22:26 / 24-11-2024
Bu da xatirə - Fotosu
Bütün xəbərlər
Beynəlxalq turnirdə məşhur "Sumqayıt mahnısı" səsləndi-Qürur duyulası, fəxr ediləsi şəhər
Tarix: 05-10-2019 03:52 | Bölmə: Gündəm
  Sumqayıt mənim doğulduğum şəhərdir. Mərhum atam bu şəhərin qurucularından biridir, əmək qəhrəmanıdır. Dövlətimiz onu "Şərəf nişanı" ordeni ilə mükafatlandırmışdı. O, Sumqayıtın inkişafı üçün əlindən gələni etmişdi. Bu gün Sumqayıtlı olmağımla fəxr edirəm. Hələ 1985-1987-ci illərdə Almaniyada hərbi xidmətdə olanda Sumqayıtı orda müxtəlif xalqların nümayəndələrinə tanıda bilmişdim. Bu günlərdə "Sərhədçi" Olimpiya İdman Mərkəzində Azərbaycanın Milli Qəhrəmanı, tankçı Albert Aqarunovun 50 illik yubileyinə həsr olunmuş "Olimpiya ümidləri" adlı karate üzrə beynəlxalq xatirə turnirində oldum. Həmin vaxtı  hərbi orkestirin ifasında səslənən məşhur "Sumqayıt mahnısı"nın sədaları altında yarışın hakimləri,məşqçiləri və idmançılar zala daxil olublar. Bu möhtəşəm tədbirin açılış mərasimində "Sumqayıt mahnısı"nın səslənməsindən qürur duydum, sevindim. Gözümün önünə əzəzmətli, dünyanın tanınmış şəhərləri ilə bir sırada dayanmağa layiq olan Sumqayıt şəhəri gəldi. Günü-gündən gözəlləşən, çiçəklənən, inkişaf edən mənim sevimli şəhərim sənin qoqynunda böyüdüm, fəhlə, müəllim, oldum. İndi də jurnalistəm. Harda oluramsa səni düşünürəm. Sənin üçün darıxıram. Sənin inkişafın üçün əlimdən gələni edəcəyəm. Bu günlərdə şəhərimizə qonaq gələn məşhur qazax yazıçısı Oljas Süleymanov da Sumqayıta, icra başçısı Zakir Fərəcova,onun gördüyü işlərə yüksək qiymət verdi. Bakıda Bakı kitab evində keçirilən tədbirdə öz sözünü dedi. Sumqayıtımızı dünyaya tanıdacaq nəhəng şəxslərdən biri də artdı. Dahi bir yazıçının şəhərimizə və onun icra başçısına verdiyi qiymət məni çox sevindirdi. Doğrudan da şəhərdə möhtəşəm abadlıq, quruculuq işləri gedir. Yubileyinə az qalıb mənim Sumqayıtım, 70 yaşın mübarək!             
Namiq MƏMMƏDLİ
Sabaha-inamla.Az   
   

                                 



Baxış sayı: 1 034


Bölməyə aid digər xəbərlər