Bütün xəbərlər
İntiqam Babayev Sumqayıtda vətəndaşlarla görüşdü
Tarix: 13-09-2019 21:40 | Bölmə: Gündəm

13 sentyabr 2019 –cu il tarixdə gənclər və idman  nazirinin müavini İntiqam Babayev Sumqayıt şəhərində Sumqayıt şəhər və Xızı rayonundan  olan vətəndaşları  qəbul  edib. Qəbulda  12  nəfər  vətəndaş  iştirak  edib.Müraciətlər  “Gənclər evi”nin, Olimpiya  İdman  Komplekslərinin, eyni  zamanda,  digər  idman  qurğularının  tikintisi  və  təmiri, idman qurğularına  avadanlıqların   verilməsi,  iş ilə təminat,   fəxri adın və məşqçilik dərəcəsinin verilməsi  ilə bağlı  olub.
Müraciətlərin  bir  qismi  yerindəcə  həll  edilmiş, nazirliyin  səlahiyyətlərinə  aid olmayan müraciətlər qeydə alınaraq aidiyyəti   üzrə  göndəriləcəyi  bildirilmiş, bir  qismi  isə  baxılması  üçün  icraya  yönəldilmişdir.
Sabaha-inamla.Az







Baxış sayı: 631


Bölməyə aid digər xəbərlər