17:43 / 05-11-2026
Bir qız tabutda oyandı
Bütün xəbərlər
Misirin şimalında iki qatar toqquşub, 150 nəfər yaralanıb
Tarix: 08-11-2026 21:43 | Bölmə: Digər

Misirin şimalında, Giza qubernatorluğunun Əl-Ayat rayonunda iki qatar toqquşub.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, qəza Misir Milli Dəmir Yolu İdarəsi tərəfindən təsdiqlənib."Masrawy" portalının məlumatına görə, yaralıların sayı təxminən 150 nəfərdir, lakin bu rəqəm arta bilər.
Toqquşma nəticəsində dörd qatar vaqonunun relsdən çıxdığı bildirilib. Hadisə yerində 50-dən çox təcili yardım maşını var və yerli sakinlər də yaralıları öz maşınlarında xəstəxanalara daşıyırlar. Qurbanlar əsasən sınıq və əziklər alıblar.
Dəmir yolunun bu hissəsində hərəkət hadisənin nəticələri həll olunana qədər dayandırılıb.



Baxış sayı: 19


Bölməyə aid digər xəbərlər