22:50 / 18-05-2024
Qızı boğmağa cəhd edib
Bütün xəbərlər
Baş Prokurorluğun Mətbuat xidmətinin rəhbəri Eldar Sultanovun 55 illik yubileyidir -TƏBRİK!
Tarix: 16-03-2018 10:59 | Bölmə: Gündəm


Bakı. Trend:
Bu gün Baş Prokurorluğun Mətbuat xidmətinin rəhbəri, baş ədliyyə müşaviri, daim media ilə mütəmadi əməkdaşlıqda maraqlı olan Eldar Sultanovun 55 yaşı tamam olur.
Eldar Sultanov 1963-cü il martın 16-da Gürcüstanın Marneuli rayonunda anadan olub. 1969-1979-cu illərdə orta təhsil alıb. E.Sultanov Azərbaycan Aqrar Universitetinin iqtisadiyyat və Bakı Dövlət Universitetinin hüquq fakültələrini bitirib. 1983-cü ildən dövlət qulluğunda, o cümlədən vergi orqanlarında çalışan E.Sultanov 2001-2006-cı illərdə Milli Məclis sədrinin köməkçisi, 2007-ci ildən isə prokurorluq orqanlarında - Baş Prokurorluğun Təşkilat Analitik İdarəsinin prokuroru vəzifəsində xidmətə başlayıb.
E.Sultanov 2008-ci ildən Baş Prokurorluğun Mətbuat xidmətinə rəhbərlik edir. Bu müddət ərzində o, Kütləvi İnformasiya Vasitələri ilə qarşılıqlı münasibətlərin daha da yaxşılaşmasına və yüksək əməkdaşlığa nail ola bilib.
Trend İnformasiyanın Agentliyinin kollektivi ictimaiyyətlə əlaqələrə yüksək səviyyədə maraq göstərən Eldar Sultanovu təbrik edir, gələcək işlərində uğurlar arzulayır.
Başda Namiq Məmmədli olmaqla Sabaha-inamla.AZ saytının kollektivi də bu təbrikə qoşulur.


Baxış sayı: 769


Bölməyə aid digər xəbərlər