22:26 / 24-11-2024
Bu da xatirə - Fotosu
Bütün xəbərlər
Rafael Cəbrayılov deputat mandatından imtina etdi
Tarix: 30-09-2019 12:45 | Bölmə: Gündəm

                        Rafael Cəbrayılov deputat mandatından imtina etdi


Mandat vəsiqəsini girov qoyub borc götürməklə gündəmə gələn millət vəkili Rafael Cəbrayılov parlamentə müraciət edib.
"Qafqazinfo" xəbər verir ki, o, Konstitusiyaya müvafiq olaraq mandatından özü imtina etməsi ilə bağlı müraciət edərək istefa vermək qərarına gəlib.
Qeyd edək ki, deputatın müraciətini Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli oxuyub. 
Ə. Hüseynli bildirib ki, protokol qaydasında qərar Mərkəzi Seçki Komissiyasına göndərilir. Seçki Məcəlləsinə uyğun olaraq MSK deputatın mandatdan məhrum edilməsi ilə bağlı qərar qəbul edir.
R. Cəbrayılov müraciətində seçicilərindən üzr istəyib.
Deputat Siyavuş Novruzov mövzu ilə bağlı çıxışında qeyd edib ki, məsələ hüquqi şəkildə həllini tapdı: “Ona görə də xahiş edirəm ki, bu məsələyə çıxışında kimsə toxunmasın”.
Xatırladaq ki, Rafael Cəbrayılov deputat vəsiqəsini girov qoyaraq 2015-ci ildə 300 min ABŞ dolları məbləğində borc alıb. Borcun qaytarılmadığını görən Fətəliyeva Təranə Rasim qızı Abşeron Rayon Məhkəməsinə müraciət edib. Məhkəmə iddiaçının xeyrinə 15 fevral 2019-cu ildə qiyabi qətnamə qəbul edib. Cavabdeh şəxs, Rəfael Cəbrayılov məhkəmənin qərarı ilə razılaşmayaraq, apelyasiya şikayəti verib. Apelyasiya məhkəməsi birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxlayıb.



Baxış sayı: 643


Bölməyə aid digər xəbərlər