22:26 / 24-11-2024
Bu da xatirə - Fotosu
Bütün xəbərlər
İlham Əliyevin reytinqi artıb - Mərkəz rəyini açıqladı
Tarix: 20-11-2019 16:43 | Bölmə: Gündəm


Sosial Tədqiqatlar Mərkəzi (STM) tərəfindən aparılan Azərbaycan Respublikası Prezidentinin fəaliyyəti haqqında ictimai rəyin aylıq monitorinqinin nəticələrinə görə 2019-cu ilin oktyabr ayı ərzində Prezidentin reytinqində yüksəlmə müşahidə olunub.
Modern.az-ın STM-ə istinadən xəbərinə görə, mərkəz tərəfindən keçirilmiş sorğunun nəticələri göstərir ki, Prezident İlham Əliyevin beynəlxalq və daxili müstəvidə fəaliyyəti əhali tərəfindən milli maraqların qorunması, ümummilli rifahın təmin olunması baxımından olduqca təsirli və əhəmiyyətli hesab olunur:
“Prezidentin oktyabr ayındakı fəaliyyəti onun ictimai rəydəki pozitiv imicini daha da gücləndirib. Ümumilikdə, vətəndaşların 77,5 faizi ölkə Prezidentinə inam və etimadının daha da artdığını, 18.1 faiz respondent isə həmişəki sabit inam və etibarının qorunub saxlandığını bildirib”.



Baxış sayı: 871


Bölməyə aid digər xəbərlər
23-11-2024, 14:26 Şeyx Portuqaliyaya gedir