Bütün xəbərlər
Bağçalarda uşaqların müalicəsi pulsuz olacaq
Tarix: 06-03-2018 13:32 | Bölmə: Gündəm

              

Məktəbəqədər təhsil müəssisələrində əlavə müayinə və müalicəyə ehtiyacı olan uşaqlara əlavə müalicə-bərpa xidmətləri ödənişsiz göstəriləcək.
Trend-in məlumatlına görə, bu, Nazirlər Kabineti tərəfindən yeni təsdiqlənən “Məktəbəqədər təhsil müəssisələrində əlavə müayinə və müalicəyə ehtiyacı olan uşaqlara əlavə müalicə-bərpa xidmətinin göstərilməsi qaydası”nda öz əksini tapıb.
Qaydalarda qeyd edilib ki, məktəbəqədər təhsil müəssisələrində təhsilalanlara tibbi xidmət məktəbəqədər təhsil müəssisələrinin tibb işçiləri və ya ərazi üzrə ambulator-poliklinika müəssisəsinin məktəbəqədər təhsil müəssisəsinə təhkim olunmuş tibb işçiləri tərəfindən göstərilir. Məktəbəqədər təhsil müəssisəsində əlavə müayinə və müalicəyə ehtiyacı olan uşaqlar üçün fərdi qaydada aparılacaq müalicə-bərpa xidmətləri icbari dispanserizasiyanı aparan dövlət tibb müəssisələri tərəfindən müəyyən ediləcək.
ADVERTISING
www.yapikredi.com.az
Learn More

Native Video by Adributor




Qaydaya görə, məktəbəqədər təhsil müəssisəsində müalicə və ya müalicə-bərpa xidmətinə ehtiyacı olan uşaqlara təxirəsalınmaz hallar istisna olmaqla, digər tibbi xidmətlər onların valideynlərinin və ya qanuni nümayəndələrinin razılığı ilə göstəriləcək.
Uşağa göstərilən əlavə müalicə-bərpa xidmətinin nəticələri ərazi üzrə ambulator-poliklinika müəssisəsinin məktəbəqədər təhsil müəssisəsinə təhkim olunmuş həkimi tərəfindən qiymətləndiriləcək. Uşağın sağlamlıq vəziyyətindən asılı olaraq, ehtiyac olduqda bu tədbirlər davam etdiriləcək.



Baxış sayı: 924


Bölməyə aid digər xəbərlər