22:50 / 18-05-2024
Qızı boğmağa cəhd edib
Bütün xəbərlər
Mətbuat Şurası "Bizim yol" qəzetinin yubileyini təbrik edib
Tarix: 05-03-2018 18:26 | Bölmə: Gündəm

Sabaha-inamla.az saytı millət vəkili,Mətbuat Şurasının sədri Əflatun Amaşovun "Facebook" səhifəsinə əsaslanaraq təbrikin mətnini dərc edir:
"Azərbaycanın müasir dövr mətbuat orqanlarından olan «Bizim yol» qəzetinin 15 yaşı tamam olur. Bu münasibətlə nəşrin rəhbərliyinə və kollektivinə ən xoş duyğularımızı çatdırmaqdan məmnunluq duyuruq.
«Bizim yol» Azərbaycanın ictimai mühitində özünü təsdiqləmiş kütləvi informasiya vasitəsidir. O, media məkanımıza qəzet bolluğu şəraitində daxil olsa da, yüzlərin, minlərin arasından seçilməyi bacarıb. Media yayımının internet üzərindən qurulduğu hazırkı şəraitdə belə nəşr özünün mövqeyini qoruya bilib. Bu yüksək status qəzetdə mövcud olan peşəkarlıq mühitinin nəticəsi, baş redaktor Bahəddin Həziyevin və «Bizim yol» kollektivinin hər bir üzvünün gərgin zəhmətinin bəhrəsidir.
Bu günün «Bizim yol»u 15 deyil, daha böyük yubileylərini qeyd etmək potensialını özündə yaşadan jurnalist peşəkarlığı nümunəsidir. Azərbaycan Mətbuat Şurası olaraq əməksevər və istedadlı qələm sahiblərinin toplaşdıqları bu nəşri təbrik edir, onun kollektivinin hər bir üzvünə yeni yaradıcılıq uğurları arzulayırıq.
Yubileyiniz mübarək, əziz həmkarlar!"
Azərbaycan Mətbuat Şurası
Sabaha-inamla.az saytı da "Bizim yol"un yubileyini təbrik edir.


Baxış sayı: 845


Bölməyə aid digər xəbərlər