kimya İnstitutuna daxil olmuşdur. X.Bağırov 1962-ci ildə təyinatla indiki Sumqayıt Səthi Aktiv Maddələr zavoduna işə göndərilmişdir. O, alüminium sexində iqtisadçı, əməyin təşkili və əmək haqqı şöbəsində rəis müaini və rəis,1970-ci ildə kadr məsələləri üzrə direktor müavini, 1971-ci ildən ümumi işlər üzrə direktor müavini işləmişdir. 1973-cü ildən o, Kimya İstehsalat Birliyində Həmkarlar İttifaqı Komitəsinin sədri seçilmişdir.
Xəlil Bağırov 1981-1999-cu illərdə zavodun kommersiya üzrə direktor müavini işləmişdir. 1999-cu ilin may ayından o, zavodun təchizat və satış şöbəsinin rəisi vəzifəsində çalışıb.
İşlədiyi müddətdə o, SSRİ Kimya kimya sənayesinin əlaçısı döş nişamı ilə , "əmək rəşadəti" medalı ilə, beşilliklərin əmək zərbəçisi nişanları və çoxsaylı Fəxri fərmanlarla təltif olunmuş, pul mükafatlarına layiq görülmüşdür.
X.Bağırovun ailənin böyük övladı kimi 4 qardaşının və 2 bacısının təhsil almasında, onların ailə qurmasında valideyn əvəzi kimi böyük zəhməti olub.
Həyat yoldaşı Nigar Bağırova uzun illər təhsil sahəsində çalışıb. 30 nömrəli orta məktəbin direktoru olub və 1999-cu ildə dünyasını dəyişib.
Ləyaqətli, qabiliyyətli ata olan Xəlil Bağırov bir oğulu, bir qızı var.
Bu gün qızı Təranə xanım da atası,anası kimi cəmiyyətdə böyük nüfuza malikdir. Sumqayıtımızda təhsilimizin inkişafı, şagirlərimizin bilikli və savadlı olması üçün əlindən gələni edir.
Xəlil Bağırov 2016-cı il dekabrın 9-da dünyasını dəyişib. Allah rəhmət eləsin, qəbri nurla dolsun. Amin!
X.Bağırov onu tanıyanların qəlbində əbədi olaraq yaşayacaqdır.
Dostlarının sağlığında onun haqqında dedikləri

Hamımıza gərəkli insan
Xəlil Bağırovla çoxdan bir müəssisədə işləyirik. Daim öz üzərində çalışan bu insan şad günə də yoldaşdır, pis günə də. Heç vaxt işin çoxluğundan, vəziyyətin gərginliyindən gileylənmir.
Deməliyəm ki, hər şeydən əlavə Xəlil Bağırov çox təlim-tərbiyəli adamdır. Uzaqgörən və hər şeyi yerli-yerində duyan bu insanla bir yerdə olanda adam dərd-sərini unudur. Hələ onun dadlı-duzlu lətifələrini, məzəli söhbətlərini demirəm. Bir direktor müavini kimi həmişə öhdəsinə düşən vəzifələri elə yerinə yetirir ki, ondan nə yuxarıdakılar narazı qalır, nə də aşağıdakılar. Bu gün də o, daşıdığı vəzifədə çox məsul və tələbkardır. O öz tabeliyində olanlara da bu xüsusiyyətləri aşılayır.
Xəlil müəllimə xas olan mesbət cəhətlərdən biri də onun gənclərə göstərdiyi əvəzsiz qayğıdır. İndiyədək onun köməyi, bilavasitə iştirakı ilə onlarla gənc müəssisədə peşə, vəzifə qazanmış, nəzəri və təcrübi cəhətdən kamil bir mütəxəssis kimi yetişmişdir.
Xəlil Cəmiloğlu hamımıza gərəkli insandır. Sözün əsl mənasında o, çox xeyirxah adamdır. Bacardığı qədər heç kimin xeyrindən, şərindən qalmır. Hələ demirəm ki, müdirik adamlar kimi məsləhət verəndir, yol göstərəndir.
Kollektivimiz adından deyirəm: gün o gün olsun ki, nəvələrinin toyunda sənin başına toplaşaq. Sən də xoş ovqatınla, şirin-şəkər sözlərinlə və çevikk rəqsinlə bizi feyziyab edəsən.
Nə deyim, bax beləcə... qalasan. İllər ötdükcə heç zaman qocalmayasan!
Təbrik Quliyev,
Səthi Aktiv Maddələr zavodunun direktoru, kimya elmləri namizədi

Onun üçün istehsalat da əzizdir, ailə də
Xəlil Bağırovla ilk tanışlığımız 1973-cü ildən başlanmışdır. O zaman hər ikimiz bir müəssisədə çalışırdıq. Onun alicənab insan kimi məni və zavod adamlarını cəlb edən ən ümdə xüsusiyyəti bütün ixtilafları işçilərin xeyrinə həll etməsi, qanunlardan yalnız adamların tələblərinin ödənilməsinə istifadə etməsi idi. O, öz tabeliyində olan işçiləri də bu istiqamətdə yetişdirməyə səy göstərirdi. Xəlil müəllim bir qayda olaraq azərbaycanlı kadrlara üstünlük verər və onların vəzifədə irəli çəkilməsinə xüsusilə qayğı göstərərdi.
X.Bağırovun bu xeyirxahlığı hamı kimi mənə də onu sevdirmiş, hər sahədə ondan nümunə götürməyə ruhlandırmışdır. O indi də b u həvəsdə, bu ilhamdadır. Odur ki, belə bir adam haqqında xoş sözlər deməyi, onun yaxşılıqların qeyd etməyi özümə borc bildim.
Onunüçün istehsalat da əzizdir, ailə də. O həmişə ailə qayğıları ilə yaşayır. Ailəsini böyük məhəbbətlə sevmiş, övladlarının təlim-tərbiyəli , elmli-təhsilli yetişmələri üçün heç vaxt atalıq borcunu əsirgəməmişdir.
Qurban Hacıyev,
"Azərkimya" Dövlət Şirkətinin vitse prezidenti

Onu hamı sevir
Xəlil müəllimin yüksək səviyyəli ziyalı, olduqca mədəni adam, professional mütəxəssis və humanist insan kimi tanımışam. O, daşıdığı hər bir vəzifəyə həmişə məsuliyyətlə yanaşmış və heç vaxt çətinliklərdən gileylənməmişdir.
Xəlil müəllimi tanıyan gündən görmüşəm ki, o, heç zaman nə başqasına paxıllıq edər, nə də başqasının qeybətini qırar. Elə bu cür müsbət və xoş xasiyyətə görədir ki, onu hər yerdə hamı sevir.
Əziz Xəlil Bağırov, hər zaman belə, həmişəcavan qalmağını arzu edirəm!
Akif Ağayev,
"Azərkimya" Dövlət Şirkəti texniki təminat şöbəsinin rəisi

O, kin-kudurətdən uzaq adamdır
Xəlil Bağırovla uzun müddət bir yerdə işləmişik. Mən ictimai təşkilatlara rəhbərlik edəndə, o da məsul vəzifələrdə çalışardı. Bununla belə ictimai işlərdən də geri qalmazdı. Bir dəfə də olsun o, iclas və yığıncaqlara gecikməzdi. O vaxtlar dəbdə olan ictimai işlərə dərindən qoşulardı. Hətta ən nümunəvi təbliğatçı idi.
İndi yaş saçlarımıza gümüşü rəng çəksə də Xəlil elə həminki kimi sağlam, gümrah, işgüzar və bacarıqlıdır. Onu da deyim ki, Xəlildə o ürək var, o, həmişə belə nikbin qalacaqdır. O, kin-kudurətdən uzaq adamdır. Arzusu həmişə dost-tanışı çal-çağırlı, toy-bayramlı görməkdir. İstəməz ki, bir adamın ayağına daş dəysin. Bu xüsusiyyətlərinə görə adam ona həsəd aparır.
Yüz yaşında da belə qalasan, qardaş. Heç vaxt başın üstə duman-çən görünməsin. Şair Osman Sarıvəlli demişkən:
Əgər yüz yaşamasan.
Günah sənin özündədir.
Darvin Hüseynov,
"Üzvi sintez" zavodunun kommersiya işləri üzrə direktor müavini
Baxış sayı: 1 195
Bölməyə aid digər xəbərlər
Tarix: 30-12-2019 23:30 | Bölmə: Gündəm
Xəlil Bağırov uzun illər Sumqayıt şəhərində yaşayıb. Bu şəhərin quruculuğunda böyük rolu olub. O, həqiqətən də dəyərli, vətənpərvər ziyalı, fəxr ediləsi bir insan olub. Sabaha-inamla.Az doğum günü ərəfəsində Xəli müəllimi bir daha yada salmaq, oxuculara xatırlatmaq istədi. Allah rəhmət eləsin, ruhu şad olsun!
Ömürlüyündən : Bağırov Xəlil Cəlil oğlu 1940-cı il dekabrın 31-də Bərdə şəhərində anadan olmuşdur. 1957-ci ildə o, Bərdə şəhər 1 nömrəli orta məktəbi bitirmiş və Azərbaycan Neft-Kimya İnstitutuna daxil olmuşdur. X.Bağırov 1962-ci ildə təyinatla indiki Sumqayıt Səthi Aktiv Maddələr zavoduna işə göndərilmişdir. O, alüminium sexində iqtisadçı, əməyin təşkili və əmək haqqı şöbəsində rəis müaini və rəis,1970-ci ildə kadr məsələləri üzrə direktor müavini, 1971-ci ildən ümumi işlər üzrə direktor müavini işləmişdir. 1973-cü ildən o, Kimya İstehsalat Birliyində Həmkarlar İttifaqı Komitəsinin sədri seçilmişdir. Xəlil Bağırov 1981-1999-cu illərdə zavodun kommersiya üzrə direktor müavini işləmişdir. 1999-cu ilin may ayından o, zavodun təchizat və satış şöbəsinin rəisi vəzifəsində çalışıb.
İşlədiyi müddətdə o, SSRİ Kimya kimya sənayesinin əlaçısı döş nişamı ilə , "əmək rəşadəti" medalı ilə, beşilliklərin əmək zərbəçisi nişanları və çoxsaylı Fəxri fərmanlarla təltif olunmuş, pul mükafatlarına layiq görülmüşdür. X.Bağırovun ailənin böyük övladı kimi 4 qardaşının və 2 bacısının təhsil almasında, onların ailə qurmasında valideyn əvəzi kimi böyük zəhməti olub.
Həyat yoldaşı Nigar Bağırova uzun illər təhsil sahəsində çalışıb. 30 nömrəli orta məktəbin direktoru olub və 1999-cu ildə dünyasını dəyişib.
Ləyaqətli, qabiliyyətli ata olan Xəlil Bağırov bir oğulu, bir qızı var. Bu gün qızı Təranə xanım da atası,anası kimi cəmiyyətdə böyük nüfuza malikdir. Sumqayıtımızda təhsilimizin inkişafı, şagirlərimizin bilikli və savadlı olması üçün əlindən gələni edir.
Xəlil Bağırov 2016-cı il dekabrın 9-da dünyasını dəyişib. Allah rəhmət eləsin, qəbri nurla dolsun. Amin!
X.Bağırov onu tanıyanların qəlbində əbədi olaraq yaşayacaqdır.
Dostlarının sağlığında onun haqqında dedikləri

Hamımıza gərəkli insan
Xəlil Bağırovla çoxdan bir müəssisədə işləyirik. Daim öz üzərində çalışan bu insan şad günə də yoldaşdır, pis günə də. Heç vaxt işin çoxluğundan, vəziyyətin gərginliyindən gileylənmir.
Deməliyəm ki, hər şeydən əlavə Xəlil Bağırov çox təlim-tərbiyəli adamdır. Uzaqgörən və hər şeyi yerli-yerində duyan bu insanla bir yerdə olanda adam dərd-sərini unudur. Hələ onun dadlı-duzlu lətifələrini, məzəli söhbətlərini demirəm. Bir direktor müavini kimi həmişə öhdəsinə düşən vəzifələri elə yerinə yetirir ki, ondan nə yuxarıdakılar narazı qalır, nə də aşağıdakılar. Bu gün də o, daşıdığı vəzifədə çox məsul və tələbkardır. O öz tabeliyində olanlara da bu xüsusiyyətləri aşılayır.
Xəlil müəllimə xas olan mesbət cəhətlərdən biri də onun gənclərə göstərdiyi əvəzsiz qayğıdır. İndiyədək onun köməyi, bilavasitə iştirakı ilə onlarla gənc müəssisədə peşə, vəzifə qazanmış, nəzəri və təcrübi cəhətdən kamil bir mütəxəssis kimi yetişmişdir.
Xəlil Cəmiloğlu hamımıza gərəkli insandır. Sözün əsl mənasında o, çox xeyirxah adamdır. Bacardığı qədər heç kimin xeyrindən, şərindən qalmır. Hələ demirəm ki, müdirik adamlar kimi məsləhət verəndir, yol göstərəndir.
Kollektivimiz adından deyirəm: gün o gün olsun ki, nəvələrinin toyunda sənin başına toplaşaq. Sən də xoş ovqatınla, şirin-şəkər sözlərinlə və çevikk rəqsinlə bizi feyziyab edəsən.
Nə deyim, bax beləcə... qalasan. İllər ötdükcə heç zaman qocalmayasan!
Təbrik Quliyev,
Səthi Aktiv Maddələr zavodunun direktoru, kimya elmləri namizədi

Onun üçün istehsalat da əzizdir, ailə də
Xəlil Bağırovla ilk tanışlığımız 1973-cü ildən başlanmışdır. O zaman hər ikimiz bir müəssisədə çalışırdıq. Onun alicənab insan kimi məni və zavod adamlarını cəlb edən ən ümdə xüsusiyyəti bütün ixtilafları işçilərin xeyrinə həll etməsi, qanunlardan yalnız adamların tələblərinin ödənilməsinə istifadə etməsi idi. O, öz tabeliyində olan işçiləri də bu istiqamətdə yetişdirməyə səy göstərirdi. Xəlil müəllim bir qayda olaraq azərbaycanlı kadrlara üstünlük verər və onların vəzifədə irəli çəkilməsinə xüsusilə qayğı göstərərdi.
X.Bağırovun bu xeyirxahlığı hamı kimi mənə də onu sevdirmiş, hər sahədə ondan nümunə götürməyə ruhlandırmışdır. O indi də b u həvəsdə, bu ilhamdadır. Odur ki, belə bir adam haqqında xoş sözlər deməyi, onun yaxşılıqların qeyd etməyi özümə borc bildim.
Onunüçün istehsalat da əzizdir, ailə də. O həmişə ailə qayğıları ilə yaşayır. Ailəsini böyük məhəbbətlə sevmiş, övladlarının təlim-tərbiyəli , elmli-təhsilli yetişmələri üçün heç vaxt atalıq borcunu əsirgəməmişdir.
Qurban Hacıyev,
"Azərkimya" Dövlət Şirkətinin vitse prezidenti

Onu hamı sevir
Xəlil müəllimin yüksək səviyyəli ziyalı, olduqca mədəni adam, professional mütəxəssis və humanist insan kimi tanımışam. O, daşıdığı hər bir vəzifəyə həmişə məsuliyyətlə yanaşmış və heç vaxt çətinliklərdən gileylənməmişdir.
Xəlil müəllimi tanıyan gündən görmüşəm ki, o, heç zaman nə başqasına paxıllıq edər, nə də başqasının qeybətini qırar. Elə bu cür müsbət və xoş xasiyyətə görədir ki, onu hər yerdə hamı sevir.
Əziz Xəlil Bağırov, hər zaman belə, həmişəcavan qalmağını arzu edirəm!
Akif Ağayev,
"Azərkimya" Dövlət Şirkəti texniki təminat şöbəsinin rəisi

O, kin-kudurətdən uzaq adamdır
Xəlil Bağırovla uzun müddət bir yerdə işləmişik. Mən ictimai təşkilatlara rəhbərlik edəndə, o da məsul vəzifələrdə çalışardı. Bununla belə ictimai işlərdən də geri qalmazdı. Bir dəfə də olsun o, iclas və yığıncaqlara gecikməzdi. O vaxtlar dəbdə olan ictimai işlərə dərindən qoşulardı. Hətta ən nümunəvi təbliğatçı idi.
İndi yaş saçlarımıza gümüşü rəng çəksə də Xəlil elə həminki kimi sağlam, gümrah, işgüzar və bacarıqlıdır. Onu da deyim ki, Xəlildə o ürək var, o, həmişə belə nikbin qalacaqdır. O, kin-kudurətdən uzaq adamdır. Arzusu həmişə dost-tanışı çal-çağırlı, toy-bayramlı görməkdir. İstəməz ki, bir adamın ayağına daş dəysin. Bu xüsusiyyətlərinə görə adam ona həsəd aparır.
Yüz yaşında da belə qalasan, qardaş. Heç vaxt başın üstə duman-çən görünməsin. Şair Osman Sarıvəlli demişkən:
Əgər yüz yaşamasan.
Günah sənin özündədir.
Darvin Hüseynov,
"Üzvi sintez" zavodunun kommersiya işləri üzrə direktor müavini
Baxış sayı: 1 195
Bölməyə aid digər xəbərlər
13-10-2026, 09:30
Filmin sonu ayrıca bir film idi... - Video
8-10-2026, 22:56
Türkmənbaşıda Azərbaycan və Mərkəzi Asiya Dövlət başçılarının 8-ci Məşvərət görüşü keçirilib
8-10-2026, 22:50
İlham Əliyev Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündə iştirak etmək üçün “Avaza” Kompleksinə gəldi
1-10-2026, 18:04
General Əfqan Nağıyev 60-a çatdı
29-09-2026, 23:01
Sumqayıtda Anım Günü-İcra başçısı Zakir Fərəcov şəhid məzarlarını ziyarət etdi-VİDEO+FOTOLAR
27-09-2026, 19:58
27 Sentyabr – Anım Günü: Qəhrəmanlıqdan Zəfərə
25-09-2026, 23:22
«44-дневная Отечественная война положила конец 30-летнему статус-кво»-- Конул Нуруллаева
22-09-2026, 18:38
İlham Əliyevin sədrliyi ilə dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramına həsr olunmuş müşavirə keçirilib
18-09-2026, 19:32
Könül Nurullayeva İslam Həmrəyliyi İdman Assosiasiyasının 15-ci Baş Assambleyasında iştirak edib
18-09-2026, 00:08
İlham Əliyev Şamaxıda “Nəsimi Bağları” kompleksi ilə tanış olub
18-09-2026, 00:01
İlham Əliyev Şamaxıda “Meysari Grand Hotel & SPA” kompleksinin açılışında iştirak edib
15-09-2026, 17:27
İlham Əliyev Türkiyənin xarici işlər nazirini qəbul edib
15-09-2026, 17:11
“Mehriban xanıma dedim şəkil çəkdirək və şeyxə göndərin”
8-09-2026, 15:40
Əhməd İsmayılov Media və Yayım Şurasının sədri təyin edildi
2-09-2026, 17:55
"Sumqayıtın formalaşan yeni inkişaf modeli"
31-08-2026, 18:02
İlham Əliyevin Bişkekdə Qazaxıstan Prezidenti ilə görüşü olub
31-08-2026, 17:57
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Ermənistanın Baş naziri Nikol Paşinyanın görüşü ilə bağlı mətbuat üçün bəyanat
31-08-2026, 15:54
İlham Əliyev Qırğızıstana işgüzar səfərə gəlib-VİDEO
25-08-2026, 21:58
"Muğam gözəlliyin və məhəbbətin rəmzidir"
25-08-2026, 15:57
26 Avqust - Laçın şəhəri günü
24-08-2026, 17:11
İlham Əliyev Zelenskiyə təbrik məktubu ünvanlayıb
24-08-2026, 14:48
Azərbaycan Prezidenti və birinci xanım Daşkənddə Ümummilli Liderin barelyefi önünə gül dəstələri qoyublar
23-08-2026, 18:30
İlham Əliyev Daşkənddə Müstəqillik abidəsini ziyarət edib-VİDEO
23-08-2026, 18:22
Daşkənddə Prezident İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub-VİDEO
23-08-2026, 18:09
İlham Əliyev Özbəkistana dövlət səfərinə gəlib-VİDEO
14-08-2026, 17:34
Naxçıvanın iqtisadi fəallığı artır-Könül Nurullayeva
8-08-2026, 23:10
“Azərbaycan Vaşinqton üçün daha dəyərli strateji tərəfdaşa çevrilib”
31-07-2026, 10:30
İlham Əliyevin Çolpon-Ata şəhərində rəsmi qarşılanma mərasimi olub
30-07-2026, 19:57
İlham Əliyev Qırğızıstan, Özbəkistan və Tacikistan prezidentləri ilə birlikdə Çolpon-Ata şəhərində Qolf Klubun açılışında iştirak edib
22-07-2026, 08:51
Güclü media etibarlı informasiya təminatını həyata keçirən vacib institutdur-Könül Nurullayeva
21-07-2026, 18:09
İlham Əliyevin Berlində rəsmi qarşılanma mərasimi keçirilib
15-07-2026, 20:10
Şuşa Qlobal Media Forumu reallıqların beynəlxalq ictimaiyyətə çatdırılmasına imkanı yaratdı-Könül Nurullayeva
13-07-2026, 23:40
İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib
11-07-2026, 16:26
İlham Əliyev Şuşanın Kiçik Qaladərəsi kəndində görülən işlərlə tanış olub və kəndə qayıdan sakinlərlə görüşüb
10-07-2026, 20:58
İlham Əliyev bir sıra beynəlxalq qurumların rəhbər şəxslərini qəbul edib
3-07-2026, 21:27
Emin Ağalarovdan Leyla Əliyevaya ad günü təbriki - Video
2-07-2026, 00:00
İlham Əliyev və Avropa Komissiyasının Prezidenti mətbuata bəyanatlarla çıxış ediblər
29-06-2026, 19:15
Leyla və Alyona Əliyevalar festivalda - Fotolar
23-06-2026, 17:30
Türkmənistan Prezidentinə Qarabağ atı hədiyyə edilib













