Bütün xəbərlər
Şairə Rəhilə Elçin dünyasını dəyişib
Tarix: 04-12-2017 00:43 | Bölmə: Ədəbiyyat

Rəhilənin qəlbi qırıq,                  
Rəhilənin könlü qırıq.
Ömrümü nisgil eyləmisən
 sırıq-sırıq.
Bəxt-taleyim lilpar, dəniz,
Mən də orda batan qayıq.

Daha özümdə olmaram,
Sındım, dözümdə olmaram.
Bir neçə gün öncə infarkt keçirən şairə Rəhilə Elçin dünyasını dəyişib. O, bu gün Maştağa qəbristanlığında torpağa tapşırılıb. Mərhumun üçü-yeddisi dekabrın 5-də “Heydər Məscidi”nin mərasim zalında veriləcək.
O, Şahbuz rayonunun Nurs kəndində İnfil kişinin ocağında, müəllim ailəsində anadan olub.
    Rəhlə Elçin “Səndən sonra”, “İki ömür, iki tale”, “Qəzəllər”, “Heydərnamə”, “Məmməd Araz öz dünyam, Məmməd Araz söz dünyam” və s.kitabların müəllifidir.
                                ]

Ölkə Prezidenti İlham Əliyevə həsr etdiyi “Ali baş komandan” şeirinə musiqi bəstələnib. Xalq artisti Samir Cəfərovun ifasında səslənib.
Qeyd edək ki, Naxçıvan ədəbi mühitinin yetirməsi şairə Rəhilə Elçin Azərbaycanın dahi şairi Məmməd Arazın böyük qardaşı mərhum İbrahim müəllimin qızıdır. Şairənin Səma və Röya adlı qızları var.
Allah rəhmət eləsin!
Sabaha-inamla.az








Baxış sayı: 2 084


Bölməyə aid digər xəbərlər