23:58 / 15-10-2026
Yeniyetmələr bir kişini şəhərətrafı qatardan çıxarıb döyüblər
20:25 / 15-10-2026
Lavrov: "Rusiya Ukrayna ilə bağlı danışıqları heç vaxt rədd etməyib"
20:20 / 15-10-2026
İstanbulda 84 ilin ən güclü yağışı nəticəsində üç nəfər ölüb
20:16 / 15-10-2026
Rusiya karateçilərinin Polşada keçirilən Gənclər arasında Dünya Çempionatında iştirakına qadağa qoyulub.
20:05 / 15-10-2026
Zelenski Avropa Şurasının iclası üçün Brüsselə gəlib
19:58 / 15-10-2026
Merz ABŞ-ın dondurulmuş Rusiya aktivləri ilə bağlı təklifinə reaksiya verdi
19:54 / 15-10-2026
Tanışını öldürməkdə ittiham olunub
19:51 / 15-10-2026
Peskov Rusiya idmançılarını dünyanın ən güclüləri adlandırdı
19:47 / 15-10-2026
18 milyon rubl rüşvət aldığına görə həbs edilib
19:42 / 15-10-2026
Tramp Nidal Həsənin edamını canlı yayımlamayacağını açıqladı
19:39 / 15-10-2026
CNN: Ukraynada "Patriot" raketləri tükənib
19:23 / 15-10-2026
İnsan qalıqları olan torbalar tapılıb
19:20 / 15-10-2026
Mərkəzi Bank ayıları Sibirdə turizmə mane olan amillərdən biri adlandırılıb
19:17 / 15-10-2026
Polis məmurunu təhdid etməkdə və bir qadını vurmaqda təqsirli bilinib
19:13 / 15-10-2026
Larisa Dolinanın Moskva Konserti ləğv edildi
19:05 / 15-10-2026
Husilərin Ər-Riyad hava limanına hücumları nəticəsində 17 nəfər həlak olub
19:00 / 15-10-2026
Zelenski Ukraynada LGBT Hüquqlarının Qorunması Strategiyasını təsdiqlədi
21:49 / 14-10-2026
Məktəblilərə hücum etdiklərinə görə yeniyetmə miqrantlar saxlanılıb
21:43 / 14-10-2026
Fotoqraf həbs edilib
21:39 / 14-10-2026
Yaponiya Xarici İşlər Nazirliyi Rusiya səfirini çağırdı
21:31 / 14-10-2026
Ayı hücum edəndə ağrımadı: Balıqçı yırtıcı ilə qarşılaşmasından danışır
21:26 / 14-10-2026
Zavodda yanğın baş verib
21:17 / 14-10-2026
Yaponiya Xarici İşlər Nazirliyi Çin nümayəndə heyətinin İturup adasına səfərindən sonra etirazını bildirib
21:10 / 14-10-2026
Sinqapur bayrağı altında üzən konteyner gəmisi Hörmüz boğazında batdı
21:06 / 14-10-2026
Lavrov Putin və Si Cinpin arasında Şençjendə keçirilən APEC sammitində görüş keçiriləcəyini açıqladı
21:02 / 14-10-2026
Türkiyənin Antalya şəhərində mikroavtobus qəzaya uğrayıb
20:59 / 14-10-2026
Qətldə şübhəli bilinən şəxs saxlanılıb
20:56 / 14-10-2026
Pentaqon 2026-cı ilə qədər yüz minlərlə kamikaze hücum dronunu yerləşdirməyi planlaşdırır
20:52 / 14-10-2026
Deputatlar Məclisinin rəhbəri dələduzluqda ittiham olunaraq həbs edilib
20:49 / 14-10-2026
FIS Dünya Kubokunda Rusiya xizəkçiləri üçün kvota yerlərinin sayını açıqladı
20:46 / 14-10-2026
İtkin düşmüş 3 yaşlı oğlan qarğıdalı tarlasında tapılıb
20:43 / 14-10-2026
Le Pen Ukraynanın AB-yə qoşulmasını birləşmək üçün "hara-kiri" adlandırdı
20:38 / 14-10-2026
FTB direktorunun Rusiyaya gəldiyi bildirilir
Mediada islahat reallığı… və islahata dəstək populizmi
Tarix: 29-10-2019 15:06 | Bölmə: Gündəm

Azərbaycan mediasında islahatlar. Baxıram, son günlər mövzuya xüsusi maraq var. Əlbəttə, maraq olmalıdır. Ölkə Prezidenti cənab İlham Əliyev oktyabrın 15-də keçirdiyi iqtisadi müşavirədə məmurların bir-biri ilə rəqabətində mətbuatın bir növ, alətə çevrildiyini bildirib, məsələnin yolverilməzliyini, hətta dözülməzliyini vurğulayıb.
Ümumən dövlət başçısının media ilə əlaqədar hər fikri, belə desək, “yol xətirəsi”dir. Əslində onun istər kütləvi informasiya vasitələrimizin dünya standartlarına cavab verən fəaliyyət mahiyyətinin zəruriliyinə, istərsə də jurnalistlərimizin peşəkarlıqlarının artırılmasına, hazırlıq səviyyələrinin yüksəldilməsinə, xüsusən də xarici dil biliklərinin gücləndirilməsinə dair zaman-zaman bölüşdüyü düşüncələr böyük islahatçılıq motivinə köklənir. Prezident işıqlı, parlaq simadır, yenilikçidir, yeni fikirlərə açıqdır. O, jurnalistikanın qlobal informasiya məkanındakı çəkisini hər kəsdən daha gözəl qiymətləndirməyi bacarır. Yəni dövlət başçımızın media həssaslığının islahatçılıq ruhunu hər zaman hiss etmişik. Nəzərə alaq ki, ölkədə bu sahədə əldə edilən uğurların hərəkətverici qüvvəsi, ideya örnəyi də məhz cənab İlham Əliyevdir.
Media ictimaiyyətinin nümayəndələri olaraq bizlər Prezidentin köməkçiləriyik. Köməyimiz təkliflər vermək, onların həyata vəsiqə qazanmasına dəstək göstərməkdir. Nə dərəcədə dəstəkləmişik, məsələ üzərində dayanmaq olar. Uğurular kifayət qədərdir. Nöqsan və çatışmazlıqlar da yetərincədir.
Mərkəzdə dayananı hamı görür. Onu tənqid etmək asandır. Heç də hesab etmirəm ki, hər kəs reallıqları düşünməlidir. Hansısa redaksiyada çalışan və həyat ehtiyaclarını qarşılamaqda çətinlik çəkən peşəkar jurnalistin özünün reallıqları və həqiqətləri var. O, üzləşdiyi durumu obyektiv qiymətləndirməməkdə haqlı görünə bilər. Amma tənqid edənlərin hamısı onun vəziyyətini düşünərəkmi danışır? Əsla yox. Kimsə öz yerini isti saxlamaq istəyir, kimsə öz xidmətini təklif edib daha çox fayda götürməyi planlaşdırır və sair…
Bizə at izinin it izinə qarışdığı cəmiyyət, bunun media cameəsindəki təzahürü lazım deyil. Bəli, illərdir obyektiv reallıqlardandan danışırıq. Bildiririk ki, Azərbaycanda reklam bazarı demək olar, yox səviyyəsindədir, mediamız iqtisadiyyatımızda zəif təmsil olunur, qəzet yayımı sahəsindəki vəziyyət ürəkaçan deyil. Vaxtilə KİVDF də məhz ona görə yarandı ki, mətbuat bazar iqtisadiyyatının mənfi təsirlərindən sığortalansın. Müəyyən mənada sığortalandı, dirçəldi, inkişaf etdi. Yaşadığımız regionun KİV-ləri ilə hər hansı paralellər aparmaq niyyətindən uzağam. Əlbəttə, üstünük. Amma nəyə görə özümüzü zəiflərlə müqayisə etməliyik? Biz daha güclü olmalıyıq. Bəlkə KİVDF-ni ələ keçirib, qurumun hazırkı 4 milyonluq büdcəsini 40 milyona çatdırmağı düşünməklə vəziyyətdən çıxmaq mümkündür?! Mümkündür, amma bunun adı islahatmı olacaq?
Bunu da demişik ki, ölkəyə gətirilən hazır çap məhsulları və qəzet kağızı üzərində 2016-cı ildən tətbiq edilməsinə başlanılan əlavə dəyər vergisi mediamızın iqtisadi durumuna mənfi təsirini göstərməkdədir. Söhbət KİVDF-nin büdcəsinin təqribən yeddidə biri həcmində olan məbləğdən – 600 min manat vəsaitdən gedir. Hazırkı reallıqları nəzərə alsaq, bu, heç də kiçik rəqəm deyil.
Sosial elan və reklamların KİV-də bölüşdürülməsinə dair beynəlxalq təcrübənin tətbiqini vacib saymışıq. Mətbuat Şurasının İdarə Heyətinin oktyabrın 18-də keçirilmiş iclasında səslənmiş təkliflərdən biri də bu idi ki, dövlət qurumlarının büdcələrində təbliğat məqsədilə ayrılmış vəsaitin həmin qurumların özlərinin təsis etdikləri KİV-lərə deyil, ictimai rəyə real təsiri olan media orqanlarına yönləndirilməsi təmin edilməlidir. Burada söhbət daha böyük miqyaslı vəsaitdən gedir. Göründüyü kimi, əlverişli şəraitin yaradılması və qanunvericilik tədbirləri vəhdətdə olmalı, bir-birini tamamlamalıdır. Nəzərə alaq ki, biz KİV-lərə dövlət dəstəyinin ümumiyyətlə göstərilmədiyi, hər bir media orqanının özünü müstəqil şəkildə təmin etməyi bacardığı mərhələyə çatmağı hədəfləyirik. Bu, hələlik mümkün deyil və buna görə günahkar yalnız KİVDF-dirmi?
KİVDF tənqid edilir. Razıyam, iş olan yerdə tənqid də olmalıdır. Ancaq tənqid obyektiv xarakter daşısa, daha səmimi görünər. Qoy, jurnalistlər üçün tikilmiş binadan mənzil sahibi olan 400 nəfərdən biri desin ki, bunun müqabilində KİVDF-də kiminləsə bir stəkan çay içib? Hansı redaktor Fonddan yardım alarkən kiməsə bir manat pul qaytarıb? Hansı jurnalist müsabiqədə yer tutarkən aldığı mükafatı kiminləsə bölüşüb?
KİVDF “Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyası”na uyğun tədbirlər görür. Jurnalistlər üçün müsabiqələrin təşkili, KİV-lərin layihələrinin maliyyələşdirilməsi qurumun işinin ana xəttidir. Amma fəaliyyət dairəsi genişlənməlidir. Onlayn jurnalistikanı kənarda saxlamaq olmaz. Bu məqsədlə mediaya dövlət büdcəsindən ayrılan vəsaitin artırılmasını dəfələrlə təklif etmişik.
Çox yaxşı olardı ki, biz jurnalistikanı imtiyazlı peşəyə çevirək. Məsələn, qardaş Türkiyədə jurnalistlər ictimai nəqliyyatdan pulsuz istifadə edirlər, çoxsaylı digər üstünlüklərə də malikdirlər. Bu gün tənqidi mövqe tutanların bəziləri bir vaxtlar jurnalistlər üçün hər hansı imtiyazın tətbiqini doğru saymırdılar. Deyirdilər ki, bu, jurnalisti dövlətdən asılı hala gətirəcək. Ancaq düşünmürdülər ki, dövlətin jurnalistikaya qazandırdığı imtiyaz peşənin idarəçilikdəki mövqeyinin nəzərə alınmasından qaynaqlanır. Bu mövqenin əlahiddəliyi informasiyalı cəmiyyət quruculuğunun şərtidir. İnformasiyalı cəmiyyət isə şəffaflığın təminatıdır.
Jurnalistlər dövlət tərəfindən evlə təmin olunurlarsa, bu, media təmsilçilərinin sosial müdafiəsini gücləndirməyə yönələn tədbirdir. Yəni mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına ona görə önəm verilir ki, cəmiyyətin informasiya tələbatının ödənilməsinin təminatçısı olan jurnalistlərin əməyi stimullaşsın, qayğıları azalsın, onlar daha məhsuldar işləsinlər. Bu gün islahatçılığı inkarçılıq kimi anlayan bəzi yaşlı-gənc dostlarımız zamanında buna da qarşı çıxırdılar. Halbuki vaxtilə prosesin içərisindəydilər. Fikir bildirirdilər və fikirlərinə hörmətlə yanaşılırdı. Təklifləri həyata vəsiqə qazanırdı. Sonra nə oldu? Bu gün onları hərəkətə gətirən iddiaları özünü göstərməyə başladı. Ona görə də media sahəsində zaman-zaman tutulmuş islahat xəttini, prosesi məhz dövlətin apardığı üçün, tənqidə məruz qoyanların hazırda musiqilərini islahatçılıq notlarına kökləmələri şübhəlidir, səmimiyyətdən uzaqdır. İndi də görünü, nəyəsə ümüd edirlər...
Media sahəsində islahatlar getməlidir. Yuxarıda bunun ayrı-ayrı komponentlərini vurğuladım. Onu da bildiridim ki, mövcud istiqamətdə hazırda əldə edilən inkişaf Prezident İlham Əliyevin islahatçılıq xəttinin nəticəsidir.
Əlbəttə, zaman dəyişir. Tələblər, baxışlar, idarəçiliyə münasibət dəyişir. İnsanlar da həmçinin. Cənab Prezident kimi vəzifəyə təyin edəcək, kimi azad edəcək, dövlət başçısı olaraq onun öz işidir, öz seçimi və iradəsidir. Ancaq kimlərsə islahata «sən get, mən gəlim» prinsipinə söykənərək baxmamalıdır. Bu, sağlam yanaşma və məntiq sayıla bilməz. Bəsit kampaniyaçılıqla guya islahata dəstək verdiklərini düşünənlərin kim olduqlarını hamı gözəl bilir.
Hamı dövlətin media siyasətinin həyata keçirilməsinə məsul şəxs olan Azərbaycan Respublikası Prezidentinin köməkçisi, ictimai-siyasi məsələlər şöbəsinin müdiri cənab Əli Həsənovu da yaxşı tanıyır. Onun istər Ulu öndər Heydər Əliyev ideyalarına, istərsə də Prezident İlham Əliyevin həyata keçirdiyi kursa sadiqliyi heç bir müzakirə predmeti ola bilməz. Ə.Həsənovun işinə prinsipial yanaşmasını gözü götürməyənlər hər zaman olub. Hazırda media ilə bağlı yuxarıda qeyd etdiyim bəsit kampaniyaçılıq təfəkkürünün başlıca hədəfi də odur.
Sosial şəbəkədə profil yaradaraq cənab Həsənov barədə hədyanlar yayanlar, müxtəlif aşağılayıcı fikirlər irəli sürənlər heç şübhəsiz, “sən get, mən gəlim” kimi kor məntiqin, yarıtmaz qisasçı baxışların tərəfdarlarıdır. Belələrinin söz və ifadə azadlığını, plüralizmi, şəffaflığı irəli sürən baxışları bəşəri dəyərlərlə uğursuz imitasiyadan başqa bir şey deyil.
Bir daha bildirirəm ki, cənab Əli Həsənov Azərbaycan dövlətinə, dövlətçiliyinə, Prezident İlham Əliyevin müəyyənləşdirdiyi kursa tam sadiqliyi ilə seçilən uğurlu və səriştəli iş icraçısıdır. Bu keyfiyyəti onun ictimai-siyasi xadim, parlaq dövlət adamı statusunu təsdiqləyən ən mühüm göstəricidir. Gəlin, ədalətli olaq. Dövlət idarəçiliyinə, medianın cəmiyyətdəki roluna, ümumən medianın mahiyyətinə obyektiv prizmadan yanaşaq. İslahata ən böyük dəstəyimiz elə bu olar.
ƏFLATUN AMAŞOV, MƏTBUAT ŞURASININ SƏDRİ,
MİLLİ MƏCLİSİN DEPUTATI
Baxış sayı: 920
Bölməyə aid digər xəbərlər

13-10-2026, 09:30
Filmin sonu ayrıca bir film idi... - Video
8-10-2026, 22:56
Türkmənbaşıda Azərbaycan və Mərkəzi Asiya Dövlət başçılarının 8-ci Məşvərət görüşü keçirilib
8-10-2026, 22:50
İlham Əliyev Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündə iştirak etmək üçün “Avaza” Kompleksinə gəldi
1-10-2026, 18:04
General Əfqan Nağıyev 60-a çatdı
29-09-2026, 23:01
Sumqayıtda Anım Günü-İcra başçısı Zakir Fərəcov şəhid məzarlarını ziyarət etdi-VİDEO+FOTOLAR
27-09-2026, 19:58
27 Sentyabr – Anım Günü: Qəhrəmanlıqdan Zəfərə
25-09-2026, 23:22
«44-дневная Отечественная война положила конец 30-летнему статус-кво»-- Конул Нуруллаева
22-09-2026, 18:38
İlham Əliyevin sədrliyi ilə dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramına həsr olunmuş müşavirə keçirilib
18-09-2026, 19:32
Könül Nurullayeva İslam Həmrəyliyi İdman Assosiasiyasının 15-ci Baş Assambleyasında iştirak edib
18-09-2026, 00:08
İlham Əliyev Şamaxıda “Nəsimi Bağları” kompleksi ilə tanış olub
18-09-2026, 00:01
İlham Əliyev Şamaxıda “Meysari Grand Hotel & SPA” kompleksinin açılışında iştirak edib
15-09-2026, 17:27
İlham Əliyev Türkiyənin xarici işlər nazirini qəbul edib
15-09-2026, 17:11
“Mehriban xanıma dedim şəkil çəkdirək və şeyxə göndərin”
8-09-2026, 15:40
Əhməd İsmayılov Media və Yayım Şurasının sədri təyin edildi
2-09-2026, 17:55
"Sumqayıtın formalaşan yeni inkişaf modeli"
31-08-2026, 18:02
İlham Əliyevin Bişkekdə Qazaxıstan Prezidenti ilə görüşü olub
31-08-2026, 17:57
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Ermənistanın Baş naziri Nikol Paşinyanın görüşü ilə bağlı mətbuat üçün bəyanat
31-08-2026, 15:54
İlham Əliyev Qırğızıstana işgüzar səfərə gəlib-VİDEO
25-08-2026, 21:58
"Muğam gözəlliyin və məhəbbətin rəmzidir"
25-08-2026, 15:57
26 Avqust - Laçın şəhəri günü
24-08-2026, 17:11
İlham Əliyev Zelenskiyə təbrik məktubu ünvanlayıb
24-08-2026, 14:48
Azərbaycan Prezidenti və birinci xanım Daşkənddə Ümummilli Liderin barelyefi önünə gül dəstələri qoyublar
23-08-2026, 18:30
İlham Əliyev Daşkənddə Müstəqillik abidəsini ziyarət edib-VİDEO
23-08-2026, 18:22
Daşkənddə Prezident İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub-VİDEO
23-08-2026, 18:09
İlham Əliyev Özbəkistana dövlət səfərinə gəlib-VİDEO
14-08-2026, 17:34
Naxçıvanın iqtisadi fəallığı artır-Könül Nurullayeva
8-08-2026, 23:10
“Azərbaycan Vaşinqton üçün daha dəyərli strateji tərəfdaşa çevrilib”
31-07-2026, 10:30
İlham Əliyevin Çolpon-Ata şəhərində rəsmi qarşılanma mərasimi olub
30-07-2026, 19:57
İlham Əliyev Qırğızıstan, Özbəkistan və Tacikistan prezidentləri ilə birlikdə Çolpon-Ata şəhərində Qolf Klubun açılışında iştirak edib
22-07-2026, 08:51
Güclü media etibarlı informasiya təminatını həyata keçirən vacib institutdur-Könül Nurullayeva
21-07-2026, 18:09
İlham Əliyevin Berlində rəsmi qarşılanma mərasimi keçirilib
15-07-2026, 20:10
Şuşa Qlobal Media Forumu reallıqların beynəlxalq ictimaiyyətə çatdırılmasına imkanı yaratdı-Könül Nurullayeva
13-07-2026, 23:40
İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib
11-07-2026, 16:26
İlham Əliyev Şuşanın Kiçik Qaladərəsi kəndində görülən işlərlə tanış olub və kəndə qayıdan sakinlərlə görüşüb
10-07-2026, 20:58
İlham Əliyev bir sıra beynəlxalq qurumların rəhbər şəxslərini qəbul edib
3-07-2026, 21:27
Emin Ağalarovdan Leyla Əliyevaya ad günü təbriki - Video
2-07-2026, 00:00
İlham Əliyev və Avropa Komissiyasının Prezidenti mətbuata bəyanatlarla çıxış ediblər
29-06-2026, 19:15
Leyla və Alyona Əliyevalar festivalda - Fotolar
23-06-2026, 17:30
Türkmənistan Prezidentinə Qarabağ atı hədiyyə edilib